Xəbərlər
Anar Niftəliyev səhiyyə nazirinə müraciət etdi
Bakı Slavyan Universitetinin dekanı, ədəbi tənqidçi Elnarə Tofiqqızının cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişməsi ilə bağlı əməliyyatda iştirak edən həkimlərin açıqlamalarına cavab olaraq mərhumun həyat yoldaşı Anar Niftəliyev səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edib. Müraciətdə deyilir: “Hörmətli cənab nazir! Artıq məlumunuz olduğu kimi, həyat yoldaşım, ədəbi tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızı (Niftəliyeva) 20 sentyabr […]
Ətraflı oxu
VHP Bələdiyyə seçkilərinə hazırlaşır
Vətəndaş Həmrəyliyi Partiyası bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə hazırlaşır. Bu haqda “Axar.az”a VHP Ali Məclisinin katibi Asif Şəkərli bildirib. Asif Şəkərli deyib ki, bələdiyyə seçkiləri ilə bağlı partiyanın Mərkəzi İcra Aparatı müvafiq iş planı hazırlayıb, Seçki Qərargahı da hazırlıqlara başlayıb və seçkiyə hazirliq gedir: “Respublikanın kənd, qəsəbə və şəhər bələdiyyələrinə namizədlər irəli sürüləcək. 2009-cu […]
Ətraflı oxu
Bizim Sabir
Kamil Vəli Nərimanoğlu (Dostum Sabir Rüstəmxanlı haqqında söz) Beyvəfadan, müxənnəsdən, nakəsdən Nə söz qaldı sənətkara dəyməmiş?! Aşıq Ələsgər **** Ürək sözlərimi qələmə aldığım bu yazıda nə “Rüstəmxanlı” sözünü, nə “müəllim” kəlməsini, nə də “Xalq şairi”, “millət vəkili” təyinlərini işlətməməyə çalışacağam. Sabir Bəyin siyasi fəaliyyətindən də çox danışmamağa söz verirəm. Çünki siyasət bizi ayıran, ədəbiyyat isə […]
Ətraflı oxu
“Deputatların əmək haqlarının artırılmasını tələb etməmişəm” – MÜSAHİBƏ
Sabir Rüstəmxanlı: “Ömrümün əhəmiyyətli hissəsini qısa və cari siyasətlərə həsr elədim” Ötən gün Milli Məclis üzvlərinin əmək haqları artırıldı. Ölkədə yüksək maaş alanlar zümrəsinə daxil olan millət vəkilləri bundan sonra 210 manat çox əmək haqqı alacaqlar. Milli Məclisin son sessiyasında qiymət artımını tənqid edən VHP sədri, xalq şairi, deputat Sabir Rüstəmxanlı millət vəkillərinin rayona gedib-gəlməsində […]
Ətraflı oxu
Namusunuz olsun, dayanın!
Son vaxtlar “namus cinayətləri” haqqında oxumaqdan da, eşitməkdən də yorulmuşam. Bu “söz birləşməsi”ndən istifadə olunmaması xahişi ilə KİV rəhbərlərinə rəsmi müraciətlər də göndərmişəm. Hətta sevdiyim jurnalist dostumdan bu mövzuda yazı yazmasını da xahiş etmişəm. Lakin redaktorların və jurnalist dostumun nəinki reaksiyasını gördüm, üstəlik həmin KİV-lərdə qızını, qohumunu, anasını zorlayanlar haqqında həqiqətə uyğun olub-olmadığını bilmədiyim, əslində bu […]
Ətraflı oxu
Sabir Rüstəmxanlı: “Fikirlərim süngü ilə qarşılanmayacaq”
“Deputat statusu təkcə maaşdan ibarət deyil, həm də mənəvi məsələdir. Biz bu institutun nüfuzunun qalxması üçün əlimizdən gələni etməliyik”. “Axar.az”ın məlumatına görə, bunu Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı parlamentin plenar iclasında çıxışı zamanı deyib. Deputat statusu haqda danışan S. Rüstəmxanlı deyib ki, deputatlar da bu cəmiyyətin bir hissəsidir: “Son illər müşahidə etdiyim […]
Ətraflı oxu
SONU GÖRÜNMƏYƏN YOL
Sabir RÜSTƏMXANLI Universitet illərimizdən yadigar bir buklet – dəvətnamə var, “Qönçələr” adlı. Unuversitetin ədəbi məclisi buraxmışdı. Hər dəfə ordakı dostlarımızı xatırlayanda, tələbəlik şəkillərimizə baxanda ürəyim sızıldayır. Hələ yalnız tələbə yoldaşlarımız və ya sayı o qədər də çox olmayan ədəbiyyat həvəskarları arasında tanınsaq da niyyətimizi gizlətmirdik; başımız havalıydı və ədəbiyyata da yeni bir hava gətirmək arzusundaydıq. […]
Ətraflı oxu
VHP Sabir Rüstəmxanlının Məclisdəki çıxışının stenoqramını yaydı – Səbəb
Tarif Şurasının qiymətlərin artırılması qərarından sonra parlamentdə başlayan müzakirələrdə millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı da çıxış edib. VHP mətbuat xidməti bəzi media orqanlarında partiya sədrinin sözlərinin təhrif edildiyi səbəbindən, Milli Məclisdən götürülən stenorqamı olduğu kimi mediaya göndərib. Stenoqramın mətni belədir: “Hörmətli Milli Məclis, hörmətli Sədr! Bu günlərdə mən bir sıra rayonlarda olmuşam və əhalinin […]
Ətraflı oxu
Xankəndinin işğalından 22 il ötür
1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsinin işğalı ilə Xankəndi və ətraf ərazilərin işğalı başa çatdırılıb Bu gün Xankəndinin işğalından Azərbaycanın Xankəndi şəhəri və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik ola Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğalından 22 il keçir. 1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsinin işğalı ilə Xankəndi və ətraf ərazilərin işğalı başa çatdırılıb. […]
Ətraflı oxu
Dəyişək ki, üzümüzə tüpürməsinlər
Əlövsət Əliyev Bu gün taksi ilə məhkəməyə gedirdim. Tıxacdan xilas olmaq istəyən sürücü sürəti artırdı, sağda gedən “Prado” markalı maşını keçmək istədiyi zaman həmin maşının sürücüsü əyləşdiyim maşına tərəf tüpürdü. Tüpürcək əyləşdiyim maşının mən tərəfdə olan qapısının şüşəsinə yapışdı. Bəxtim gətirdi, çünki şüşə açıq da ola bilərdi. Bu hadisədən sonra ofisə qayıdana kimi yollarda hərəkət […]
Ətraflı oxu