Fəzail İbrahimli

VHP sədrinin birinci (İdeologiya məsələlər) müavini


Telefon:

+994 50 211 99 48

E-mail:
f.ibrahimli@vhp.az

Fəzail Feyruz oğlu İbrahimli 1951-ci ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub.
Orta təhsilini başa vurduqdan sonra, 1969-cu ildə Bakıya gəlib.
Elə həmin idən 1973-cü ilədək Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsində ali təsil alıb.
Oranı fərqlənmə diplomu ilə bitirdikdən sonra, təyinatla ata-baba yurdu Yardımlıya göndərilib.
1973-1977-ci illərdə rayonun Çanaxbulaq kənd məktəbində müəllim işləyib.
1977-1979-cu illərdə hərbi xidmətdə olub.
1989-cu ildən 1991-ci ilədək Azərbaycanın müstəqilliyi uğrunda aparılan siyasi mübarizədə iştirak edib.
1979-1982-ci illərdə Bakı Dövlət Universitetinin əyani şöbəsində aspirant, 1982-ci ildən Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.
Hazırda Azərbaycan Tarixi kafedrasının professorudur. 1986-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.
Bir monoqrafiya, bir kitabın, bir dərslik və 60-a qədər elmi əsərin müəllifidir.
1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür.

2000-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

2Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü olub.

2020-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini və parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədridir.

Hazırda VHP Siyasi Şurasının üzvü və partiya sədrinin birinci (İdeoloji məsələlər) müavinidir.

Ailəlidir, üç övladı var.

Back to top button
Close