AXCP Ali Məclisinin sədri Həsən Kərimov dünyasını dəyişib.

Milli Azadlıq Hərəkatının fəallarından biri, AXCP Ali Məclisinin sədri Həsən Kərimov dünyasını dəyişib.
Həsən Kərimov bütün şüurlu həyatını Azərbaycanın azadlığı, müstəqilliyi, demokratiyası uğrunda mübarizədə keçirdi. Öz səmimiyyəti, heç bir təmənna güdmədən ideallarına sədaqətli xidməti ilə hər zaman seçilirdi. Təkcə təmsil olunduğu siyasi qurum deyil, bütün demokratik düşərgə səmimi olduğu qədər də ədalətini qorumağa çalışan bu insanı özününkü sayırdı.
Həsən Kərimov övlad dağı yaşamışdı, qısa ara ilə iki gənc oğlunu itirmişdi və bu, onun səhhətində dərin üz buraxmışdı. Ürəyi bu faciəyə dözmədi.
Həsən Kərimovun simasında Azərbaycan daha bir işıqlı övladını itirdi. Bu itki hələ uzun müddət öz yerini göstərəcək.
Dostlarının, ailəsinin, yaxından-uzaqdan onu tanıyanların başı sağ olsun.

Vətəndaş Həmrəyliyi Partiyası

Bütöv yazını göstər
Back to top button
Close