Arxiv
“Birlikdə olsaq, bizi məğlub edə bilməzlər”
VHP Gənclər Təşkilatının yeni sədri Pünhan İmamlı: «Hakimiyyətin gənclər siyasəti ancaq onu dəstəkləyən, analoqsuz inkişaf nağıllarına qulaq asan gənclər üçündür» Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Gənclər Təşkilatına yeni sədr seçilib – Pünhan İmamlı. Onunla görüşüb yeni sədr kimi, görmək istədiyi işlər, qarşıdakı planları barədə söhbətləşdik. VHP Gənclər Təşkilatının demokratik düşərgənin bütün tədbirlərində, o cümlədən forumlarda, etiraz […]
Ətraflı oxu
Anar və Sabir Rüstəmxanlı prezidentə müraciət etdilər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyinin keçmiş əməkdaşı, tanınmış şair Əli Kərimin oğlu Orxan Kərimovun xəstəliyi ilə əlaqədar barəsində seçilmiş həbs-qəti imkan tədbirinin dəyişdirilməsi vəsatətinə baxılıb. Orxan Kərimovun qardaşı Paşa Kərimovun ANS-ə verdiyi məlumata görə, proses zamanı onun səhhəti pisləşib və huşunu itirib. Dərhal prosesdə fasilə elan olunub və məhkəməyə “Təcili yardım” çağırılıb, […]
Ətraflı oxu
Vicdan məhbusu Bəxtiyar Hacıyevə
Əziz Bəxtiyar Hacıyev! Sizi 30 yaşınızın tamam olması münasibətilə səmimi qəlbdən təbrik edir, sizə can sağlığı, fəaliyyətinizdə uğurlar arzulayırıq. Bir neçə il bundan əvvəl «Bəxtiyar Hacıyev» adı Azərbaycan cəmiyyətinə bəlli deyildi, baxmayaraq ki, siz dünyanın ən mötəbər universitetlərinin birində təhsil almışdınız və intellektli gənclərdən sayılırdınız. Ancaq Azərbaycanda həmin təhsilə yiyələnən gənclər az deyil. Sizin fərqlənməyinizin, […]
Ətraflı oxu
VHP Gənclər Təşkilatı yeni sədrini seçdi – Fotolar
Konfransın işində müxalifət liderləri də iştirak etdi Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatının IX Konfransı keçirlib. Konfransda VHP sədri Sabir Rüstəmxanlı, Müsavat başqanı İsa Qəmbər, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə, politoloqƏrəstun Oruclu, VHP Ali Məclisinin sədriRafiq Manaflı, Hollandiya Liberal-Demokrat Partiyasının üzvü İsa Yusifli, AXCP, Müsavat, ADP, AMİP, KXCP-nin gənclər təşkilatlarının nümayəndələri, NİDA, Azad Gənclik, Müsbət Dəyişiklik, Dalğa, Avropa […]
Ətraflı oxu
VHP Gənclər Təşkilatı Xədicə İsmayıla edilən şantajı pislədi
Martın 7-də araşdırmaçı-jurnalist Xədicə İsmayılın ev ünvanına təhdid və şantaj xarakterli məktub göndərilib. Məktubda intim xarakterli şəkillər və hədələr yer alıb. Ona özünü yığışdırmasa, rüsvay olacağını yazıblar. Xədicə İsmayıla indiyə qədər ən yüksək səviyyədə korrupsiya ilə bağlı faktlar üzə çıxarıb, hakimiyyət mənsublarının ofşor bizneslərinin gizlinləri açıb, birbaşa hakim ailəyə aidiyyatı olan şirkətlərlə bağlı rəsmi orqanlara […]
Ətraflı oxu
VHP-də müşavirə keçirilib
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və məcburi köçkün rayon təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib. VHP-nin təşkilat şöbəsinin müdiri Samir Əsədlinin APA-ya verdiyi məlumata görə, müşavirədə partiyadaxili məsələlər, təşkilatlanma işləri, İctimai Palatanın 22 aprel mitinqinə hazırlıq və ölkədəki ictimai-siyasi proseslər müzakirə olunub. Müşavirədə VHP Ali Məclisinin sədri Rafiq Manaflı məruzə ilə çıxış […]
Ətraflı oxu
VHP-çilər etiraz aksiyalarını müzakirə etdilər
Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında Ali Məclis sədri Rafiq Manaflının sədrliyi ilə Bakı və məcburi köçkün rayonları təşkilatlarının genişləndirilmiş müçavirəsi keçirilib. Toplantıda partiyanın təşkilatlanması, yerli təşkilatların təklifləri və iradları müzakirə olunub. Qərara alınıb ki, təkliflər ümumiləşdirilsin və növbəti müzakirədən sonra onların tətbiqinə başlanılsın. Görüşdə həmçinin VHP-nin qarşıdan gələn 20 illik yubileyi, gənclərin 17 mart və […]
Ətraflı oxu
Sabir Rüstəmxanlı Oksforda dəvət aldı
Oksford Universiteti Azərbaycanın xalq şairi, millət vəkili Sabir Rüstəmxanlıya dəvət göndərib. Dəvətdə S.Rüstəmxanlının mayın əvvəllərində Oksford Universitetində keçiriləcək «Şeir axşamı»nda iştirakı arzu edilir. Xalq şairi artıq dəvəti qəbul edib və mayın əvvəllərində S.Rüstəmxanlı Londona səfər edəcək. Səfər çərçivəsində millət vəkilinin Londondakı «Azərbaycan Evi»ndə görüşü də nəzərdə tutulur. VHP Mətbuat Xidməti
Ətraflı oxu
Istiqlalçi deputatlar müstəqillik gününün statusunun bərpasini alqişladi
Sabir Rüstəmxanlı: “Dövlət müstəqilliyini bərpa eləməyin özü təzədən dövlət qurmağa bərabər bir işdir” Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktının qəbul olunduğu gün – 18 oktyabr istirahət günü elan olunacaq. Bu, Azərbaycan Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında imzalanmış 2012-2013-cü illər üçün Baş Kollektiv Sazişdə nəzərdə tutulur. […]
Ətraflı oxu
Gəncliyin möhtəşəm 17 mart mitinqi (fotolar)
2010-cu ildən Azərbaycanın siyasi səhnəsinə çıxan yeni gənclik bu ilin ilk izdihamlı mitinqini keçirdi. Etiraz aksiyası razılaşdırılmış mitinq şəklində baş tutdu və ölkə gəncliyinin aktiv kəsimi bu nümayişdə yüksək səviyyədə iştirak etdi. Aramsız yağan qara, soyuğa, hər cür hava müxalifətinə, mitinq meydanının uzaqlığına baxmayaraq, demokratik düşərgədə birləşən gənclər tarix yazmağı bacardılar. Hələ 2011-cu ildən etibarən […]
Ətraflı oxu