Xəbərlər
“İran vədinə sadiq qalacaqsa, buna sevinmək lazımdır”
Sabir Rüstəmxanlı: “Razılaşma bölgədə yeni müharibə təhlükəsini də aradan qaldırır” İran və “altılıq” dövlətlər arasında tarixi razılaşma əldə olunub. Cenevrədə əldə olunmuş razılığa əsasən nüvə proqramının əhəmiyyətli şəkildə kəsilməsinə razı olan İran dövləti nüvə obyektlərinə qərb müfəttişlərini buraxmaq və uranın 5 faizdən artıq zənginləşdirilməməsi öhdəliyini üzərinə götürür. Həmçinin ABŞ və Avropa Birliyinin İran neftinin ixracatına […]
Ətraflı oxu
“Bu gün azadlığımsan, sabah…”
“Tarixən biz türklər dövlətlər qurmuşuq, bayraqlarımız olub, o bayrağın arxasınca getmişik. Bayraq böyük bir simvoldur, dövlətçiliyin atributudur. Bayraq hər bir azərbaycanlı üçün müqəddəs sayılmalıdır”. Bu sözləri Sabir Rüstəmxanlı bayraq Günü ilə bağlı fikirlərini bildirərkən deyib: “Üçrəngli bayrağımız Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov kimi böyüklərimizin böyük ideallarının və milli ideologiyamızın […]
Ətraflı oxu
Firudin Ağasıoğlunun “Daşbaba” kitabının təqdimatı keçirilib
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının təşəbbüsü ilə sabiq təhsil işlər naziri, professor Firudin Ağasıoğlunun müəllifi olduğu “Daşbaba” kitabının təqdimatı keçirilib. APA-nın verdiyi məlumata görə, kitabın elmi redaktoru Seyfəddin Altaylı, redaktoru Həlimə Rzaquliyevadır. VHP sədri Sabir Rüstəmxanlı bildirib ki, “Daşbaba” kitabı həcminə görə kiçik olsa da, məzmununa görə Türk Dünyası üçün çox əhəmiyyətlidir: “Azərbaycanda da az […]
Ətraflı oxu
İctimai Palatanın Koordinasiya Şurasının növbəti iclası keçirilib
Bu gün İctimai Palata (İP) Koordinasiya Şurasının (KŞ) növbəti iclası keçirilib. Bu barədə APA-ya məlumat verən İP KŞ üzvü Rafiq Manaflının sözlərinə görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, təşkilatı məsələlər və İctimai Palatanın taleyi müzakirə edilib. R. Manaflı qeyd edib ki, İP KŞ üzvlərinin böyük əksəriyyəti hazırkı vəziyyətdə qurumun buraxılmasının əleyhinə olduğunu bəyan ediblər. […]
Ətraflı oxu
“Nizami və zərdüştilik”
İstedadlı şair və jurnalist kimi tanıdığımız İbrahim Quliyevin “Nizami və zərdüştilik” kitabı yenicə çapdan çıxıb. Kitab dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri ilə bağlı elmi şuranın qərarı ilə nəşr edilmişdir. Bu qiymətli əsər müəllifin AMEA Şərqşünaslıq İnstitutunda İran filologiyası şöbəsində çalışarkən apardığı onillik araşdırmaların nəticəsidir. Məlumdur ki, zərdüştilik dinşünas, filoloq və dilşünasların […]
Ətraflı oxu
Qarakənd terrorundan 22 il keçdi
Azərbaycanın dövlət rəsmilərinin olduğu helikopterin vurulması ilə bağlı müəmmalar hələ də qalır Bu gün içərisində Azərbaycanın dövlət və hökumət rəsmilərinin, siyasi xadimlərin olduğu vertolyotun ermənilər tərəfindən vurulmasından 22 il ötür. 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni həbiləşdirilmiş dəstələri Xankəndinə gedən Mİ-8 N72 helikopterini vurublar. Məlum […]
Ətraflı oxu
Sabir Rüstəmxanlı: “Türkiyə hökumətinin hərəkəti PKK-ya qol-qanad verir”
Vətəndaş Həmrəyliyi” Partiyasının sədri, Milli Məclisin üzvü Sabir Rüstəmxanlının “Yeni Müsavat”a müsahibəsi. – Sabir bəy, PKK liderlərindən Məsud Bərzaninin Diyarbəkrdə dövlət rəsmisi olaraq qarşılanması, AKP iqtidarının terror liderləri ilə bunca yaxınlaşması Türkiyədə barış və sabitliyə gətirib çıxaracaqmı? – Bu gün Türkiyədə yaşananlar çox mürəkkəb prosesin bir parçasıdır. Əgər bu sürəc doğrudan da türk və kürd […]
Ətraflı oxu
Vatanparvarlik tuyg‘usi insonni buyuk ishlarga, mo‘jizalar yaratishga undaydi
VHP sədri, millət vəkili Sabir Rüstəmxanlının Özbəkistanın “Ozbekiston ovozi” qəzetinə müsahibəsi. Vatanparvarlik tuyg‘usi insonni buyuk ishlarga, mo‘jizalar yaratishga undaydi deydi Azerbayjan xalq yozuvchisi, Azerbayjan Milliy Majlisi deputati Sobir Rustamxonli — Men O‘zbekistonga ilk bor 1985 yilda jurnalist sifatida kelgandim. U paytlarda Azerbayjanning «Adabiyot va san’at» gazetasida ishlar edim, — deydi u. — Safardan ko‘zlangan maqsad […]
Ətraflı oxu
Azərbaycanda Milli Dirçəliş Günüdür
17 noyabr Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı hesab olunur 25 il bundan əvvəl, 1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o vaxtkı Lenin, indiki Azadlıq meydanında toplaşdı. Bu gün Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı kimi də qiymətləndirilir. Həmin gün 68 il azadlığın nə olduğunu bilməyən bir millətin “olum, […]
Ətraflı oxu
Bizə diplomat lazım deyil
İbrahim Quliyev Deyilənə görə, yeni hökumətin tərkibinə düşməyən nazirlər bu dəfə də səfir göndəriləcəklər. Ona görə bu dəfə deyirəm, çünki hər dəfə belə olur. Polisdən, məhkəmədən, nazirlik və PA-dan işlərinin öhdəsindən gələ bilmədiklərinə görə xaric edilənlər adətən əcnəbi ölkələrə Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri təyin olunurlar. Artıq məndə belə bir təəssürat yaranıb ki, bu səfirlik […]
Ətraflı oxu