vhpadmin

Azərbaycana bahar gəldi

Azərbaycana bahar gəldi

Azərbaycana bahar gəlib. Trend Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən verdiyi məlumata görə, bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-si Bakı vaxtı ilə təxminən saat 15:02 radələrində baş verib. Martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edib. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olub. Bu nöqtəyə […]

Ətraflı oxu

İbrahim İbrahimli sıradan bir adam deyil

Sabiq istiqlalçı deputat, tanınmış ictimai-siyasi xadim İbrahim İbrahimli Naxçıvanda döyülərək təhqir edilib. İştirak etdiyi yas mərasimində bir dəstə şəxsin təhqiredici hücumuna məruz qalan İ.ibrahimli bu haqda özü mətbuata məlumat verib. Qeyd edək ki, hadisə eks-deputatın bacısı oğlunun yas mərasimində baş verib. Özlərini MTN və polis əməkdaşı kimi təqdim edən dörd nəfər şəsx İ.İbrahimlini şəhər kənarına […]

Ətraflı oxu
Ibrahim Quliyevin yeni kitabı

Ibrahim Quliyevin yeni kitabı

Azərbaycan Milli Elimlər Akademiyasının (AMEA) elmi işçisi, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurasının üzvü İbrahim Quliyevin “Dua kimi oxunan şeirlər” adlı yeni kitabı işıq üzü görmüşdür. Kitab xalq şairi Sabir Rüstəmxanlının və filologiya elmləri doktoru Rəhim Əliyevin ön sözləri ilə açılır. Üç fəsildən ibarət olan kitabda müəllif şair Adil Şirin yaradıcılığının timsalında 80-ci illər ədəbi […]

Ətraflı oxu
Mahmudəli Çöhrəqanlı-55

Mahmudəli Çöhrəqanlı-55

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı Güney Azərbaycan Milli Oyanış Hərəkatının liderləri biri Mahmudəli Çöhrəqanlının 55 illik yubileyini təbrik edib. Təbrikdə deyilir:Əziz Mahmudəli bəy! Mənsub olduğun millətin doğal haqları, hüquqları və azadlığı uğrunda mübarizə aparmaq təkcə həmin millətin mənəvi qürurunu və varlığını qorumasının təzahürü deyil, həm də mübarizəni aparan […]

Ətraflı oxu
Sabir Rüstəmxanlı Vaqif Arzumanlını təbrik etdi

Sabir Rüstəmxanlı Vaqif Arzumanlını təbrik etdi

Filologiya elmləri doktoru, professor Vaqif Arzumanlının 65 yaşı tamam olmuşdur. Bu münasibətlə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri,  DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı ona təbrik məktubu ilə müraciət etmişdir. Məktubda deyilir: “Hörmətli Vaqif Arzumanlı, Sizin bir alim kimi Azərbaycan ədəbiyyatı və tarixi sahəsində, ictimai xadim kimi millətimizin dünyada tanınması istiaqamətində gördüyünüz  işlər xüsusi bir tarixi […]

Ətraflı oxu
Sabir Rüstəmxanlının “Əbədi sevda”sı Yazıçılar Birliyində təqdim olunub (FOTOLAR)

Sabir Rüstəmxanlının “Əbədi sevda”sı Yazıçılar Birliyində təqdim olunub (FOTOLAR)

Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) millət vəkili, xalq şairi Sabir Rüstəmxanlının “Əbədi sevda” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə xalq şairinin qələm dostları, həmkarları, qonaqlar Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatında, ictimai-siyasi fikir tarixindəki mövqeyindən, təqdim olunan yeni kitabının məziyyətlərindən söz açıblar. Xalq yazıçısı, AYB sədri Anar: “Sabir Rüstəmxanlını 40 ildi tanıyıram, onun həm poeziyasını, həm publisistikasını, […]

Ətraflı oxu

VHP MNTK katibi Səidə Dadaşlıya

Qadının heç vaxt yaşını soruşmazlar. Çünki onlar bir dəstə çiçək kimi daim təzə-tər, günəş kimi hərarətli, səhər mehi kimi qayğıkeşdirlər. Bununla bərabər, lazım gələndə “dəmir ledi”yə, diplomat Sara xatuna da çevrilə bilirlər. VHP-nin ən sədaqətli üzvlərindən biri olan, partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının katibi Səidə xanım Dadaşova da  belə xanımlardan biridir. Bu qayğıkeş, mehriban insan öz […]

Ətraflı oxu

VHP sədri 8 mart münasibəti ilə qadınları təbrik etdi

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan xanımlarını təbrik edib. Təbrikdə deyilir: “Əziz xanımlar, analar və bacılar! Hər birinizi 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir, sizlərə can sağlığı, ailə səadəti, xoşbəxtlik arzulayıram. Əslində, sizləri ildə bir dəfə yox, hər gün, hər an […]

Ətraflı oxu
Əli Hacının 50 yaşı tamam oldu

Əli Hacının 50 yaşı tamam oldu

50 yaş… Əslində, bu rəqəmdən başqa bir şey deyil. Söhbət bu rəqəmin aid edildiyi adın qarşısında hansı epitetlərin dayanmasındadır. Əli Hacı deyəndə dünyada hər nə varsa onu  həzin bir sözə, sözdən isə işığa çevrərək dünyamızın başının üstündən asmağa hazır olan əbədi narahat bir ruhun mövculuğuna inanmalı olursan. O özünü ruh adamı saysa da, əslində, ruhun […]

Ətraflı oxu
Oqtay Əfəndiyev sağlığında ikən özünü tarixə çevirmişdi

Oqtay Əfəndiyev sağlığında ikən özünü tarixə çevirmişdi

VHP Oqyay Əfəndiyevin vəfatı ilə bağlı nekroloq yaydı Tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyevin dünyasını dəyişməsi xəbəri məni çox üzdü, Türkiyədə Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlərdə iştirak etdiyim üçün onun dəfn mərasimində iştirak edə bilməməyim isə bu üzüntünü daha da artırdı. Taleyin işinə bax ki, Oqtay müəllim fevralın 26-da, Xocalı soyqırımının […]

Ətraflı oxu