Xəbərlər

Müsavat hər halda emosiya ilə qərar verən partiya deyil

Müsavat hər halda emosiya ilə qərar verən partiya deyil

Rafiq Manaflı: “Hər şey etməliyik ki, Müsavat Partiyası bu qurumda olsun” Milli Şuranın son sessiyasında Rüstəm İbrahimbəyovun quruma fəxri sədr seçilməsi Müsavat Partiyasının etirazı ilə qarşılanıb. Partiyanın başqanı İsa Qəmbərin “Milli Şuradan çıxa bilərik” anonsundan sonra onun partiyadaşları da bu yöndə açıqlamalar verməyə başlayıblar. Artıq bir neçə Müsavat funksioneri açıq-aşkar MŞ-dən çıxmaq barədə çağırışlar edirlər. […]

Ətraflı oxu
Ramiz Rövşən-67-VİDEO

Ramiz Rövşən-67-VİDEO

Bu gün Azərbaycanın tanınmış şairi Ramiz Rövşənin doğum günüdür    Bu gün tanınmış şair, yazıçı, esseist, kino-dramaturq, tərcüməçi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Rövşənin 67 yaşı tamam olur. Rövşən Ramiz Məmmədəli oğlu Rövşən, 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər […]

Ətraflı oxu

VHP sədri Almaniyaya yola düşdü

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bu gün Avropaya yola düşüb. VHP-nin mətbuat xidmətindən verilən məlumata görə, millət vəkili dekabrın 7-8-də Almaniyanın Frankfurt şəhərində Güney Azərbaycanla bağlı olan siyasi təşkilatların toplantısında iştirak edəcək. Toplantıda məqsəd mühacirətdə fəaliyyət göstərən Güneylə bağlı siyasi qurumların əməkdaşlığını daha sıx koordinasiya etmək, həmçinin İranda, bölgədəki son siyasi prosesləri, […]

Ətraflı oxu
Vətəninə dönmək istəyən insan

Vətəninə dönmək istəyən insan

Röyalə Məmmədova VHP Gənclər Təşkilatının fəalı Malta sürgünlüyündən sonra qalan günlərini vətənində xidmət etməklə keçirmək niyyətində idi. Bu məqsədlə Azərbaycanda rəhbərlikdə olan Nəriman Nərimanova məktubla müraciət edir. Birinci məktub: Möhtərəm Nəriman ! 26 aylıq əsarətdən sonra nəhayət mən buraxıldım və başqa dostlarla bərabər gətirilib bizim xilaskarımız olan Ankara hökümətinin Romadakı nümayəndəsinə tapşırıldıq. Doğrusunu desəm mən […]

Ətraflı oxu
Bu gün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Bu gün 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü — Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq […]

Ətraflı oxu
Kuzey Kıprıs Türk Cümhuriyyəti-30

Kuzey Kıprıs Türk Cümhuriyyəti-30

Kuzey Kıprıs Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Cənab Sadəddin Topuqluya   Sayın Sadəddin bəy! İllər öncə Kıprıs adasında böyük Rauf Denktaşın rəhbərliyi altında türk xalqının iradəsi ilə qurulan Kuzey Kıprıs Türk Cümhuriyyətinin artıq 30 yaşı tamam olur. Avropanın sinəsində yeni bir türk dövlətinin meydana gəlməsi təbii ki, ağır sınaqlar və imtahanlar hesabına başa gəlmişdir. Bu […]

Ətraflı oxu
Sabir Rüstəmxanlının "DƏRDƏ ƏYİLMƏ" kitabı nəşr olunub.

Sabir Rüstəmxanlının “DƏRDƏ ƏYİLMƏ” kitabı nəşr olunub.

Sabir Rüstəmxanlının “Dərdə əyilmə” adlı yeni kitabı çapdan çıxıb. VHP mətbuat xidmətinin məlumatına görə, oxuculara təqdim olunan bu kitabda xalq şairi Sabir Rüstəmxanlının publisistik yazılarının bir qismi toplanıb. Azərbaycan tarixinin 10 ilini əhatə edən bu məqalələr bütöv bir əsərin parçaları kimi oxunur, sözün ictimai rolunu və cəmiyyətin həyatdakı əhəmiyyətini göstərir. “Dərdə əyilmə”də müəllifin “Ömür kitabı” […]

Ətraflı oxu

Anadoluda milli azadlıq hərəkatına rəhbərlik edən azərbaycanlılar

Röyalə MəmmədovaVHP GT sədrinin I müavini XIX əsrin II yarısı  Rusiya türkləri  üçün özünəməxsusuluğu  ilə seçilən dövrdür. Qafqazın Osmanlı və Avropaya yaxın olması  bu regionda yeniləşmə,modernləşmə ideyalarının  yayılmasına  səbəb olmuşdu. Fransa burjua inqilabı (1789-1794), Volter , eləcə də digər müəlliflərin əsərləri  çox millətli  dövlətlərə öz təsirini göstərməkdəydi. Xüsusən də Avropada təhsil almış ziyalılar prosesləri öz […]

Ətraflı oxu
Atatürkün daşı,Türk düşmənlərinin başı

Atatürkün daşı,Türk düşmənlərinin başı

Sabir Rüstəmxanlı Azərbaycanın milli şairi, millət vəkili         Elə bil içimi sökürdülər, ürəyimi köksümdən qoparırdılar… Son illərdə belə sarsıntı keçirməmişdim. Öncə elə bildim bu olay hansısa bir düşmən ölkəsində baş verir; Türkiyədən, türklərdən qisas almaq üçün edirlər bunu;  Suriyada, İraqda, Yunanıstanda, Balkanların bir köşəsində unudulub qalmış türk nişanələrindən biriymiş, indi uçurub atmaqla  tarix boyu yaşadıqları […]

Ətraflı oxu
Firudin Ağasıoğlunun "Daşbaba. Türkün daş yaddaşı" kitabının təqdimatı keçiriləcək

Firudin Ağasıoğlunun “Daşbaba. Türkün daş yaddaşı” kitabının təqdimatı keçiriləcək

Vətəndaş Həmrəyliyi Partiyası Sizi Prof.Dr. Firudin Ağasıoğlunun “Daşbaba. Türkün daş yaddaşı” (Bakı, 2013) kitabının tanıtım toplantısına dəvət edir. “Qədim türk tarixinin izləri türkün daş yaddaşı minillər boyu ayrı-ayrı bölgələrdə daşdan yapılan daşbaba, daşnənə, daşat, daşqoç, daşmaral, daşbalıq, daşbağa kimi plastik daş, fiqurlarda yaşamaqdadır. Adı çəkilən kitabda həmin yaşantını əks etdirən bəlgələrin yorumu bu bitikdə verilmişdir. […]

Ətraflı oxu