Xəbərlər
Sabir Rüstəmxanlı Zakir Qaralova müraciət etdi
Millət vəkili vicdan məhbusu Zaur Qurbanlını zaminə götürmək üçün müraciət edib Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə ittiham olunaraq, barəsində üç aylıq həbs qətimkan tədbiri seçilən NİDA Vətəndaş Hərəkatının kordinatoru Zaur Qurbanlının zaminə götürülməsi üçün bu gün Baş prokuror Zakir Qaralova müraciət edib. Müraciətdə – Z.Qurbanlının […]
Ətraflı oxu
Türk ölkələrinin gənc yazarları Sabir Rüstəmxanlı ilə görüşüb (FOTO)
Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə Bakıda baş tutan toplantıya qatılmış türk ölkələrinin gənc yazarları bu gün Azərbaycan Dil Qurumunun başqanı, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlını ziyarət ediblər.Türkiyə, Qazaxıstan, Özbəkistan, Uyğurustan, Kərkük, Yakutiya, Krım, Qaqauz Eli və s. kimi türk ölkələri və muxtar qurumlarından gəlmiş gəncləri Azərbaycan Dil Qurumunda görməkdən məmnun olduğunu deyən […]
Ətraflı oxu
VHP Siyavuş Aslanın ölümü ilə bağlı nekroloq yaydı
Azərbaycan teatr sənətinin sovet dövrü pleyadasının ən istedadlı sənətkarlarından biri, müstəqillik dövrümüzün böyük aktyorlar nəslinin patriarxı, xalq artisti, “Şərəf” ordenli Siyavuş Aslan vəfat etmişdir. Bu, Azərbaycan mədəniyyəti, teatr və kino sənəti üçün olduqca ağır itkidir. Siyavuş Aslanın yaratdığı obrazların deyimləri, replikaları çoxdan ümumxalq dilimizin qanadlı ifadələrinə çevrilmiş, ünsiyyətdə bir doğmalıq, mehribanlıq simvolu kimi xüsusi dəyər […]
Ətraflı oxu
Əbülfəz Elçibəyin doğum günüdür
Bu gün Azərbaycan milli azadlıq hərəkatının lideri, Azərbaycanın sabiq prezidentlərindən biri olmuş Əbülfəz Elçibəyin doğum günüdür. APA-nın məlumatına görə, Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (ADU) şərqşünaslıq fakültəsini bitirib. Bir müddət Misirdə tərcüməçi kimi çalışıb, Bakıya qayıtdıqdan sonra ADU-da müəllim işləyib. […]
Ətraflı oxu
Demokratik Qüvvələrin Milli Şurasının Bəyannaməsi
Biz, bu bəyannaməni imzalayan siyasətçilər, ziyalılar, vətəndaş cəmiyyəti təmsilçiləri və fəal gənclər bəyan edirik ki, hələ 95 il əvvəl bütün Şərqdə və müsəlman dünyasında ilk demokratik cümhuriyyətin qurulduğu Azərbaycanda son onilliklərdə avtoritar rejim və sülalə hakimiyyəti bərqərar olmuşdur. Xalq konstitusiyanın təməl prinsipinə uyğun olaraq hakimiyyəti formalaşdırmaq haqqına malik olduğu halda, ölkədə hakimiyyət qollarından […]
Ətraflı oxu
Dünən gözəl bir gün yaşadım…
Anar Mahmudoğlu Zakir Sadatlının nə özü, nə də sözü çirkab götürər Dünən son ayların ən gözəl gününü yaşadım: Milli Kitab Mükafatının qalibi kimi məhz Zakir Sadatlının adı çıxdı zərfdən. İnanırdım, adım kimi əmin idim – Zakir Sadatlı sözünün qaliblər sırasında olacağına, münsiflərin növbəti dəfə ədalətli qərar verəcəyinə… Etiraf edək ki, MKM-in ilk müsabiqəsində kimlərinsə piar […]
Ətraflı oxu
Milli Şura millərtin şurası ola biləcəkmi?
İbrahim Quliyev Nəhayət, iyirmi illik siyasi uğursuzluqdan sonra Azərbaycan müxalifəti Milli Şura adı altında bir araya gəldi. Onu da vurğulayaq ki, Milli Şura siyasi dairələrdən gələn ideya deyil, o, Azərbaycanın siyasətə yaxın ziyalı elitasının mənəvi sifarişidir. Biz ötənlərdə dəfələrlə mətbuatda ölkınin ziyalı elitasının xalqın taleyinə qarşı biganəliyindən danışmışdıq. Qeyd etmişdik ki, ölkədə baş verən bu […]
Ətraflı oxu
Milli Şuranın Dünya birliyinə müraciəti
Azərbaycan Respublikası Demokratik Qüvvələrin Milli Şurası üzvlərinin imzaladığı bu müraciət Vətənimizin taleyi, bütövlükdə yaşadığımız regionda inkişaf və sabitliyin taleyi üçün keçirdiyimiz dərin həyəcan hisslərinin diqtəsidir. Azərbaycanda əsas insan hüquq və azadlıqlarının vəziyyəti, eləcə də hökumətin demokratiya sahəsində beynəlxalq öhdəliklərini necə yerinə yetirməsi barədə nüfuzlu beynəlxalq təşkilatların, monitorinq xidmətlərinin çoxsaylı hesabatları ölkədə ağır ictimai-siyasi […]
Ətraflı oxu
“Türkiyədə yaşananlar birmənalı xalq hərəkatıdır”
Milli Şura ideyasına dəstək verən partiyalardan biri Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıdır. Ötən gün Türkiyədən Azərbaycana dönən Sabir bəy “Yeni Müsavat”ın həm Milli Şura ətrafında gedən proseslər, həm də Türkiyədə son günlər yaşananlarla bağlı suallarına cavab verib. – Sabir bəy, Vətəndaş Həmrəyliyi Partiyası Milli Şura ilə bağlı qərar veribmi? – Bu məsələ ilə bağlı […]
Ətraflı oxu
“Türkiyədəki etiraz dalğası Azərbaycana da təsir edəcək“
“Orada baş verənlər xalq ayaqlanmasıdır” Hazırda Türkiyədə olan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı qardaş ölkədə baş verən qanlı aksiyalarla bağlı təəssüratlarını bölüşüb. Bir neçə gündür Türkiyədə olduğunu deyən deputat İstanbulda davam edən etiraz dalğasının səbəbləri göründüyü kimi təbiətin müdafiəsi deyil, hakimiyyətə qarşı narazılıqdır. “Mən elə bu gün Türkiyədəyəm. Bütün bu proseslər […]
Ətraflı oxu