Xəbərlər
VHP sədrinin ABŞ-a işgüzar səfəri davam edir (Foto)
Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri – VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı və Firidun Pərvizniyanın ABŞ-a səfəri davam edir. DAK həmsədrləri səfər çərçivəsində ABŞ Dövlət Departamentində və Konqresdə görüşlər keçirib, ABŞ və Azərbaycan arasında münasibətlərin inkişafı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, bununla yanaşı, İranda azərbaycanlıların problemləri kimi məsələlər ətrafında fikir mübadiləsi aparıbla. Eyni zamanda səfər çərçivəsində […]
Ətraflı oxu
Alatoran Yayınlarının endirimli kitab satışı kampaniyası keçirildi (Video)
Mayın 7-sində VHP Gənclər Təşkilatının təşkilatçılığı ilə Alatoran Yayınlarının növbəti endirimli kitab satışı kampaniyası keçirilib. Kampaniya çərçivəsində 18 adda kitab endirimlə 2-5 manat arasında satılıb. Satışa çıxarılan və əksəriyyəti dünya ədəbiyyatından olan kitablar arasında mərhum yazıçı Rafiq Tağının kitabları da yer alıb. Satışdan əvvəl Rafiq Tağının xatirəsinə həsr olunmuş kiçik tədbir keçirilib. Azad Yazarlar Ocağının […]
Ətraflı oxu
Hər insanı sevmək olmur…
Hər insanı sevmək olmur, sevdiklərimizdən isə ayrılmaq. Onu, “Ömür kitabı”nı oxuyub varlığını kəşf edəndə sevmişdim. Onda mənim iyirmi üç yaşım var idi. İndi isə onu sevdiyim vaxtdan iyirmi üç il keçir. İyirmi üç ildir ki, bu sevgi xərclənir-xərclənir, amma tükənmir. Bəs bu sevgiyə nəyi verə bildim, bu sevgidən nəyi ala bildim?… Təqvimdə 6 aprel 2003-cü […]
Ətraflı oxu
“My Road of Life” is his last work written during the Soviet rule.
This book treasures love; love of everyone, love to motherland, history, culture. The book speaks out for the whole Azerbaijani people expressing its benevolent nature and good will. The 90s of the last century marked Azerbaijan’s history with independence from the Soviet regime and greatly contributed to introduce “My Road of Life” as one of […]
Ətraflı oxu
Rafiq Manaflı:“İctimai Palatanın taleyinin necə olacağı bəlli deyil”
“İctimai Palatanın bundan sonrakı taleyi bəlli olmadığından, Koordinasiya Şurasına seçkilər məsələsi arxa plana keçib. İctimai Palatanın Koordinasiya Şurasına seçkilərin keçirilməsi məsələsi sual altındadır”. Bu açıqlamanı APA-ya İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvü, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı verib. O qeyd edib ki, İP KŞ-ya seçkilərin gecikdirilməsi, bu qurumda vətəndaş cəmiyyəti […]
Ətraflı oxu
Sabir Rüstəmxanlı ABŞ Dövlət Departamentində görüş keçirdi
Xəbər verildiyi kimi, DAK həmsədrləri, millət vəkili Sabir Rüstəmxanlı və Firudin Pərviz Niyanın aprelin 23-dən ABŞ-da səfərdədirlər. ABŞ səfirliyinin dəstəyi ilə reallaşan səfər çərçivəsində DAK həmsədrləri ABŞ Dövlət Departamentində görüş keçirmişlər. Görüşdə Güneyli-Quzeyli Azərbaycanın bir sıra mühüm problemləri ərtafında söhbət aparılıb. Ermənistanın işğalçılıq müharibəsininin nəticələrinin aradan qaldırılmasına görəvləndirilən Minsk Qrupunun həmsədri kimi ABŞ-ın fəaliyyətinə, Rusiyanın […]
Ətraflı oxu
Şuşanın işğalından 21 il ötür
Azərbaycanın Şuşa şəhərinin işğalından 21 il ötür. 8 may 1992-ci ildə Şuşa Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunub. 1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirib. Şəhərin intensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-ya kimi davam edib. Bundan sonra düşmənin 1000-ə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum çəkib. […]
Ətraflı oxu
VHP sədri Nazlı Ağayevanı təbrik etdi
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın Qəbələ rayon təşkilatının sədri Nazlı Ağayevanı doğum günü münasibəti ilə təbrik edib. Təbrikdə deyilir: “Əzizimiz Nazlı xanım! Şəhər – həmişə qaynar mühit olub: həm ədəbi, həm də ictimai-siyasi məsələlərdə ölkənin ziyalı kəsiminin iradəsini ifadə edib. Bunun bir səbəbi də bölgələrdə yetişən ziyalıların paytaxta gəlməsi, yaxud […]
Ətraflı oxu
Ukraynalı akademik Sabir Rüstəmxanlı ilə görüşdü (Foto)
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlının Bakıda səfərdə olan Xarkov Farmasepiya Universitetinin rektoru, Ukrayna EA-nın müxbir üzvü Valentin Çernix və universitetin prorektoru, tibb elmləri doktoru Sergey Popovla VHP-nin mərkəzi ofisində görüşü keçirildi. Qonaqların vizitindən məmnunluq ifadə edən Sabir Rüstəmxanlı Ukrayna və Azərbaycan arasında mədəni, iqtisadi və siyasi əməkdaşlığından danışdı və […]
Ətraflı oxu
Bu gün İlaxır çərşənbədir
Bu gün sonuncu – İlaxır çərşənbədir. Bu çərşənbəyə xalq arasında İlaxır çərşənbə ilə yanaşı, “Yer çərşənbəsi” və ya “Torpaq çərşənbəsi” də deyirlər. İnanclara görə “Torpaq çərşənbəsi”ndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. İlaxır çərşənbə 4 çərşənbənin mərasim, ayin, etiqad, oyun və şənliklərlə ən zəngin olanıdır. Bu vaxt əvvəlki çərşənbələrdə icra olunan […]
Ətraflı oxu