Xəbərlər
Sabir Rüstəmxanlı Oksforda dəvət aldı
Oksford Universiteti Azərbaycanın xalq şairi, millət vəkili Sabir Rüstəmxanlıya dəvət göndərib. Dəvətdə S.Rüstəmxanlının mayın əvvəllərində Oksford Universitetində keçiriləcək «Şeir axşamı»nda iştirakı arzu edilir. Xalq şairi artıq dəvəti qəbul edib və mayın əvvəllərində S.Rüstəmxanlı Londona səfər edəcək. Səfər çərçivəsində millət vəkilinin Londondakı «Azərbaycan Evi»ndə görüşü də nəzərdə tutulur. VHP Mətbuat Xidməti
Ətraflı oxu
VHP-çilər etiraz aksiyalarını müzakirə etdilər
Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında Ali Məclis sədri Rafiq Manaflının sədrliyi ilə Bakı və məcburi köçkün rayonları təşkilatlarının genişləndirilmiş müçavirəsi keçirilib. Toplantıda partiyanın təşkilatlanması, yerli təşkilatların təklifləri və iradları müzakirə olunub. Qərara alınıb ki, təkliflər ümumiləşdirilsin və növbəti müzakirədən sonra onların tətbiqinə başlanılsın. Görüşdə həmçinin VHP-nin qarşıdan gələn 20 illik yubileyi, gənclərin 17 mart və […]
Ətraflı oxu
VHP-də müşavirə keçirilib
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və məcburi köçkün rayon təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib. VHP-nin təşkilat şöbəsinin müdiri Samir Əsədlinin APA-ya verdiyi məlumata görə, müşavirədə partiyadaxili məsələlər, təşkilatlanma işləri, İctimai Palatanın 22 aprel mitinqinə hazırlıq və ölkədəki ictimai-siyasi proseslər müzakirə olunub. Müşavirədə VHP Ali Məclisinin sədri Rafiq Manaflı məruzə ilə çıxış […]
Ətraflı oxu
VHP Gənclər Təşkilatı Xədicə İsmayıla edilən şantajı pislədi
Martın 7-də araşdırmaçı-jurnalist Xədicə İsmayılın ev ünvanına təhdid və şantaj xarakterli məktub göndərilib. Məktubda intim xarakterli şəkillər və hədələr yer alıb. Ona özünü yığışdırmasa, rüsvay olacağını yazıblar. Xədicə İsmayıla indiyə qədər ən yüksək səviyyədə korrupsiya ilə bağlı faktlar üzə çıxarıb, hakimiyyət mənsublarının ofşor bizneslərinin gizlinləri açıb, birbaşa hakim ailəyə aidiyyatı olan şirkətlərlə bağlı rəsmi orqanlara […]
Ətraflı oxu
VHP Gənclər Təşkilatı yeni sədrini seçdi – Fotolar
Konfransın işində müxalifət liderləri də iştirak etdi Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatının IX Konfransı keçirlib. Konfransda VHP sədri Sabir Rüstəmxanlı, Müsavat başqanı İsa Qəmbər, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə, politoloqƏrəstun Oruclu, VHP Ali Məclisinin sədriRafiq Manaflı, Hollandiya Liberal-Demokrat Partiyasının üzvü İsa Yusifli, AXCP, Müsavat, ADP, AMİP, KXCP-nin gənclər təşkilatlarının nümayəndələri, NİDA, Azad Gənclik, Müsbət Dəyişiklik, Dalğa, Avropa […]
Ətraflı oxu
Vicdan məhbusu Bəxtiyar Hacıyevə
Əziz Bəxtiyar Hacıyev! Sizi 30 yaşınızın tamam olması münasibətilə səmimi qəlbdən təbrik edir, sizə can sağlığı, fəaliyyətinizdə uğurlar arzulayırıq. Bir neçə il bundan əvvəl «Bəxtiyar Hacıyev» adı Azərbaycan cəmiyyətinə bəlli deyildi, baxmayaraq ki, siz dünyanın ən mötəbər universitetlərinin birində təhsil almışdınız və intellektli gənclərdən sayılırdınız. Ancaq Azərbaycanda həmin təhsilə yiyələnən gənclər az deyil. Sizin fərqlənməyinizin, […]
Ətraflı oxu
Gənclər martın 17-də mitinq təyin etdilər
Gənclərin Hüquqlarının Müdafiə komitəsi Bakı meriyasına son xəbərdalıqlarını ediblər. Bu barədə musavat.com-a Gənclərin Hüquqlarının Müdafiə Komitəsinin (GHMK) İdarə Heyətinin və VHP gənclər təşkilatının üzvü Samir Əsədli məlumat verib: “Biz bir qrup gənc günümüzün ən aktual problemləri olan təhsildə korrupsiya hallarına, ərazi bütövlüyümüzün pozulmasına və siyasi məhbusların tutulmasına etiraz olaraq Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsilə bizə […]
Ətraflı oxu
VHP Gənclər Təşkilatı AXCP fəallarının həbsi ilə bağlı bəyanat yaydı
Xəbər verdiyimiz kimi, bu gün AXCP fəallarının Ədliyyə Nazirliyinin qarşısında siyasi məhbusların Cəzaçəkmə Müəssələrində döyülməsi ilə əlaqədar keçirmək istədikləri etiraz aksiyası polis zorakılığına məruz qalmışdır və qeyri-qanunu olaraq onlarla gənc həbs edilərək polis bölməsinə aparılmışdır. VHP Gənclər Təşkilatı qanuni tələblərlə çıxış etmək istəyən gənclərə qarşı polisin vəhşiliyini qətiyyətlə pisləyir və bunu insan hüquq və azadlıqlarının pozulması […]
Ətraflı oxu
ctimai Palatanın regional təşkilatlarının müşavirəsi keçirilib
Bu gün İctimai Palatanın (İP) regional təşkilatlarının respublika müşavirəsi keçirilib. APA-nın məlumatına görə, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında keçirilən toplantıya İP Koordinasiya Şurasının (KŞ) üzvləri də qatılıb. İP KŞ-nin üzvü Mehriban Vəzirin sədrlik etdiyi toplantıda əsasən Quba hadisələri və palatanın mitinq keçirmək niyyəti müzakirə olunub. İP KŞ üzvü Vidadi Mirkamal bildirib ki, indiyədək 42 rayonda regional […]
Ətraflı oxu
Gənclər aksiya keçirəcəklər
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) gənclərin mitinqlə bağlı müraciətinə martın 1-də cavab verəcək. Bu barədə meriyanın siyasi partiyalar və ictimai təşkilatlarla iş üzrə şöbə müdiri Zaur Ramazanov Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin (GHMK) üzvü Samir Əsədliyə məlumat verib. S.Əsədli qəzetimizə açıqlamasında bildirdi ki, martın 4-nə təyin olunan aksiya ilə bağlı Z.Ramazanovdan görüş istədiklərini deyib: “Bizə dedi […]
Ətraflı oxu