Xəbərlər

Ictimai Palatada durğunluq höküm sürür.

Ictimai Palatada durğunluq höküm sürür.

Ziyalılar Forumunun rəhbəri Rüstəm İbrahimbəyovun irəli sürdüyü Milli Şura ideyası məsələsi siyasi gündəmi artıq xeyli vaxtdır zəbt edib. Müxalifət düşərgəsindəki qurumların əksəriyyəti Milli Şuranın yaranıb-yaranmayacağına kökləniblər. Mövcud olan qurumlar sanki fəaliyyətlərini dayandırıb Milli Şuranın yaranacağını gözləyirlər. Hətta belə iddialar da var ki, Milli Şura məsələsi müxalifətin ən böyük birliyi olan İctimai Palatanın fəaliyyətinə mənfi təsir […]

Ətraflı oxu
Müxalifət Amerika səfirliyinə toplaşır

Müxalifət Amerika səfirliyinə toplaşır

Amerikanın ölkəmizdəki səfiri Riçard Morninqstar yaxın saatlarda müxalifət partiyalarının liderləri ilə görüşəcək. “Qafqazinfo” ya daxil olan məlumata görə, səfir müxalifət partiyalarının nümayəndələri ilə ölkədəki seçkiqabağı vəziyyəti, seçki prosesinə hazırlığı , seçkidə iştirak məsələləri ətrafında müzakirə aparacaq. Qeyd edək ki, görüş barədə ictimaiyyətə məlumat verilmir. Görüşdə Ümid, VHP, AXCP, Müsavat Partiyalarının rəhbərləri iştirak edəcək.

Ətraflı oxu

Nəhəng fikir və əməl adamı: ƏHMƏD BƏY AĞAOĞLU

Nəsib NƏSİBLİ, tarix elmləri doktoru, professor Hələ də haqqı tanınmamış, böyük irsinə hələ də əlimiz yetməyən nəhəng fikir və əməl adamlarımızdan biri də Əhməd bəy Ağaoğludur. O, milli siyasi və fikir həyatımızda adı şükranla çəkilməli 3-5 adamdan biridir. Sovet dövründə onun haqqında yazılmamış deyil. Amma daim mənfi çalarda. Kaş ki, yazılmayaydı, şüurları zəhərləməyəydilər. Heç olmasa […]

Ətraflı oxu
Sabir Rüstəmxanlı: "Mən gənclərin o cür həbsini qəbul etmirəm"

Sabir Rüstəmxanlı: “Mən gənclərin o cür həbsini qəbul etmirəm”

Azərbaycanda milli azadlıq hərəkatının liderlərindən olmuş şair Sabir Rüstəmxanlı Azadlıq Radiosunun “Pen klub” proqramının qonağıdır. – Sabir bəy, bu günlərdə Azərbaycanda müstəqil düşüncəsinə görə bəzi tanınmış ziyalılarla “bizim olmayan adamlar“ kimi davranılmasına etiraz olaraq mətbuatda məqalə ilə çıxış etdiniz. Bu məqaləni yazmağa sizi nə vadar etdi? – Düzü, bu məqalə bir ilə yaxındır yazılıb. O […]

Ətraflı oxu

Sabir Rüstəmxanlı xalqı təbrik etdi

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı milli bayram – müstəqillik Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: “Əziz həmvətənlər! Sizləri Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Düz 95 il bundan əvvəl, Zaqafqaziya Demokratik Federativ Respublikasından erməni separatizminə və qonşularına qarşı ərazi iddialarına görə çıxmağa […]

Ətraflı oxu

Unutdurulan müharibə…

İbrahim Quliyev Unutdurulan müharibə… və “Çanaqqalada yüksələnlər” bizi bir daha özümüzə diqqətlə baxmağa vadar edir. Hansısa bir kitabda oxumuşam ki, dünyanın 5 min illik tarixinin 3 min ili müharibələrdə keçib. Hətta tarixdə yüzillik müharibələr də olub. Uzun illər sovet tarixçiləri bütün müharibələri ədalətli və ədalətsiz deyə iki qismə bölüb, nəticənin yalnız hərbi qüdrətdən, texnikanın gücündən […]

Ətraflı oxu
VHP Cəbrayıl rayon təşkilatının sədri Etibar Məmmədova

VHP Cəbrayıl rayon təşkilatının sədri Etibar Məmmədova

Vətəndaş Həmrəyliyi Partiyasının Cəbrayıl rayon təşkilatının sədri Etibar Məmmədova   Hörmətli Etibar bəy! Sizi 44 yaşınızın tamam olması münasibəi ilə səmimi qəlbdən təbrik edir, sizə can sağlığı, uzun ömür arzulayırıq. Siz Vətənini, millətini sevən insan kimi VHP-çilərin böyük hörmət və ehtiramını qazanmısınız. Qarabağ uğrunda gedən savaşlarda könüllü iştirakınız, müharibənin ağır sınağından üzüağ çıxmağınız tərcümeyi-halınıza qızıl […]

Ətraflı oxu

VHP-nin Milli Şurada təmsil olunması Milli Şuranın güclənməsi baxımından işin xeyrinə olar

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı nəhayət ki, ideya müəllifi kinodramaturq Rüstəm İbrahimbəyov olan Milli Şura ilə fikirlərini açıqlayıb. Deputat Modern.az-a açıqlamasında Milli Şuraya qoşulmaq üçün ona qarşı tərəfdən hər hansı təklifin daxil olmadığını deyib. S.Rüstəmxanlı həmçinin Milli Şuranın yaradılması ilə bağlı öz təkliflərini irəli sürüb: “Milli Şuraya qoşulmaq üçün mənə təklif […]

Ətraflı oxu

Ibrahim Quliyev-56

Bu gün Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının üzvü və “Vətəndaş Həmrəyliyi” qəzetinin baş redaktoru İbrahim Quliyevi doğum günüdür.  VHP Siyasi Şurası İbrahim bəyə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “İbrahim Quliyev sözü və qələmi ilə Azərbaycan mətbuatında xüsusi mövqe qazanan, dəyərli elmi araşdırmaları və tərcümələri ilə şərqşünaslıq elminə böyük töhvələr verən bir şəxsdir. O, bir alim, yazar […]

Ətraflı oxu
DAK həmsədrləri Azərbaycanın ABŞ-dakı səfirliyində olublar

DAK həmsədrləri Azərbaycanın ABŞ-dakı səfirliyində olublar

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri – VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı və Firidun Pərvizniya Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları ilə görüşüblər. Görüşdə DAK həmsədri Firidun Pərvizniya səfərin məqsədi, keçirilən görüşlər və təşkilatın ümumi fəaliyyəti barədə məlumat verib və qəbula görə təşəkkürünü bildirib. DAK həmsədri Sabir Rüstəmxanlı isə özünün son kitablarını Azərbaycanın ABŞ-dakı səfirliyinin kitabxanasına hədiyyə […]

Ətraflı oxu