Xəbərlər
Tanıdığımız və tanımadığımız Dağıstan.
Sabir Rüstəmxanlı “Yaxın qonşu uzaq qohumdan irəlidir”- deyirlər. Ölçülər dəyişilib, uzaqlıq, yaxınlıq anlayışları da əvvəlki mənasını itirib. Dağıstan yaxın qonşumuz olmaqla, əhalisinin böyük bir hissəsi həm də bizə “qohumdur”. Tarixin bir çox qanlı-qadalı yollarında bir yerdə yürümüşük. Arada çaydan, dağdan başqa ayrıc olmayıb. Siyasi xəritələr dəyişilsə, sərhədlər gah Dərbənddən, gah da onun o üz bu […]
Ətraflı oxu
VHP-26
1992-ci il sentyabrın 26-da ölkənin ictimai-siyasi həyatında rol oynayan bir ailə – Vətəndaş Həmrəyliyi Partiyası yaradıldı. Partiya Azərbaycan tarixinin ən ağır dönəmində – müharibə və daxili xaosun hökm sürdüyü bir anda meydana atıldı. Gərgin müharibə, erməni işğalçılarına dəstək verən qüvvələrin ölkəni zəiflətmək cəhdləri, hakimiyyət uğrunda mübarizə aparan iddiaçılar və etnik qrupların fəaliyyəti… Belə bir vaxtda […]
Ətraflı oxu
Sabir Rüstəmxanlı bu quruma fəxri üzv seçildi
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı Dağıstan Respublikasıkasının Mədəniyyət Nazirliyinin dəvətilə Mahaçqala şəhərində təşkil edilən ənənəvl kitab festivalında iştirak edir. Vhp.az xəbər verir ki, Qafqaz xalqlarının mədəniyyət xadimlərinin, Moskvadan, Belarusdan gələn tanınmış yazarların iştirakı ilə bu gün ədəbi əlaqələrin inkişafı, kitab nəşrinin və tərcümə işinin problemlərilə bağlı müxtəlif müzakirələr baş tutub. Həmçinin, Kabardin-Balkar Respublikasinin xalq […]
Ətraflı oxu
VHP sədri ABŞ diplomatı ilə görüşüb
ABŞ səfirliyinin yeni təyin olunmuş iqtisadi məsələlər üzrə müşaviri Piter Kaufman Vətəndaş Həmrəyliyi Partiyasını (VHP) ziyarət edib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, VHP sədri Sabir Rüstəmxanlı ilə görüşən diplomat Azərbaycan-ABŞ əlaqələri, bölgədə baş verən proseslər, VHP və DAK bölgədə baş verən proseslərə münasibəti ilə maraqlanıb. Sözügedən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ətraflı oxu
İrəvan şəhəri sizə “paytaxt” kimi bağışlandı
“Qərbi Azərbaycana, İrəvan Xanlığı torpaqlarına Dönüş” İctimai Birliyi “Dağlıq Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır” mövzusunda tədbir-müzakirə keçirdilər. Tədbirdə indi “Ermənistan Respublik
Ətraflı oxu
Elçibəy haqqında bu cür tərbiyəsiz sözlər yazmaq heç bir əndazəyə sığmır
Milli Məclisin sabiq deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı “Xəzər” televiziyasının aparıcısı, “Tolik” kimi tanınan prodüser Tarix Əliyev Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyi təhqir etməsinə sərt şəkildə cavab verib. S.Rüstəmxanlı “Ölkə.Az”a açıqlamasında deyib ki, “Tolik”in Əbülfəz Elçibəy haqqında söylədiyi fikirlər ilk növbədə onun böyüklərinə aiddir: “O kimdir ki, Əbülfəz Elçibəyi təhqir edir? […]
Ətraflı oxu
Bakının qurtuluşunun 100 ili tamamlanır
Bu gün, sentyabrın 15-də Bakının işğalçı erməni- daşnak və bolşevik birləşmələrindən qurtuluşunun 100 illiyi tamam olur. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusunun əsgərləri şəhəri işğaldan azad etdilər. Bundan iki gün sonra isə Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü. Beləliklə, bu qələbə ilə müstəqilliyini təmin edən Azərbaycanda erməni-daşnak və bolşevik […]
Ətraflı oxu
VHP Türk şəhidliyini ziyarət etdi- FOTO
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının və DAK-ın üzvləri Türk Şəhidliyini ziyarət edib. Bakının Qafqaz İslam Ordusu tərəfindən bolşevik-daşnak quldur dəstələrindən azad olunmasının 100 illiyi ilə bağlı baş tutan ziyarətdə Qafqaz İslam Ordusunun Azərbaycanın müstəqilliyi yolunda şəhid olan əsgərləri anılıb, onların ruhuna dualar oxunub. Partiyanın sədri, xalq şairi Sabir Rüstəmxanlı çıxış edərək, bakının işğal altında olduğu, […]
Ətraflı oxu
Cavab əvəzinə ağrılı xatırlatmalar
Sabir RÜSTƏMXANLI Birinci bölüm Gənclik illərindən tanıdığım, Azərbaycandan kənarda ədəbiyyatımızı layiqincə təmsil etməsinə sevindiyim və təəssüf ki, indi vətəndə ehtiyac içində boğulan istedadlı şai
Ətraflı oxu
Məryəm xanımın xatirəsi qurucularından olduğu müstəqil Azərbaycanın vətəndaşlarının qəlbində hər zaman yaşayacaq.
İstiqlalçı millət vəkili Məryəm Həsənova 80 yaşında dünyasını dəyişib. Məryəm xanım 1991-ci ilin 18 oktyabrında qəbul olunmuş Müstəqillik haqqında Konstitusiya Aktına səs verənlərdən, “Demokratik Blok” adlanan fraksiyanın 25 üzvündən biri olmaqla, Ali Sovetin məşhur “4-cü mikrofon”unda ilk çıxış edən deputatdır. Vətəndaş Həmrəyliyi Partiyası Məryəm xanımın vəfatından kədərləndiyini bildirir, millətimizə dərin hüznlə başsağlığı verir. Məryəm xanımın […]
Ətraflı oxu