Xəbərlər
VHP qurultaya hazırlaşır-FOTO
Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin növbəti sessiyası keçirilib. VHP mətbuat xidmətinin məlumatına görə, konfransın gündəliyinə ictimai-siyasi məsələlərin və qarşıdan gələn bələdiyyə seçkilərinin müzakirəsi, Siyasi Şura və Ali Məclisə yeni üzvlərin seçilməsi, partiyanın növbəti qurultayının keçirilməsi və cari məsələlər daxil edilib. VHP Ali Məclisinin sədri Rafiq Manaflının sədrliyi ilə başlayan konfransda Türkiyədəki Soma faciəsində həyatını itirən […]
Ətraflı oxu
İran Allahı, Quranı o qədər unudub ki…
Sabir Rüstəmxanlı Sayın millət vəkili Sabir bəy Rüstəmxanlıya Hər şeydən öncə ana dilimdə qüsurlu yazdığıma görə üzr istəyirəm. 80 ildən çox haqsızlıq mühitində yaşayan toplumun övladı olaraq sizə müraciət edirəm. Azərbaycanın Güneydəki 30 milyon xalqının həmişə, sayının əksinə olaraq səsi və hayqırtısı Savalandan ötəyə keçə bilməmişdi. Sanki Savalan bu dərdləri sinəsində saxlamağa and içmişdir. Torpaq […]
Ətraflı oxu
Milli Məclis deputatlarına şok müraciət
Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev Milli Məclisin deputatlarına və ictimaiyyətə müraciət edib. Müraciətdə deyilir: Milli Məclisin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihəsi Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə zidd olduğuna görə qəbul edilə bilməz. Belə ki, Qanunun 6-cı maddəsinin birinci hissəsinin (doğum haqqında şəhadətnamənin vətəndaşlığı təsdiq edən sənəd […]
Ətraflı oxu
“Nida”çı məhbuslar aclığı dayandırdılar
Mayın 6-da məhkəmə qərarı ilə 6-8 il müddətinə azadlıqdan məhrum edilən “Nida”çılar 20 gündür istintaq təcridxanasında keçirdikləri aclıq aksiyasını dayandırıblar. Bununla bağlı gənclər xüsusi bəyanat yayıblar. “Azadliq.info”nun məlumatına görə, bəyanatda deyilir: “Biz aclıq aksiyasına başlayanda tələbimiz azadlığa buraxılmağımız idi. Məqsədimiz isə həmişəki kimi mübarizə aparmaq və diktaturaya qarşı bütün qeyri-zorakı, hüquqazidd olmayan vasitələrdən istifadə etmək […]
Ətraflı oxu
Ömer Memmedovun hebsinden 1 il ötür
Vicdan məhbusu Ömər Məmmədovun oğurlanaraq (şərlənərək) həbs edilməsindən 1 il ötdü Ömər Elyar oğlu Məmmədov 26 fevral 1995-ci Bakıda anadan olub. Orta təhsilini 72 nömrəli liseydə alıb. Həbsindən öncə Şimali Kipr Türk Cümhriyyətindəki Uluslar arası Kıbrıs universitetinin Beynəlxalq Əlaqələr bölümü 1-ci kurs tələbəsi idi . 2011-ci ildə Nida Vətəndaş Hərəkatına üzv olub. Həmçinin hakimiyyətin satirik […]
Ətraflı oxu
Sabir Rüstəmxanlı-68
VHP Siyasi Şurası partiya sədri, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlını ad günü münasibəti ilə təbrik edib. Təbrikdə deyilir: “Əziz Sabir bəy! Sizi ad gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı, uzun ömür arzulayırıq. Siz gənclik illərinizdən, bədii yaradıcılıqla məşğul olduğunuz ilk andan əsl vətəndaş mövqeyi sərgiləmisiniz, millətin ruhunun oyanmasında, özünü tanımasında Sizin […]
Ətraflı oxu
Siyasi partiyaların gənclərindən kimlər deputat olmaq istəyir? – SORĞU
Bu il keçiriləcək parlament seçkilərinə cəmi 9 ay vaxt qalıb. Ancaq həmin seçkidə kimlərin və ya hansı siyasi partiyaların iştirak edəcəyi hələlik bilinmir. Maraqlıdır, partiyaların gənc fəalları öz namizədliklərini 2015-ci il parlament seçkilərində irəli sürəcəklərmi? Bununla bağlı AzNews.az partiyaların gəncləri ilə əlaqə saxlayıb. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Təşkilat Komitəsinin rəhbəri Samir Əsədli də parlament seçkilərinə […]
Ətraflı oxu
VHP 20 Yanvar şəhidlərini ziyarət etdi – FOTO
VHP-çilər 20 yanvar şəhidlərini ziyarət edib. Vətəndaş Həmrəyliyi Partiyasının üzvləri 20 yanvar – “Şərəf və Ləyaqət günü”ndə Şəhidlər xiyabanını ziyarət ediblər. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, yürüşdə VHP Ali Məclisinin sədri Rafiq Manaflı, MNTK sədri Felmar Әləkbərli, Mərkəzi İcra Aparatının sədri Samir Әsədli, partiya sədrinin müavini Arif İsmayılbəyli, DAK həmsədrlərinin müşaviri Әli Hacı Ağaevli, […]
Ətraflı oxu
VHP Sumqayıtda 20 yanvar şəhidlərini andı
VHP Sumqayıt şəhər təşkilatının üzvləri 20 Yanvar şərəf və qürur günü ilə bağlı Sumqayıt Şəhidlər xiyabanını ziyarət ediblər. Anım tədbirinə VHP sədrinin müavini, Sumqayıt şəhər bələdiyyəsinin üzvü Yusif Salmansoy, Sumqayıt şəhər təşkilatının sədri Elmar Sadıqlı, Ali Məclis üzvü Hilal Әliyev və təşkilatın fəalları qatılıblar. Anım tədbşrində digər müxalifət partiyalarının Sumqayıt şəhər təşkilatlarının üzvləri də iştirak […]
Ətraflı oxu
VHP sədri Türkiyədə baş verən faciə ilə bağlı başsağlığı verdi
Türkiyə Cümhuriyyətinin Baş naziri cənab Rəcəb Tayyib Ərdoğana Hörmətli cənab Baş nazir! Manisa ilçəsinin Soma bölgəsində kömür mədənində baş verən qəzada çoxsayda insanın həyatını itirməsi xəbəri bizi sarsıtdı. Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm. Allahdan həlak olanlara rəhmət, yaralananlara və xəsarət […]
Ətraflı oxu