Elxan Mirzəyev

VHP sədrinin beynəlxalq əlaqələr üzrə müavini


Telefon:

+994 51 957 59 37

Mirzəyev Elxan İbrahim oğlu, 16 iyul 1946-c ildə ziyalı ailəsində anadan olub.
1963-cü ildə Lerik rayon orta məktəbini bitirib.
1963-1968-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb, ingilis dili müəllimi ixtisasına yiyələnib. 1968-1971-ci illərdə təyinatla Biləsuvar rayonunda ingilis dili müəllimi işləmişdir.
1971-ci ildən Azərbaycan Dillər Universitetində müəllim, baş müəllim, dosent,kafedra müdiri işləmişdir.
Bakı Asiya Universitetində kafedra müdiri olub. Azərbaycan Dillər Universitetində müəllim kimi işləyib. Hazırda Bakı Slavyan Unversitetində müəllim kimi çalışır.
1985-ci ildə Böyük Britaniyanın Sarey Universitetində dörd aylıq elmi təcrübə keçmiş və dissertasiya işini tamamlamışdır.
1990-cı ildə Sankt-Peterburq və Moskva Dövlət universitetlərində elmi təcrübə keçmiş, təzyiqlərə baxmayaraq 20 yanvar hadisələri ilə bağlı şəhidlərimizin faciəli ölüm səhnələrinin fotolarının sərgisini təşkil etmişdir.
1992-ci ildə İran İslam Respublikasının Təbriz və Ərdəbil universitetlərində elmi konfranslarda məruzə ilə çıxış etmişdir.
1996-cl ildə Amerika Birləşmiş Ştatlarının İREX kampaniyasının elm və təhsil ilə bağlı keçirdiyi müsabiqənin qalibi kimi Vermond ştatında dörd aylıq elmi-pedaqoji təcrübədə olmuşdur. Vermond Universiteti və Sent Mayklz Kollecində Xocalı faciəsinin fotolarınının nümayişini təşkil etmişdir.
1996-cı il ABŞ-ın prezident seşkilərində qalib gələn Bill Klintonu ilk azərbaycanlı kimi Azərbaycan xalqı adından təbrik etmiş və Prezidentin şəxsi imzası ilə cavab olaraq təşəkkür məktubu almışdır.
1996-cı ildə Kanadanın Monreal şəhərində türk cəmiyyətinin dəvəti ilə Qarabağ hadisələri ilə bağlı keçirilmiş konfransda çıxış etmiş və çıxış Kanada televiziyası ilə göstərilmişdir. Pedaqoji fəaliyyətdə olduğu müddətdə üç kitabın, 90-dan artıq elmi məqalə və tezislərin müəllifidir. Elmi məqalələri ABŞ, Türkiyə və İran İslam Respublikasında çap edilmişdir.
1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. VHP sədrinin Beynəlxalq əlaqələr üzrə müavinidir.
Evlidir, iki övladı var.

Back to top button
Close