vhpadmin
Əbülfəz Elçibəyin doğum günüdür
Bu gün Azərbaycan milli azadlıq hərəkatının lideri, Azərbaycanın sabiq prezidentlərindən biri olmuş Əbülfəz Elçibəyin doğum günüdür. APA-nın məlumatına görə, Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (ADU) şərqşünaslıq fakültəsini bitirib. Bir müddət Misirdə tərcüməçi kimi çalışıb, Bakıya qayıtdıqdan sonra ADU-da müəllim işləyib. […]
Ətraflı oxu
Demokratik Qüvvələrin Milli Şurasının Bəyannaməsi
Biz, bu bəyannaməni imzalayan siyasətçilər, ziyalılar, vətəndaş cəmiyyəti təmsilçiləri və fəal gənclər bəyan edirik ki, hələ 95 il əvvəl bütün Şərqdə və müsəlman dünyasında ilk demokratik cümhuriyyətin qurulduğu Azərbaycanda son onilliklərdə avtoritar rejim və sülalə hakimiyyəti bərqərar olmuşdur. Xalq konstitusiyanın təməl prinsipinə uyğun olaraq hakimiyyəti formalaşdırmaq haqqına malik olduğu halda, ölkədə hakimiyyət qollarından […]
Ətraflı oxu
Dünən gözəl bir gün yaşadım…
Anar Mahmudoğlu Zakir Sadatlının nə özü, nə də sözü çirkab götürər Dünən son ayların ən gözəl gününü yaşadım: Milli Kitab Mükafatının qalibi kimi məhz Zakir Sadatlının adı çıxdı zərfdən. İnanırdım, adım kimi əmin idim – Zakir Sadatlı sözünün qaliblər sırasında olacağına, münsiflərin növbəti dəfə ədalətli qərar verəcəyinə… Etiraf edək ki, MKM-in ilk müsabiqəsində kimlərinsə piar […]
Ətraflı oxu
Milli Şura millərtin şurası ola biləcəkmi?
İbrahim Quliyev Nəhayət, iyirmi illik siyasi uğursuzluqdan sonra Azərbaycan müxalifəti Milli Şura adı altında bir araya gəldi. Onu da vurğulayaq ki, Milli Şura siyasi dairələrdən gələn ideya deyil, o, Azərbaycanın siyasətə yaxın ziyalı elitasının mənəvi sifarişidir. Biz ötənlərdə dəfələrlə mətbuatda ölkınin ziyalı elitasının xalqın taleyinə qarşı biganəliyindən danışmışdıq. Qeyd etmişdik ki, ölkədə baş verən bu […]
Ətraflı oxu
Milli Şuranın Dünya birliyinə müraciəti
Azərbaycan Respublikası Demokratik Qüvvələrin Milli Şurası üzvlərinin imzaladığı bu müraciət Vətənimizin taleyi, bütövlükdə yaşadığımız regionda inkişaf və sabitliyin taleyi üçün keçirdiyimiz dərin həyəcan hisslərinin diqtəsidir. Azərbaycanda əsas insan hüquq və azadlıqlarının vəziyyəti, eləcə də hökumətin demokratiya sahəsində beynəlxalq öhdəliklərini necə yerinə yetirməsi barədə nüfuzlu beynəlxalq təşkilatların, monitorinq xidmətlərinin çoxsaylı hesabatları ölkədə ağır ictimai-siyasi […]
Ətraflı oxu
“Türkiyədə yaşananlar birmənalı xalq hərəkatıdır”
Milli Şura ideyasına dəstək verən partiyalardan biri Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıdır. Ötən gün Türkiyədən Azərbaycana dönən Sabir bəy “Yeni Müsavat”ın həm Milli Şura ətrafında gedən proseslər, həm də Türkiyədə son günlər yaşananlarla bağlı suallarına cavab verib. – Sabir bəy, Vətəndaş Həmrəyliyi Partiyası Milli Şura ilə bağlı qərar veribmi? – Bu məsələ ilə bağlı […]
Ətraflı oxu
“Türkiyədəki etiraz dalğası Azərbaycana da təsir edəcək“
“Orada baş verənlər xalq ayaqlanmasıdır” Hazırda Türkiyədə olan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı qardaş ölkədə baş verən qanlı aksiyalarla bağlı təəssüratlarını bölüşüb. Bir neçə gündür Türkiyədə olduğunu deyən deputat İstanbulda davam edən etiraz dalğasının səbəbləri göründüyü kimi təbiətin müdafiəsi deyil, hakimiyyətə qarşı narazılıqdır. “Mən elə bu gün Türkiyədəyəm. Bütün bu proseslər […]
Ətraflı oxu
Demokratik Qüvvələrin Milli Şurasının Əsasnaməsi
l Ümumi müddəalar. l.1 Milli Şura siyasətçilərin, ziyalıların, ictimai xadimlərin və gənc fəalların yaratdığı ictimai birlikdir. l.2 Milli Şura Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına,beynəlxalq hüquqi normalara və bu əsasnaməyə uyğun […]
Ətraflı oxu
Demokratiyanın iflası?
İbrahim Quliyev Bizdə məsəl var, hər kəs közü öz qabağına çəkər. Buna böyük siyasətdə dövlətlərin marağı deyilir. Məsələn, “İngiltərənin əbədi dostları yoxdur, əbədi maraqları var” qanadlı ifadəsi Çörçilə məxsusdur. Tetçer isə deyirdi ki, “Siyasətdə dostluq anlayışı mənafe kimi qəbul edilməlidir”. Bütün bunlar böyük evolyusiyanın sonunda bəşəriyyətin gəldiyi yekun qənaətdirmi? Bunun son və yaxud yekun qənaət […]
Ətraflı oxu
M.Ə.Rəsulzadənin Azərbaycan gəncliyinə xitabı
Ey gənclik! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ! Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərində Azərbaycan Türklərinin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə […]
Ətraflı oxu