Xəbərlər
VHP-də toplantı
17 fevral 2019-cu il tarixində Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Bakı şəhəri üzrə rayon təşkilatlarının təşkilat şöbələri müdirlərinin toplantısı keçirilib. Toplantıda rayon təşkilatlarının fəaliyyəti müzakirə edilib. VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli partiyanın fəaliyyətindən, ölkədə baş verən ictimai-siyasi proseslərdən danışıb. MNTK sədri Felmar Ələkbərli də çıxışında partiyada qurultay hazırlıqları barədə məlumat verib. Müzakirədə partiyanın Bakı […]
Ətraflı oxu
Sabir Rüstəmxanlı Səudiyyə Ərəbistanı Krallığının yeni səfiri ilə görüşüb
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı yeni səfiri Hamad Abdulla Xudayir ilə görüşüb. Səmimi şəraitdə keçən görüşdə iki ölkə arasındakı mədəni, iqtisadi əlaqələr və bölgədə baş verən olaylar müzakirə edilib. Səfir ziyalılarla görüşü vacib saydığından Sabir Rüstəmxanlı ilə görüşün onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.
Ətraflı oxu
Məhəmməd Əmin Rəsulzadənin 135 yaşı tamam olur
Məhəmməd Əmin Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində anadan olub. M.Ə.Rəsulzadə Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olub. O, Azərbaycan milli istiqlal hərəkatına başçılıq edib. Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının əsas […]
Ətraflı oxu
“Azərbaycanın hər yerində Rəsulzadənin heykəlləri ucaldılmalıdır” – Sabir Rüstəmxanlı
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135 illiyi ilə əlaqədar tədbir keçirib. Yenicag.az xəbər verir ki, tədbirdə VHP sədri Sabir Rüstəmxanlı, Vətəndaş İnkişafı Partiyasının (VİP) sədri Əli Əliyev, AĞ Partiya sədri Tural Abbaslı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və bir sıra siyasətçilər, ictimai xadimlər iştirak ediblər. Tədbirdə çıxış edən Sabir Rüstəmxanlı bildirib […]
Ətraflı oxu
VHP 21 Azər hərəkatının 73-cü ildönümü qeyd edib (12.12.2018)
Toplantıda Vətəndaş Həmrəyli Partiyasının sədri Sabir Rüstəmxanlı, DAK-ın Güney Azərbaycan Nümayəndəliyinin rəhbəri Babək Muğanlı, Azərbaycan Xalq Demokrat Partiyasının sədri Rafiq Turabxanoğlu, Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa, AMEA əməkdaşları Yasəmən Qaraqoyunlu, İbrahim Quliyev, Məsumə Şükürzadə, Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı, “Qərbi Azərbaycana Qayıdış” İctimai […]
Ətraflı oxu
Türkmanlar Bakıda xalq şairi ilə görüşdü
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı Kərkük Mədəniyyət Dərnəyinin başqanı Şəmsəddin Küzeçi, “İraq Türkman Birliyi və Həmrəyliyi” Dərnəyinin başqanı Kürşad Çavuşoğlu və “Türkmaneli” qəzetinin baş redaktoru Necat Kövsəroğlu ilə görüşüb. Görüşdə Azərbaycan-İraq əlaqələri, türkmanların hazırkı durumu və fəaliyyət istiqamətləri müzakirə edilib. Türkman ədəbiyyatı və Azərbaycan-türkman ədəbi əlaqələri, bu əlaqələrin […]
Ətraflı oxu
Sabir Rüstəmxanlı imza günü keçiriləcək- FOTO
Xalq şairi Sabir Rüstəmxanlının yeni kitabının imza günü keçiriləcək. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Xalq şairi Sabir Rüstəmxanlının yeni çap olunmuş “Astar” kitabının imza günü keçiriləcək. İmza günü 24 noyabr 2018-ci il, saat 18:00-da “Qanun” Nəşrlər Evinin “Park Bulvar”da keçirilən kitab yarmarkasında təşkil olunacaq. Xalq Şairi Sabir Rüstəmxanlı özünün “facebook” səhifəsində yazıb ki, kitablarımla maraqlananları, […]
Ətraflı oxu
Azərbaycandakı partiyaların loqoları nəyi ifadə edir?
Onları birləşdirən ortaq və fərqli cəhətlər... Dünya ölkələrində siyasi partiyaların emblemləri, simvolları hər zaman maraq doğurub. Bəzi partiyaların simvolları isə qəribəliyi ilə seçilib. Məsələn, A
Ətraflı oxu
Sabir Rüstəmxanlının yeni kitabı çıxdı – “ASTAR”
Azərbaycanın Xalq şairi, VVP sədri Sabir Rüstəmxanlının yeni kitabı nəşr olunub. BakuPost xəbər verir ki, "Astar” adlanan kitabda müəllifin iki kiçik həcmli romanı ("Uşaqlığa dəyən güllə”, "Ast
Ətraflı oxu
VHP sədri Sabir Rüstəmxanlının 18 oktyabr təbriki
Dövlət müstəqilliyimizin bərpasının 27-ci ildönümü münasibəti ilə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, istiqlalçı deputat, xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan xalqını təbrik edib. Təbrikdə bildirilir: “Əziz həmvətənlər! 1991-ci ilin 18 oktyabrı Azərbaycan xalqının həyatında böyük əhəmiyyətə malik, tarixi bir gündür. Həmin gün illər öncə başlamış Milli Azadlıq Hərəkatı öz məqsədinə çatdı və dövlətimizin müstəqilliyi bərpa olundu. Bu bərpa […]
Ətraflı oxu