VHP RT məclis toplantıları keçirilib- FOTO

Lerik

Vətəndaş Həmrəyliyi Partiyası Ağstafa və Lerik rayon təşkilatları Məclisinin növbəti yığıncaqları keçirilib. Toplantıda ictimai-siyasi məsələlər, 2023-cü il üçün qarşıda duran işlər, təşkilatı məsələlər müzakirə olunub. Ağstafa və Lerik rayon təşkilatlarında yeni qəbul edilmiş “Siyasi partiyalar haqqında” qanuna müvafiq olaraq tələb olunan sənədləşmə prosesinin icrası müzakirə edilib.

Ağstafa rayon təşkilatının sədri Dürdanə Həsənova və Lerik rayon təşkilatının sədri Həşim Nəsirov Məclisdə rayonda baş verən olaylar, partiyanın və təşkilatın fəaliyyəti barədə məruzə ediblər, hər iki təşkilat sədri bildirib ki, yeni qəbul edilmiş qanunun tələblərinə uyğun üzvlərin anket məlumatları yenilənərək mərkəzi aparata təqdim edilib.
Ağstafa

Həmçinin Ağstafa və Lerik rayon təşkilatının Məclisin ölkədəki ictimai-siyasi durum müzakirə edilib. Müzakirə zamanı Azərbaycan Respublikasının Qarabağda suverenliyimizin tam bərpası, Güney Azərbaycan, Türk Dünyasına yönəlik siyasəti təqdir edilsə də, ölkə daxilində kəskin qiymət artımı, sosial problemlər ciddi tənqid olunmuşdur.

Goranboy

Vətəndaş Həmrəyliyi Partiyası Goranboy və Lənkəran rayon təşkilatları Məclisinin növbəti toplantıları keçirilib. Məclisin iclaslarında Goranboy rayon təşkilatının sədri Zaur Məmmədli və Lənkəran rayon təşkilatının sədri Rahib İsmayılov ölkədəki ictimai-siyasi durum, partiya qaşısında duran məqsəd və vəzifələr, təşkilatlanma işləri ilə bağlı geniş çıxış edib. Daha sonra sədrlərin çıxışları ətrafında

Lənkəran

müzakirələr aparılıb. Goranboy və Lənkəran rayon təşkilatlarının “Siyasi partiyalar haqqında” yeni qanuna uyğun sənədləşmə işləri müsbət qiymətləndirilib. Ölkədəki ictimai-siyasi durumu müzakirə edən Məclis üzvləri vətəndaşların sosial problemləri ilə bağlı məsələlərə xüsusi diqqət yetirib, xüsusilə bölgələrdəki çətinlikləri ifadə edib.

Göygöl

Vətəndaş Həmrəyliyi Partiyası Göygöl rayon təşkilatı Məclisinin növbəti yığıncağı keçirilib. Yığıncaqda təşkilat sədri, Vətən Müharibəsi veteranı Samil Bağırlı ölkədə baş verən ictimai-siyasi olaylar, partiyanın və rayon təşkilatının fəaliyyəti, qarşıya qoyulan vəzifələr barədə geniş çıxış edib. O, çıxışında Həmçinin “Siyasi partiyalar haqqında” qanununun tələblərinə uyğun Göygöl rayon təşkilatının qeydiyyatında olan bütün üzvlərin anket məlumatlarının dəqiqləşdirilərək mərkəzi aparata təqdim edildiyini bildirib.

Məclis üzvləri çıxış ətrafında geniş müzakirə apararaq ölkədəki iqtisadi, sosial problemlərdən narahatçılığını ifadə etmiş, partiya təşkilatlanmasının əhəmiyyətini vurğulamışlar.
Sonda yeni təsis edilmiş özək təşkilatları qeydə alınıb və müraciət etmiş üzvlər üzvlüyə qəbul edilib.
Bütöv yazını göstər
Back to top button
Close