Vətəndaş Həmrəyliyi Partiyasının Gənclər Təşkilatı

175748023_1082251518931887_2101769397193106365_n

Yusif Xantemirov

VHP Gənclər Təşkilatının sədri

VHP Gənclər Təşkilatı Vətəndaş Həmrəyliyi Partiyasının tərkib hissəsi olaraq fəaliyyət göstərir. Təşkilat 1993-cü ildə təsis edilib. Təşkilat işini özünün Əsasnaməsinə əsasən qurur. Təşkilatın rəhbərliyi iki ildən bir seçki yolu ilə müəyyənləşir.
Qeyd edək ki, VHP üzvlərinin yarıya qədərini gənclər təşkil edir. Partiyanın aparıcı qüvvəsi də əsasən gənclərdir. VHP-də gənclərə daha çox üstünlük verilir, partiya rəhbərliyinə çəkilir. Ali Məclisin üzvlərinin əksəriyyəti gənclərdir. Həmçinin rayon təşkilatlarında da rəhbər strukturlarda gənclər təmsil olunur.
Vətəndaş Həmrəyliyi Partiyasının Gənclər Təşkilatı ölkənin aparıcı gənclər təşkilatından biridir. Təşkilatın üzvləri öz fəallıq və aktivliyi ilə seçilirlər. Həm ölkədə, həm də xaricdə təşkil olunan tədbirlərdə fəal iştirak edirlər. Gənclərimiz azərbaycanın müxalif və müstəqil təşkilatlarının təsis etdiyi Gənclərin Hüquqlarının Müdafiə Komitəsinin fəal üzvlərindən olub. 17 mart 2012-ci ildə ölkədə keçirilən ilk gənclik mitinqinin təşkilatçılarından və əsas iştirakçılarından olub. Həmçinin gənclərlə bağlı, gənclər hərəkatları ilə bağlı təşkil edilən aksiya və konfranslarda fəal iştirak edirlər.
VHP Gənclər Təşkilatına müxtəlif vaxtlarda Müşfiq Talıblı, Talıb Əhədov, Samir Əsədli , Vasif Həsənli, Elçin İmanov, Pərviz Həsənov, Ceyhun Nəbiyev, Emil Bağırov, Pünhan İmamlı, Tural Hüseynli, Amal Ata,  Kamran Habiloğlu, Səlahəddin Əsgər rəhbərlik ediblər.
Hazırda Gənclər Təşkilatına sədri Yusif Xantemirovdur.

 

VƏTƏNDAŞ HƏMRƏYLİYİ PARTİYASI GƏNCLƏR TƏŞKİLATININ

Ə S A S N A M Ə S İ

 

  1. ÜMUMİ MÜDDƏALAR

1.1.  Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatı (bundan sonra mətndə GT) VHP-nin tərkib hissəsi olmaq etibari ilə onun Məramnaməsi, Nizamnaməsi və özünün Əsasnaməsi əsasında yaradılır və fəaliyyət göstərir.

1.2.  GT  VHP-nin gənc üzvlərnini bazasın da təşkil olunur.

1.3.  18-30 yaş həddində olan hər bir VHP üzvü Gənclər Təşkilatının fəaliyyətin də iştirak edə bilər.

  1. FƏALİYYƏT FORMALARI, HÜQUQ, MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

2.1.  GT VHP Nizamnaməsi, “Gənclər Siyasəti” Haqqında dövlət qanunu və özünün Əsasnaməsi əsasın da fəaliyyət göstərir.

2.2.   Azərbaycanda hüquqi azad və demokratik dövlət quruculuğu prosesində VHP gənclərinin fəal iştirakının təmin edilməsi istiqamətində fəaliyyət göstərir.

2.3.  Gənclərin problemlərini öyrənir və onların hüquqlarını müdafiə edir.

2.4.  Siyasi partiyaların, müstəqil və beynəlxalq gənclər təşkilatları (Birlikləri) ilə əlaqə saxlayır və bir gətədbir, layihə həyata keçirir.

2.5.  VHP Siyasi Şurasının razılığı ilə kütləvi tədbirlər keçirir və iştirak edir.

2.6.  Gənclər Təşkilatı öz işini elmi əsaslar, təşkilati işlər üzərində qurmaq və siyasi maarifçilik məqsədi ilə elmi-nəzəri konfranslar, diskussiyalar, debatlar, mühazirələr, görüşlər və s. bu kimi tədbirlər təşkil edir.

