Arxiv
VHP sədrinin Güney Azərbaycanla bağlı açıqlaması
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı “Amerikanın Səsi” radiosuna müsahibəsində bildirib ki, İran hökuməti icazə verərsə, minlərlə Azərbaycan vətəndaşı Güney Azərbaycandakı soydaşlarına kömək etməyə hazırdır: “DAK-ın da çoxsaylı üzvləri soydaşlarımızın faciəsinə şərik olmaq üçün İrana getməyi arzulayır. Amma İran hökuməti buna razılıq vermir”. S. Rüstəmxanlı Güney Azərbaycanda zəlzələ nəticəsində həlak olanların İran hökumətinin göstərdiyindən […]
Ətraflı oxu
Müxalifət seçkiyə vahid namizədlə gedəcək
“Prezident seçkiləri zamanı İctimai Palatada vahid namizədin müəyyənləşməsində narazılıqlar olacaq. İnanıram ki, İsa Qəmbər də, Əli Kərimli də vahid namizədin müəyyənləşməsi məsələsində iradə nümayiş etdirəcəklər. Bununla da İctimai Palata seçkiyə vahid namizədlə gedəcək”. Bu açıqlamanı APA-ya İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı verib. O deyib ki, müxalifətin […]
Ətraflı oxu
Gənclər soydaşlarımızın taleyindən narahatdılar
İranda həbsdə olan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin Hüquqlarını Müdafiə Komitəsinin üzvü Şahbaz Xuduoğlunun təşəbbüsü ilə Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. APA-nın xəbərinə görə, Ş. Xuduoğlu deyib ki, İranın rəsmi dairələri Azərbaycan vətəndaşlarının cinayət törətdiklərinə, yaxud günahsız olmalarına dair hər hansı rəsmi məlumat vermir: “Biz bu olayın anlaşılmazlıq üzündən […]
Ətraflı oxu
Gürcüstanlı soydaşlarımıza qarşı amnistiya tətbiq edilməlidir
Dünən Azərbaycan hökumətinin Gürcüstan azərbaycanlıları ilə bağlı son dövrlərdə tətbiq etdiyi siyasətə həsr olunmuş mətbuat konfransı keçirildi. Tədbirə toplaşmış və özlərini yeni miqrasiya siyasətinin qurbanları hesab edən soydaşlarımız ciddi problemlə üz-üzə qaldıqlarını bildirdilər. VHP Siyasi Şurasının üzvü və Azərbaycan Miqrasiya Mərkəzinin (AMM) rəhbəri Əlövsət Əliyev isə ölkənin miqrasiya siyasətinin və bu sahədəki qanunların tamamilə normal olduğunu […]
Ətraflı oxu
Sabir Rüstəmxanlıdan polislərə ağır ittiham
“Polis işçiləri siqareti adamın üzünə elə üfürürlər ki, o dəqiqə səviyyələrinin aşağı olduğu görünür”. Bu sözləri, millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı partiyasının Abşeron rayon təşkilatının sədri Niyaz Qubadovun həbsi ilə bağlı mətbuata açıqlamasında deyib. Polislərin davranışlarından şikayətlənən S.Rüstəmxanlı “heç olmasa, döşümdəki deputat nişanına görə özlərini yığışdırmadılar” deyib: “Hadisənin bu qədər böyüməsi polis işçilərinin mədəni […]
Ətraflı oxu
VHP-nin rayon təşkilatının sədri sifarişlə həbs edildi
VHP Abşeron rayon təşkilatının sədri, Masazır bələdiyyəsinin üzvü Niyaz Qubadov iyunun 3-də axşam saatlarında həbs olunub. N.Qubadovun evinə gələn Abşeron rayon Polis İdarəsinin əməkdaşları «oğurluq faktıyla əlaqədar» evdə axtarış aparılacağını bildiriblər. N.Qubadov polislərdən axtarış ordenini göstərməsi isə mübahisəyə səbəb olub. Axtarış ordeni olmadığını söyləyən polis işçilərindən evi tərk etmələrini tələb edən N.Qubadovu «polisə müqavimət» ittihamı […]
Ətraflı oxu
VHP-çinin həbs səbəbləri
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, cənab Ehsan Zahidov mətbuata açıqlama verərək, VHP Abşeron rayon təşkilatının sədri Niyaz Qubadovun həbs olunması faktını aydınlaşdırıb və VHP-nin bəyanatına münasibət bildiribdir. E.Zahidov həbsin xırdalıqları barədə geniş izahatında N.Qubadovun evində axtarış aparılması, məhkəmə prosesinin saat 22:00-da keçirilməsi, N.Qubadova qarşı Polis İdarəsində sərt rəftar və ona yeməyin çatdırılmaması, vəkillə […]
Ətraflı oxu
Şuşanın işğalından 20 il ötür
Azərbaycanın Şuşa şəhərinin işğalından 20 il ötür. 8 may 1992-ci ildə Şuşa Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunub. 1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirib. Şəhərin intensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-ya kimi davam edib. Bundan sonra düşmənin 1000-ə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum çəkib. […]
Ətraflı oxu
Sabir Rüstəmxanlı poeziyası İngiltərədə
Məlum olduğu kimi, xalq şairi Sabir Rüstəmxanlı bu yaxınlarda Böyük Britaniyanın məşhur Oksford Universitetində keçirilən Beynəlxalq Musiqi və Poeziya Festivalında iştirak edib. Xalq şairinin ədəbi yaradıcılığı dünyanın müxtəlif ölkələrindən gəlmiş çoxsaylı sənət və poeziya pərəstişkarlarının xüsusi maraq və diqqətinə səbəb olub. Çıxışı dönə -dönə alqışlanan şairin şeirləri haqqında İngiltərə mətbuatında da geniş yazılıb. Bundan əlavə, […]
Ətraflı oxu
Sabir Rüstəmxanlı-66
Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurası partiyanın sədri, Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlını doğum günü münasibəti ilə təbrik edib. Təbrikdə deyilir: «Əziz Sabir bəy! Sizi doğum gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə can sığlığı, uzun ömür arzulayırıq. Sizin keçdiyiniz həyat yolu nəsillər üçün böyük bir örnəkdir. Hələ gənc yaşlarınızdan xalqımızın milli azadlıq ruhunun […]
Ətraflı oxu