<                                                                                    Vətəndaş Həmrəyliyi Partiyası Sədrinin müavinləri

                                                                                                     Fəzail İbrahimli
                                                                             VHP sədrinin İdeoloji məsələlər üzrə müavini
1951-ci ildə anadan olub. Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsini bitirib.1982-ci ildən Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərir. Hazırda Azərbaycan Tarixi kafedrasının professorudur. 1986-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.  Bir monoqrafiya, bir kitabın, bir dərslik və 60-a qədər elmi əsərin müəllifidir.

1992-ci ildən VHP-nin üzvüdür. Partiya Ali Məclisinin, Siyasi Şurasının üzvü və partiya sədrinin İdeologiya məsələləri üzrə müavi, 2000-ci ildən Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.  Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü olub.

2020-ci il mart ayında Milli Məclis sədrinin müavini seçilib.

Ailəlidir, üç övladı var.

                                                                   

 

 

                          Elxan Mirzəyev
VHP sədrinin Beynəlxalq əlaqələr üzrə müavini
1946-c ildə   anadan olub. M.F. Axundov adına Pedagoji Xarici Dillər İnstitutunu bitirib.Azərbaycan Dövlət Dillər Unversitetinin müəllimidir.  1988-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.  1992-ci ildən «İngilis dilinin fonetikası» kafedrasının müdiridir.
35-dən artıq Azərbaycanda və xaricdə nəşr olunmuş elmi əsərlərin, məqalə və tezislərin müəllifidir.1992-ci ildən VHP-nin üzvüdür.  Partiya Siyasi Şurasının üzvü və beynəlxalq məsələlər üzrə sədr müavinidir.

Ailəlidir, iki oğlu var.

 

                         Arif İsmayılbəyli
VHP sədrinin İctimai-Siyasi məsələlər üzrə müavini
1957-ci ildə anadan olub. Azərbaycan Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib.1981-1991 – Lənkəranın müxtəlif məktəblərində müəllim və məktəb direktoru vəzifəsində işləyib.  1988-ci ildə başlanan Xalq Hərəkatının Cənub zonasında əsas təşkilatçılarından və fəallarından olub.  1989-cu ildən təsis edilən Azərbaycan Xalq Cəbhəsinin (AXC) fəalarından və  AXC Ali Məclisinin üzvü olub.  1992-1993 – Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini olub.2003-cü ildən VHP-nın üzvüdür. Partiya Ali Məclisinin və  Siyasi Şurasının üzvüdür.

Milli Şuranın və İctimai Palatanın üzvüdür.
Ailəlidir, iki oğlu var.

 

 

 

 

                                                                       

Yusif Salmansoy                      Yusif Salmansoy
VHP sədrinin Təbliğat məsələləri üzrə  müavini
1951-ci ildə anadan olub. Bakı Dövlət Unversitetini bitirib.1988-ci ildən başlanan Xalq hərəkatının ilk təşkilatçılarından, Azərbaycan Xalq Cəbhəsinin qurucularından və AXC Sumqayıt şöbəsinin sədri olub.  Sumqayıt şəhər Bələdiyyəsinin üzvü və Ekologiya Komissiyasının sədridir.2006-ci ildən VHP-nın üzvüdür. Partiya Ali Məclisinin və  Siyasi Şurasının üzvüdür.

Ailəlidir, iki oğlu var.