2.7.  Bülletenlər buraxır.

2.8.  Respublika ictimaiyyətinə, gənclərə, yerli beynəlxalq gənclər təşkilatlarına müraciətlər edir.

2.9.   Respublikanın və VHP-nin seçkili orqanlarına VHP üzvü olan gənclərin namizədliklərini irəli sürür.

2.10.      GT gənclərin siyasi səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl olaraq tədbirlər keçirir və gənclər arasında siyasi-idioloji iş aparır.

2.11.      VHP-in şərəfini hər zaman yüksək tutur və Vətəndaş Həmrəyliyi ideyalarını əhali arasında təbliğ edir.

III. VHP GƏNCLƏR TƏŞKİLATININ KONFRANSI

3.1.          GT iki ildə bir dəfə öz konfransını keçirir, növbədən kənarkonfransı GT Məclisivə VHP bölgəgənclərşöbələrinin 3/2-nin tələbiiləçağrılır.

3.2.          Konfransa nümayəndəlik norması GT Məclisi tərəfindən müəyyənləşdirilir; Konfransda VHP bölgə təşkilatlarından seçilmiş gənclər (siyahı VHP bölgə təşkilatının protokolu, möhürü və təşkilatın sədrinin imzası ilə təsdiq olunmuş qayda da Təşkilat Komitəsinə verilir) iştirak edirlər.

3.3.          Konfransda GT sədrinin və NTQ-nin hesabatı dinlənilir və onların gördüyü işlərə qiymət verilir.

3.4.          Konfransda Gənclər Təşkilatının sədri, Məclis və Nəzarət Təftiş Qrupu (NTQ) seçilir.

  1. STRUKTUR QURULUŞU

4.1.      Məclis

4.1.1.   Məclis Konfrans iştirakçılarının müəyyən etdiyi sayda iki il müddətin əseçilir. GT sədri, Bakı, Sumqayıt və Abşeron üzrə şöbə sədrləri Məclisin təbii üzvləri sayılırlar.

4.1.2.  Məclisi ilk iclasında təşkilatın katibini seçir.

4.1.3.   GT-nin sədrini təqdimatı ilə Şuranı seçir.

4.1.4.   Rotasiya yolu ilə tərkibini dəyişə bilər.

4.1.5.   Məclisin iclaslarına GT sədri və ya GT sədrinin I müavini rəhbərlik edir.

4.1.6.   GT Fondunu yaradır.

4.1.7.   GT Məclisi üç ayda bir dəfə öz iclasını keçirir.

4.1.8.   GT Konfransını çağırır.

4.1.9.GT Konfransının səlahiyyətinə aid məsələlər istisna olmaqla, GT-nin həyatına aid digər məsələlər barədə qərarlar qəbul edir.

4.1.10.Məclis üzvləri VHP üzvü olmayan ictimai-siyasi həyatda fəallıq göstərən gəncləri öz tədbirlərini hazırlamasında və keçirilməsində iştiraka cəlb edə bilər (təşkilati məsələlər istisna olmaqla).

4.2.      Sədr

4.2.1.   Sədr konfransda gizli və ya açıq səs vermə yolu ilə iki il müddətinə seçilir.

4.2.2.   Sədr Gənclər Təşkilatının ümumi işinə rəhbərlik edir.

4.2.3.   Gənclər Təşkilatını bütün tədbirlərdə təmsil edir. GT adından çıxış və müraciətlər edir.

4.2.4.   GT-nin Məclis üzvlərindən özünə I və müəyyən sahələr üzrə müavinlər təyin edir.

4.2.5.   GT-nin bütün təşkilati işlərinin yerinə yetirilməsinə nəzarət edir, vəzifəli şəxslərin işini istiqamətləndirir və onlara ümumi rəhbərliyi həyata keçirir.

4.2.6.   Məclisin iclasın çağırır.

4.2.7.   GT sədrinə verilən səlahiyyətlər çərçivəsində bildiriş, sərəncam, göstəriş və əmrlər verir.

4.2.8. GT-nin İcra Aparatını yaradır və onun işinə rəhbərlik edir.

4.2.9.   GT-nin fəaliyyətinə dair qərarlar qəbul edir və icrası üçün İcra Aparatına göstəriş verir.

4.3.    Şura

4.3.1.   Şura Məclisin müəyyən etdiyi sayda seçilir, Məclisin səlahiyyət müddətində fəaliyyət göstərir.

4.3.2.   GT sədri, GT katibivə NTQ sədri Şuranın təbii üzvləri sayılır.

4.3.3.   Şura ayda ən azı iki dəfə iclas keçirə bilər.

4.3.4.   Şuranın iclaslarını sədr və o olmadığı halda sədri I müavini aparır.

4.3.5.   Şura konfransın və Məclisin işlərini reallaşdırmaq istiqamətində GT-nın yerli şöbələrini idarə edir və onların fəaliyyətini əlaqələndirir.

