Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan müstəqillik tarixində hər zaman parlamentdə təmsil olunub.
1995-ci ildə ilk parlament seçkilərində partiyanın sədri Sabir Rüstəmxanlı millət vəkili seçilib.
2000-ci ildə Vətəndaş Həmrəyliyi Partiyası Proporsional qaydada respublika üzrə səs toplayaraq parlamentdə üç millət vəkili ilə təmsil olunub.
2005 və 2010-cu ildə keçirilən parlament seçkilərində də partiyanın üç namizədi millət vəkili adını qazanıb.
2015-ci ildə keçirilən parlament seçkilərində VHP parlamentdə iki deputatla təmsil olunub. 2020-ci ildə VHP 80 seçki dairəsindən namizəd irəli sürüb və onlardan 3 nəfəri parlamentə seçilib və hazırda ana müxalifət partiyası olaraq Milli Məclisdə vitse-spiker postunu VHP sədrinin müavini tutur.

Back to top button
Close