Xəbərlər
VHP Türk Şəhidliyini ziyarət etdilər
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) bir qrup üzvü ziyalılarla birgə Şəhidllər Xiyabanında türk əsgərlərin xatirəsinə ucaldılan abidəni ziyarət ediblər. Mərasimdə VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, elmlər doktoru Yadigar Türkel, ziyalı Xaliq Bahadır, AMEA-nın əməkdaşı Yasəmən Qaraqoyunlu və jurnalist Sərdar Əlibəyli çıxış ediblər və bu günün önəmindən, Türk […]
Ətraflı oxu
Rüstəm Behrudi-60
38 il bundan öncə Naxçıvandan gəlmiş 22 yaşlı Rüstəm Behrudi, əlində bir dətə şeir, ” Yazıçı” nəşriyyatında mənim qapımı döymüş, şeirləri haqda rəyimi öyrənmək istəmişdi. Oxudugum ilk şerindən onun şəksiz və parlaq istededını, sözünün kəsərini, ruhunun mənə doğmalıgını, düşüncələrinin genişliyini hiss etmiş və ona xeyir- dua vermişdim. Tezliklə Rüstəm köçüb Bakıya gəldi, iş yoldaşım oldu, […]
Ətraflı oxu
VHP Mehman Əliyevə azadlıq tələb etdi
Vətəndaş Həmrəyliyi Partiyası “Turan” İnformasiya Agentliyin baş direktoru, tanınmış ictimai-siyasi xadim Mehman Əliyevin həbs ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir: Mehman Əliyev Azərbaycan mətbuat tarixində xüsusi mövqeyi olan, müstəqillik dövründə azad sözün, informasiyanın müdafiəsi və möhkəmlənməsi uğrunda yorulmadan çalışan və təvazökarlığı, düzlüyü, yüksək mədəniyyəti ilə seçilən qələm sahibi, vicdanlı bir ziyalıdır. VHP ölkədə demokratik mətbuata […]
Ətraflı oxu
Şanlıurfada tarixin on iki min illik yolu – Sabir Rüstəmxanlının REPORTAJI
Güney-Doğu Anadoluya səfər qeydləri Hələ sovetlər dönəmində Türkiyəni dörd dənizi boyu gəzmiş, o zamanın şərtləri içində bunun son səfər ola biləcəyi qorxusuyla getdiyim yerləri kənd-kənd, köy-köy, xəritəsini çəkirmişcəsinə, yazıb “Bu, sənin xalqındır” kitabında çap etdirmişdim. Sonra zaman dəyişildi, aradakı qadağalar qalxdı, müstəqillik yoluna qədəm qoyan Azərbaycanın səsinə ilk səs verən Qardaş Türkiyə oldu; biz də səsimizi dünyaya […]
Ətraflı oxu
Samir Əsədli ABŞ səfirliyinin rəsmisi ilə görüşüb
Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli ABŞ-ın Azərbaycandakı səfirinin siyasi işlər üzrə müşaviri Villiam Solley ilə görüşüb. Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, VHP-nin qurultay hazırlıqları və insan hüquqları ilə bağlı məsələlər müzakirə edilib. VHP rəsmisi gənclər siyasəti və bölgələrdəki vəziyyət barədə də danışıb.
Ətraflı oxu
VHP-çi gənclər beynəlxalq foruma qatılıblar
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatının üzvləri Gürcüstan parlamentində keçirilən Cənubi Qafqaz və Ukrayna gənclərinin 5-ci Forumunda iştirak edirlər.
Ətraflı oxu
Partiyalar seçkilərə qatılacaqmı? (“Şərq” qəzeti)
Samir Əsədli: “Vaxtı çatanda partiya rəsmi mövqeyini açıqlayacaq” 2018-ci il oktyabrın 17-sində Prezident postuna səkkizinci seçki keçiriləcək. Adətən seçki qurtarandan qısa müddət sonra növbəti marafonlara hazırlıq işləri görülür. Yəni bütün siyasi partiyalar hədəflərini seçir, namizədini müəyyənləşdirir, seçkidə hansı yolu izləyəcəyini dəqiqləşdirməyə çalışır. Amma Azərbaycanda vəziyyət bir qədər fərqlidir. Bizdə seçkiyə 4-5 ay qalana kimi əksər […]
Ətraflı oxu
İslamdan imtina edək, başqa dinə keçək…
Sabir RÜSTƏMXANLI Saleh Məmmədova ikinci açıq məktub Əziz Saleh bəy! Sənin “ölkəmizdə ingilis və rus dillərinə də Azərbaycan türkçəsi ilə yanaşı dövlət dili statusunun verilməsi” təklifinə mənim etirazıma ikinci cavabını da maraqla oxudum. Birinci yazımda dediyim kimi, mən bu təklifi Azərbaycanın milli-mənəvi maraqlarına, dövlətçilik siyasətinə zidd olan, ziyanlı və yolverilməz hesab edirəm; bütün tarixi, siyasi, […]
Ətraflı oxu
VHP Gənclər Təşkilatı XII Konfransını keçirib (02.07.2017) FOTO
Vətəndaş Həmrəyliyi Partiyası Gənclər Təşkilatının (VHP) növbəti – XII Konfransı keçirilib. Konfransın işində 74 nümayəndə iştirak edib. Dövlət himninin səsləndirilməsi ilə başlayan konfrans Pünhan İmamlının təşkilat komitəsinin məlumatının bildirməsi ilə davam edib. Konfransa Səlcuq Elçin sədr və Sevil Sadatqızı katib seçiliblər. Gənclər Təşkilatının sədri Amal Nəzərli hesabatla çıxış edib, hesabatında ötən müddət ərzində gənclər təşkilatının […]
Ətraflı oxu
Güntay, bunları yazanda əlin heçmi əsmədi?
Sabir RÜSTƏMXANI Əzizim Güntay! Kitablarının və məqalələrinin hamısını oxuduğumu söyləyə bilmərəm; əlimə düşənləri gözdən keçirmişəm. Bakıda olduğun illərdə də çox görüşmüşdük, o zamankı düşüncələrin də yadımdadır. Ötən illər ərzində ciddi bir yol keçdiyinə, Avropa dəyərlərinə yiyələndiyinə, bununla belə, Vətəndən qopmadığına, sosial mediada fəallığına və tariximizə, mədəniyyətimizə fərqli yanaşmalarla bəzi mübahisəli məsələlərə aydınlıq gətirmək istədiyinə sevinənlərdən […]
Ətraflı oxu