4.3.6.   Təşkilatadından veriləcək bəyanat və müraciətləri hazırlayır.

4.3.7.   GT-nın Fondunun xərclənməsi haqqında sərəncam verir.

4.3.8.   Məclisin iclaslarını çağırır.

4.3.9.   Məclisin səlahiyyətləri istisna olmaqla GT-nın cari fəaliyyəti ilə bağlı bütün məsələləri həll edir.

4.3.10.Şura müəyyən sahələr üzrə departamentlər, konsullar, qruplar, klublar təşkil edir. Onların üzvləri sədrini təyin edir, iş planını təşkil edir.

4.4.      Sədr müavinləri

4.4.1.   GT sədri özünün I və müəyyən sahələr üzrə müavinlər təyin edir.

4.4.2.   GT sədrinin müavinləri GT sədri olmayan yerlərdə GT-nı təmsil edirlər, sədrin göstərişlərini, GT Məclisinin qərarlarının yerinə yetirirlər, qəbul edilən qərarları öz sahələrinə uyğun GT-nın yerli şöbələrinə çatdırırlar və icrasına nəzarət edirlər.

4.4.3.   GT sədrinin müavinləri VHP Gənclər Təşkilatının keçirtdiyi tədbirlər barədə VHP gənclərinə məlumat verirlər, onların tədbirdə iştirak etməsini təmin edirlər.

4.4.4.   Hər hansı bir səbəbdən vəzifəsini icra etmədiyi müddətdə Məclisin razılığı ilə müavinlərdən biri GT sədrini növbəti konfransa qədər əvəz edir.

4.5.      Katib

4.5.1. Katib Məclisin ilk iclasında iki il müddətinə seçilir.

4.5.2. Katib GT iclaslarının protokollaşdırılmasına, çıxarılan qərarların lazımı yerlərə çatdırılmasına, protokolların arxivləşdirilməsinə cavabdehdir.

  1. İcra Aparatı

5.1.Təşkilatın İcra Aparatı GT  sədri tərəfindən yaradılır və Məclis tərəfindən strukturu təsdiq edilir.  İcra Aparatının rəhbərini, şöbə müdirlərini və digər üzvlərini təşkilat sədri təyin edir. İcra Aparatı təşkilat sədrinin, məclisin  və şurası qərarlarının icrası istiqamətində fəaliyyət göstərir.

 NƏZARƏT TƏFTİŞ QRUPU

5.1. Nəzarət Təftiş Qrupu (NTQ) Konfransında 3-5 (üç və ya beş) nəfərdən ibarət seçilir və VHP MNTK-ya tabe olur.

5.2. Qrupun ilk iclasında qrup sədri,  katibi və ehtiyac olduqda isə müavində seçilir.

5.3. Üç ayda bir dəfə öz iclasını keçirir.

5.4. GT-nın bütün orqanlarının və üzvlərinin fəaliyyətinə, GT-nın Əsasnaməsinə uyğun olmasına nəzarət edir.

5.5. GT üvlərinə tətbiq edilən inzibati tədbirlərlə bağlı şikayətlərə baxıb lazımi qərarlar çıxarır.

5.6. GT Fonduna nəzarət edir, onun xərclənməsini yoxlayır.

 

VHP GƏNCLƏR TƏŞKİLATININ YERLİ ŞÖBƏLƏRİ

6.1. Gənclər Təşilatının fəaliyyətini əlaqələndirmək üçün bölgələr də yerli şöbələri yaradılır.

6.2. GT-nın yerli şöbələri iki ildə bir dəfə özünün ümumi yığıncağını (iclasını) keçrir.

6.3. Şöbə sədrləri GT Şurası tərəfindən təyin edilir.

6.4. Yerli şöbə sədri bölgədə Gənclər Təşkilatının səlahiyyətli nümayəndəsi sayılır və VHP Gənclər Təşkilatını həmin bölgədə təmsil edir.

6.5. Yerli şöbələr (şəhər) dəyirmi masalar, debatlar, diskussiyalar və digər tədbirlər keçirə bilər.

Qeyd: Əsasnamə VHP  Ali Məclisinin 17 may 2014-cü il tarixli  sessiyasında təsdiq edilib.                                                                        

Yusif Xantemirov (GT sədri)
Təmkin Həsənov
Səxavət Hüseynli
Emil Hüseynli
Əmrah Cəfərov
Camal Hüseyn
Roma Poladaşvili

Kamrah Habiloğlu (sədr)
Fariz Bəhramov
Anar Aslan

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi pr. 76

İndeks: Az 11102

Tel: +994 55 703 38 40

Fax: +994 12 530 48 81

Back to top button
Close