Xəbərlər

Əsl gizli savaş budur

Əsl gizli savaş budur

Sabir Rüstəmxanlı Dilin gələcəyi – Millətin gələcəyidir Dil də canlı orqanizmdir və onu qorumaq, böyütmək, zənginləşdirmək, kənar təzyiqlərə və xəstəliklərə qarşı müqavimətini gücləndirmək, çağın tələblərinə uyğun yeniləşdirmək lazımdır. Bizdə bu işlərlə məşğul olan konkret bir qurum vardırmı? Dil siyasətimiz necə qurulub və o, həyata keçirilirmi? Bu, çox ciddi və üzərində ardıcıl düşünülməli məsələdir. Yaşadığımız şəhəri […]

Ətraflı oxu
Suriya Türkmənləri kimdir…

Suriya Türkmənləri kimdir…

Ərəb ölkəsi olan Suriyanın əhalisi hazırda 23 milyon təxmin edilir. Bugünkü Suriyada yaşayan türkmənlərin durumuna keçmədən öncə, türkmənlərin buraya gəlişlərini gözdən keçirək. Suriya, yerləşdiyi coğrafi mövqeyə görə, doğu ilə batını birləşdirdiyindən burada sümerler, assurlular, makedoniyalılar və romalılar hakimiyyət qurmuşlar. İslamiyyətin doğuşundan sonra bölgədə, Hz. Ömərlə başlayan bir islimi hərəkat görürük. Bu durum, Əməvi və Abbasi […]

Ətraflı oxu

Ən pisi də odur ki, bütün dünya bu ədalətsizliyə susur

Son bir neçə gündür, Suriyada hücumlara məruz qalan Türkmən dağı ilə bağlı məlumatlar yenidən gündəmə gəlib. Bayırbucaq bölgəsinə hücum edən Əsəd və İran qüvvələri türkmənlərin yaşadığı bölgədə nəzarəti ələ keçirməyə çalışır. Rusiya təyyarələri isə bölgəni havadan bombalayır. Bununla da 25 min türkmən qətliam təhlükəsi ilə üz-üzə qalıb. Qeyd edək ki, Bayırbucaq türkmənlərinin məruz qaldığı bu […]

Ətraflı oxu
VHP Suriya Türkmanları ilə bağlı bəyanat verdi

VHP Suriya Türkmanları ilə bağlı bəyanat verdi

Suriyanın rejimə bağlı ordusunun Rusiya bombardmançılarının dəstəyi ilə Türman Dağında apardığı savaş türkmanlara qarşı soyqırımdır. VHP mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Vətəndaş Həmrəyliyi Partiyasının bəyanatında deyilir. Bəyanatda türkman mülki vətəndaşlarının qətliamı qətiyyətlə pislənilir: “Rusiyanın terrorizmə qarşı mübarizə adı altında Suriyada apardığı əməliyyatların böyük bir hissəsinin terrorizmə aidiyyəti yoxdur. Belə ki, təkcə bu gün […]

Ətraflı oxu
Türkman dağında qətliam davam edir...

Türkman dağında qətliam davam edir…

Türkman dağı artıq 15 gündü Rusiya hava qüvvlərinin bombardımanına məruz qalıb. Türkmən dağında döyüşən Suriya ordusunun heyyəti İraq, İran, Livan və Əfqanıstandan ölkəyə gətirilən muzdlu şiə döyüşçüləridir… Qeyd edək ki, Bayır Bucaq bölgəsi tarixi türkmən torpaqlarıdır. Yerli türkmanlər Suriyada baş verən inqilabdan sonra Əsədə qarşı müxalifətə keçib. Bölgədə İŞİD terrorçuları yoxdur. Türkman dağının ətrafında İŞİD-in […]

Ətraflı oxu
Bunların şərəfsiz ideoloqları…

Bunların şərəfsiz ideoloqları…

Sabir RÜSTƏMXANLI   İran türkləri İran mediasında, İran televiziyasında yenidən təhqir edilmişlər. Bu, televiziyanın və ya jurnalistin suçu, yanlışı deyildir, şovinist, cahil fars-molla rejiminin gizli və ya açıq, fərqi yoxdur, rəsmi siyasətindən qaynaqlanır.   Türkə belə yanaşma İran böyüklərinin, dövlət qulluqçularının mövqeyidir. Bunu jurnalistin ayağına yazıb, kimisə cəzalandırmaqla aradan çıxa, məsuliyyətdən yayına bilməzlər. Yanlış bir […]

Ətraflı oxu
Güney Azərbaycandakı son hadisələrlə bağlı dəyirmi masa keçirib

Güney Azərbaycandakı son hadisələrlə bağlı dəyirmi masa keçirib

12 noyabr 2015-ci il tarixində Dünya Azərbaycanlıları Konqresi (DAK) və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təşkilatçılığı ilə Güney Azərbaycanda son günlər baş verən hadisələrlə bağlı dəyirmi masa keçirilib. Sabir Rüstəmxanlı: “Ali dini rəhbəri türk olan bir ölkədə türklərin ardıcıl təhqir olunması təəccüblüdür” Tədbiri DAK həmsədri, VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı açaraq bildirib ki, son günlər […]

Ətraflı oxu
Sabir Rüstəmxanlı: “Bayraq dövlətçiliyin atributudur”

Sabir Rüstəmxanlı: “Bayraq dövlətçiliyin atributudur”

“Tarixən biz türklər dövlətlər qurmuşuq, bayraqlarımız olub, o bayrağın arxasınca getmişik. Bayraq böyük bir simvoldur, dövlətçiliyin atributudur. Bayraq hər bir azərbaycanlı üçün müqəddəs sayılmalıdır”. Bu sözləri Sabir Rüstəmxanlı bayraq Günü ilə bağlı fikirlərini bildirərkən deyib: “Üçrəngli bayrağımız Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov kimi böyüklərimizin böyük ideallarının və milli ideologiyamızın […]

Ətraflı oxu
AXCP Ali Məclisinin sədri Həsən Kərimov dünyasını dəyişib.

AXCP Ali Məclisinin sədri Həsən Kərimov dünyasını dəyişib.

Milli Azadlıq Hərəkatının fəallarından biri, AXCP Ali Məclisinin sədri Həsən Kərimov dünyasını dəyişib. Həsən Kərimov bütün şüurlu həyatını Azərbaycanın azadlığı, müstəqilliyi, demokratiyası uğrunda mübarizədə keçirdi. Öz səmimiyyəti, heç bir təmənna güdmədən ideallarına sədaqətli xidməti ilə hər zaman seçilirdi. Təkcə təmsil olunduğu siyasi qurum deyil, bütün demokratik düşərgə səmimi olduğu qədər də ədalətini qorumağa çalışan bu […]

Ətraflı oxu

Meydan hərəkatı təsadüfən yaranmadı – Təbrik

17 Noyabr – Milli Dirçəliş günü ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: “Əziz soydaşlarım! Hər birinizi Azərbaycanın həyatındakı bu mühüm hadisə – Milli Dirçəliş Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm, millətimizə firavanlıq və xoşbəxtlik, müstəqilliyimizin əbədi olmasını arzulayıram. 27 il bundan əvvəl, 1988-ci […]

Ətraflı oxu