Nurəddin Mehdixanlı

VHP sədrinin Siyasi məsələlər üzrə müavini


Telefon:

+994 50 382 37 33

E-mail:
nurmehdi@hotmail.com
NurMehdi@hotmail.com

Nurəddin Əzulla oğlu Mehdixanlı (Quliyev) 1956-cı il oktyabr ayının 6-da Cəlilabad rayonunun Tahirli kəndində doğulub.
1974-cü ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub.
Dahi rejissor Ədil İsgəndərovun rəhbərlik etdiyi kursu 1978-ci ildə başa vurub təyinatla Akademik Milli Dram Teatrına göndərilərək sentyabr ayının 1-dən aktyor truppasına işə götürülüb.
1986-cı ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2002-ci ildə Xalq Artisti fəxri adlarına qayiq görülüb.
1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvü, 1995-ci ildən VHP sədrinin Siyasi məsələlər üzrə müavinidir.
2000 və 1995-ci illər də keçirilən Milli Məclisə seçkilərdə 67 saylı Cəlilabad birinci Dairə Seçki Komissiyasından VHP-nin namizədi olub.

Back to top button
Close