Arif İsmaylıbəyli

VHP sədrinin İctimai-Siyasi məsələlər üzrə müavini


Telefon:

+994 50 335 04 49
+994 12 496 86 57

E-mail:
ismayilbeyli@mail.ru

İsmayılbəyli Arif Cəlal oğlu 26 noyabr 1957-ci ildə anadan olub.
1963-1973-cü illərdə Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə orta məktəbində oxuyub.
1973-75-ci illərdə Lənkəran Mebel Fabrikində və B.Abbasov Sovxozunda fəhlə işləyib.
1976-1978-ci illərdə hərbi xidmətdə olub.
1982-ci ildə Azərbaycan Pedeqoji Unversitetinin (APİ) Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1982-ci ildən 1992-ci ilədə Lənkəran rayonunun müxtəlif məktəblərində pedaqoji sahədə müəllim kimi işləyib.
1986-cı ildən siyasi proseslərə qoşulub və 1988-ci ildən başlanan Xalq Hərəkatının öncüllərindən və Lənkəranda hərəkatın liderlərindən olub.
Siyasi fəaliyyətinə görə həbs olub, evindən didərgin düşüb, təqib və təzyiqlərə məruz qalıb.
Azərbaycan Xalq Cəbhəsinin ilk qurucularından və AXC Lənkəran şöbəsinin liderlərindən biri olub.
1992-1993-cü illərdə Lənkəran Şəhər İcra Hakimiyyətində başçısının birinci müavin işləyib.
2003-cü ildə Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. VHP Ali Məclisinin və Siyasi Şurasının üzvüdür. 2013-cü ildən VHP sədrinin müavinidir.
Ailəlidir, 2 övladı və 3 nəvəsi var.

Back to top button
Close