Xəbərlər

“Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitabı ictimaiyyətə təqdim olundu

“Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitabı ictimaiyyətə təqdim olundu

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında aprelin AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin hazırladığı və professor Teymur Əhmədov və filologiya elmləri doktoru Rəhim Əliyevin məsul redaktorluğu ilə buraxılmış iki cildlik “Cənubi Azərbaycanədəbiyyatı tarixi” kitabının təqdimat-müzakirəsi keçirilib. Tədbirdə AMEA-nın əməkdaşları, tanınmış ziyalılar, şairlər, yazıçılar, güneyli soydaşlarımız, eyni zamanda kitabın redaksiya heyətinin üzvləri iştirak ediblər. […]

Ətraflı oxu

Sabir Rüstəmxanlı “Əsərlərin dili ilə” rubrikasında – MÜSAHİBƏ

“Biz Yerdən daha çox Göyə bağlıyıq” “Əsərlərin dili ilə” rubrikasının budəfəki qonağı zəngin həyat yolu keçən, həm ictimai-siyasi fəaliyyəti ilə, həm də əsərləri ilə təkcə ölkəmizdə deyil, bütün dünyada tanınan millət vəkili, xalq şairi Sabir Rüstəmxanlıdır – Sabir müəllim, 1971-ci ildə “Tanımaq istəsən” sualını kimə ünvanlamısız, kimi tanıtmaq istəyirdiz? – Əslində bu, şəhərli bir qıza […]

Ətraflı oxu

Tarixi Şəxsiyyətin tarixi

İSTİQLAL MÜBARİZİNİN HƏYAT VƏ FƏALİYYƏTİNƏ HƏSR OLUNMUŞ MÜKƏMMƏL ƏSƏR Özünü tanımayan, keçmişini, tarixini bilməyən və yaxud unudan, özünə və öz keçmişinə, tarixinə hörmətlə yanaşmayan insan, ictimai toplum ətraf-aləmdən anlayış, diqqət və hörmət uma bilməz. Zəngin tarixi təkamül yolu keçmiş, dünya mədəniyyət xazinəsinə dahi, bənzərsiz şəxsiyyətlərin irsini, ulu dövlətçilik tarixinin uğurlarını bəxş etmiş Azərbaycan xalqı bir […]

Ətraflı oxu

VHP Gənclər Təşkilatının konfransı keçiriləcək

Aprelin 19-da saat 14:00-da Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatının X konfransı keçiriləcək. Konfransa hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Nicat Kamalın verdiyi məlumata görə, artıq konfransın nümayəndələri seçilib, bütün rayon təşkilatlarından konfransa seçilmiş şəxslərin siyahıları Təşkilat Komitəsinə təqdim olunub: “VHP Gənclər Təşkilatının sədrliyinə iki şəxs – Tural Hüseynli və İsmi Şahzadənin namizədlikləri qeydiyyata alınıb. Hər […]

Ətraflı oxu

VHP Gənclər Təşkilatının X konfransı keçirildi-FOTO

Tural Hüseynli VHP Gənclər Təşkilatının yeni sədri seçildi   19 aprel 2014-cü il tarixində, saat 14:00-da Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Gənclər Təşkilatının X konfransı keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və VHP-nin marşının səsləndirilməsi, həmçinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başladı. Bundan […]

Ətraflı oxu

VHP Gənclər Təşkilatının yeni sədri Tural Hüseynli

Hüseynli Tural Azər oğlu,  9 oktyabr 1993-cü ildə Bakı şəhərində anadan olub.  2011-c ildə Texniki Humanitar Liseyi bitirib. Azərbaycan Turizm Unversitetinin tələbəsidir. 2011-ci ildən VHP Binəqədr rayon təşkilatının üzvüdür. VHP Gənclər Təşkilatında Məclis üzvü, sədrin müavini və I müavin olub. 19 aprel 2014-cü il tarixdə keçirilən VHP Gənclər Təşkilatının X Konfransında sədr seçilib.

Ətraflı oxu

“Xəmsə”də işlənən bəzi zərdüştilik istilahlarının poetik funksiyası

İbrahim QuliyevAMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun elmi işçisie-mail: vhgazet@gmail.com   Məlum  olduğu kimi, dahi Nizami Gəncəvinin ədəbi irsi təkcə poetik baxımdan deyil, həm də öz dövrünün və öz dövrünə qədərki ictimai-siyasi, sosial-iqtisadi münasibətləri, dini –fəlsəfi görüşləri, coğrafi, tarixi, astronomik bilikləri, fars dilinin leksik –qrammatik xüsusiyyətlərini öyrənmək nöqteyi – nəzərindən  əvəzolunmaz mənbədir. Nizami əsərlərinin qeyd […]

Ətraflı oxu

Bloqçunun işi: məhkəmə gələn həftə başlaya bilər

Məhbus bloqçu Ömər Məmmədovun məhkəməsi gələn həftə başlaya bilər. Bunu aprelin 16-da “Media forum” saytına vəkil Əlayif Həsənov deyib: “Ömər Məmmədovun işi artıq təsdiq olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Ehtimal edirəm ki, gələn həftə ərzində məhkəməyə ilkin baxış keçirilər”. Ömər Məmmədov Şimali Kipr Türk Respublikasında yerləşən Beynəlxalq Kipr Universitetinin tələbəsidir. Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. […]

Ətraflı oxu
31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür

Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 96 il ötür. APA-nın məlumatına görə, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnib. Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik […]

Ətraflı oxu
Azərbaycan Novruz bayramını qeyd edir

Azərbaycan Novruz bayramını qeyd edir

Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycan da bu gün Novruz bayramını qeyd edir. APA-nın məlumatına görə, Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası “Yeni gün”dür. Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu […]

Ətraflı oxu