Xəbərlər

VHP-çinin həbs səbəbləri

VHP-çinin həbs səbəbləri

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, cənab Ehsan Zahidov mətbuata açıqlama verərək, VHP Abşeron rayon təşkilatının sədri Niyaz Qubadovun həbs olunması faktını aydınlaşdırıb və VHP-nin bəyanatına münasibət bildiribdir. E.Zahidov həbsin xırdalıqları barədə geniş izahatında N.Qubadovun evində axtarış aparılması, məhkəmə prosesinin saat 22:00-da keçirilməsi, N.Qubadova qarşı Polis İdarəsində sərt rəftar və ona yeməyin çatdırılmaması, vəkillə […]

Ətraflı oxu
VHP-nin rayon təşkilatının sədri sifarişlə həbs edildi

VHP-nin rayon təşkilatının sədri sifarişlə həbs edildi

VHP Abşeron rayon təşkilatının sədri,  Masazır bələdiyyəsinin üzvü Niyaz Qubadov iyunun 3-də axşam saatlarında həbs olunub. N.Qubadovun evinə gələn Abşeron rayon Polis İdarəsinin əməkdaşları «oğurluq faktıyla əlaqədar» evdə axtarış aparılacağını bildiriblər. N.Qubadov polislərdən axtarış ordenini göstərməsi isə mübahisəyə səbəb olub. Axtarış ordeni olmadığını söyləyən polis işçilərindən evi tərk etmələrini tələb edən N.Qubadovu «polisə müqavimət» ittihamı […]

Ətraflı oxu

Sabir Rüstəmxanlıdan polislərə ağır ittiham

“Polis işçiləri siqareti adamın üzünə elə üfürürlər ki, o dəqiqə səviyyələrinin aşağı olduğu görünür”.  Bu sözləri, millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı partiyasının Abşeron rayon təşkilatının sədri Niyaz Qubadovun həbsi ilə bağlı mətbuata açıqlamasında deyib.  Polislərin davranışlarından şikayətlənən S.Rüstəmxanlı “heç olmasa, döşümdəki deputat nişanına görə özlərini yığışdırmadılar” deyib: “Hadisənin bu qədər böyüməsi polis işçilərinin mədəni […]

Ətraflı oxu

“Başqa partiyalar Vətəndaş Həmrəyliyi sözündən istifadə etməsin”””

Azərbaycanda fəaliyyət göstərən partiyaların əksəriyyətinin məramnamələrində vətəndaş həmrəyliyi, vətəndaş birliyi, milli birlik ifadələri öz əksini tapır. Amma bir həqiqəti qəbul etmək lazımdır ki, vətəndaş həmrəyliyi ifadəsinin və bu adlı partiyanın sahibi bizik. Gün.Az-ın verdiyi xəbərə görə, bunu Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı dilə […]

Ətraflı oxu
Gənclər polisdə oldular

Gənclər polisdə oldular

Sabah Bakıda mitinq keçirmək niyyətində olan gənclərin bir qrupu Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb. Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin (GHMK) İdarə Heyətinin üzvü Samir Əsədli bildirilib ki, görüşə mitinqin təşkilatçıları-Samir Əsədli, Turqut Qəmbər, Əbülfəz Qurbanlı, Səxavət Soltanlı, Rail Abbasov, Ülvi Həsənli və Cəmil Hacıyev hüquq-mühafizə orqanları tərəfindən isə BŞBPİ-nın rəis müavini Səhlab Bağırov, Bakı […]

Ətraflı oxu
“Heç bir təşkilat təklikdə böyük uğurlara nail ola bilməz”

“Heç bir təşkilat təklikdə böyük uğurlara nail ola bilməz”

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatına yeni sədr seçilib – Pünhan İmamlı. 1989-cu ildə Şəkidə anadan olan Pünhan İmamlı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyur. Aprelin 10-da Pünhan İmamlı “Media forum” saytının suallarını cavablandırıb. – VHP Gənclər Təşkilatına sədr seçilməyiniz kimin təşəbbüsü ilə baş tutdu: özünüzün, təşkilat üzvlərinin, yoxsa partiya rəhbərliyinin? – 2011-ci ilin fevralından […]

Ətraflı oxu
VHP xalqımızı təbrik etdi

VHP xalqımızı təbrik etdi

VHP sədri, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik eləyib. Təbrikdə deyilir: “Əziz soydaşlarım! Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, ölkəmizə əmin-amanlıq, hər birinizə can sağlığı, ailə səadəti və firavanlıq arzulayıram. Novruz xalqımızın ən qədim və milli bayramlarından biridir və min illərlə soydaşlarımız Baharın gəlişini yüksək əhval-ruhiyyə […]

Ətraflı oxu
1918–ci ilin 31 mart soyqırımı

1918–ci ilin 31 mart soyqırımı

1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin bolşevik Stepan Şaumyanı Qafqaz fövqəladə komissarı təyin edərək Bakıya göndərmişdir. Bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək adı ilə erməni daşnaklarının silahlı qüvvələrinin gizli niyyətləri üçün şərait yaratmışlar. Martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğını başlamışdır. Stepan Şaumyanın etirafına görə, dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin altı min silahlı əsgəri, […]

Ətraflı oxu

31 mart soyqırımı İsveçdə anılacaq

Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı və DAK İdarə Heyətinin üzvü Adil Minbaşı martın 30-da İsveçə yola düşəcəklər. Səfərdə məqsəd azərbaycanlıların «31 mart soyqırımı günü»nə həsr olunmuş konfranslarda iştirak etməkdir. DAK rəhbərliyinin soyqırım həqiqətlərinin tanıdılması ilə bağlı İsveç parlamentariləri və siyasi partiya liderləri ilə görüşləri də səfər proqramına daxildir. Səfər zamanı həm də […]

Ətraflı oxu

31 mart soyqırımı İsveçdə və Rusiyada anıldı

Azərbaycanlıların 31 mart soyqırımı İsveçdə və Rusiyada geniş tədbirlərlə qeyd edilib. Bu barədə həmin tədbirlərdə iştirak edən millət vəkili, DAK həmsədri Sabir Rüstəmxanlı məlumat verib. Millət vəkilinin bildirdiyinə görə, DAK İdarə Heyətinin üzvü Adil Minbaşı ilə bərabər Stolholm və Yoteburqda Azərbaycan diaspor təşkilatlarının soyqırımla bağlı təşkil etdikləri mərasimlərdə çıxış ediblər. Həmçinin Azərbaycanın son iki əsrdə […]

Ətraflı oxu