vhpadmin
“Bir il əvvəl desəydilər razılaşardım”
Vətəndəş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı haqqında gəzən söz-söhbətlərə aydınlıq gətirib. Türkiyədən yenicə qayıdan partiya sədri onun Milli Şuranın prezidentliyə vahid namizədi olması ilə bağlı irəli sürülən təklifə və buna qarşı çıxan eks-spiker Rəsul Quliyevə cavab verib. VHP sədri Modern.az-a bildirib ki, bir il bundan öncə ona Milli Şuranın vahid namizədi olmaq təklifi […]
Ətraflı oxu
Güney Azərbaycandan son məlumatlar
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Diasporla İş üzrə Şöbəsinin müdiri Real Cəfərli Güney Azərbaycanda ötən həftə ərzində baş vermiş hadisələrlə bağlı məlumat verib. Real Cəfərli bildirib ki, fars şovinist rejimi milli fəalların hüquqlarını pozmaqda davam edir: “İyulun 13-də Təbriz şəhərinin mərkəzi həbsxanasında aclıq aksiyasına başlamış Yeni GAMOH təşkilatının üzvləri – doktor Lətif Həsəni, Yuruş (Ayət) Mehrəlibəyli, […]
Ətraflı oxu
“İndiki şəraitdə Milli Şuranın prezident seçkiləri ilə bağlı fəaliyyətində ətalət görünür”.
Bu açıqlamanı APA-ya Milli Şuranın (MŞ) üzvü, Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin sədri Rafiq Manaflı verib.. R. Manaflı Müsavat Məclisinin partiya başqanı İsa Qəmbərin prezidentliyə namizədliyini qüvvədə saxlamasına da münasibət bildirib. O, Milli Şura üzvlərinin İsa Qəmbəri bu mövqeyinə görə sıxışdırmasını düzgün hesab etməyib: “Çünki İsa Qəmbər müxalifətin vahid namizədi olaraq Rüstəm İbrahimbəyovun namizədliyini birmənalı […]
Ətraflı oxu
Milli Şuranın namizədi Sabir Rüstəmxanlı olsun
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Milli Şuranın ehtiyat namizədi ola bilər. Belə bir tələblə VHP-nin Milli Şurada təmsil olunan qrupu qurumun növbəti sessiyasında çıxış edəcək. Bu barədə AzNews.az-a daxil olan məlumatda bildirilir ki, VHP MŞ-in sədri Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığının ləğvi məsələsinin uzanması halında qurumun yeni vahid namizədinin müəyyənləşdirilməsi ilə bağlı Müsavat […]
Ətraflı oxu
Milli Şuranın üzvü: “Sabir Rüstəmxanlı Milli Şuranın vahid namizədi ola bilər”
“Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıqla bağlı problemi avqustun 15-ə kimi həll edilməsə, VHP-çilər partiya sədri Sabir Rüstəmxanlının namizədliyini irəli sürə bilər”. Bu açıqlamanı APA-ya Milli Şuranın üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Təşkilat məsələləri şöbəsinin müdiri Samir Əsədli verib. S.Əsədli deyib ki, hazırda Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından […]
Ətraflı oxu
Professor Hacıbaba Əzimovun 75 yaşı tamam oldu
VHP bu münasibətlə tanınmış siyasi xadim və görkəmli alim Hacıbaba Əzimova təbrik məktubu imzalamışdır Azərbaycan tarixşünaslıq elmində öz imzasını qoyan görkəmli alim, milli mənlik şüurunun formalaşmasında xüsusi rolu olan böyük ziyalı, xalqın birliyi, müstəqilliyi uğrunda ilk gündən savaşa qatılan əsl vətəndaş, Azərbaycanın Müstəqillik Aktının əsas müəlliflərindən biri və bu gün də cəmiyyətimizdə demokratik […]
Ətraflı oxu
Sabir Rüstəmxanlı yeni GAMOH-çuları açlıq aksiyasını dayandırmağa çağırdı
Məlum Olduğu kimi 9 il azadlıqdan məhrum etmiş Yeni GAMOH (Güney Azərbaycan Milli Oyanış Hərəkatı) fəalları Lətif Həsəni, Ayət Mehrəlibəyli, Şəhram Radmehr, Mahmud Fəzli və Behbud Quluzadə iyulun 13-dən məhkəmənin barələrində ədalətsiz hökmünə etiraz olaraq aclıq aksiyasına başlayıb. Onların sağlamlıq vəziyyəti olduqca ağırdır, ancaq haqlı istəklərinə nail olmaq üçün aclıq aksiyasına davam edirlər. Vətəndaş […]
Ətraflı oxu
Sabir Rüstəmxanlının Zaur Qurbanlı ilə bağlı müraciətinə Baş Prokurorluq cavab verdi
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlının bir müddət öncə hazırda həbsdə olan gənc fəal Zaur Qurbanlını zaminə götürmək üçün etdiyi müraciətə Baş Prokurorun birinci müavini, ikinci dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubovun imzası ilə cavab verilib. R.Usubov cavab məktubunda bildirir ki, Zaur Qurbanlının uzun müddət irsi talassemiya və böyrək çatışmazlığı kimi xəstəliklərdən […]
Ətraflı oxu
“Varlıq” İranda ilk azərbaycandilli məktəb oldu
“Varlıq” jurnalı zamanın ehtiyacından doğulan bir məcmuə oldu. XX yuzilliyin əvvəllərində hakimiyyətə gələn Rza şahın paniranist siyasəti bu ölkədə yaşayan xalqların milli mənliyini unutdurmağa yönəlmişdi. Həmin dövrlərdə Güney azərbaycanlıların da milli mənsubiyyətinin təkzib edilməsi, azərilərin fars mənşəli olması barədə iddialar irəli sürülürdü. “1309-cu ildə İran şahının sərəcamına əsasən İranın bütün əyalət və vilayətlərində tədris və […]
Ətraflı oxu
VHP Şirvan şəhər təşkilatının toplantısı keçirilib (Foto)
Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Şirvan Şəhər Təşkilatı Məclisinin toplantısı keçirildi. Toplantıda şəhər təşkilatının konfransına hazırlıq, ictimai-siyasi vəziyyət, təşkilatın fəaliyyəti müzakirə edildi. Şəhər təşkilatının sədri Aqil Vəliyev, NTK üzvü İdris Xurşudov, Ağsaqqallar Şurasının sədri Qəzənfər Məmmədov, RT sədrinin müavini Allahverdi Babayev, Qadınlar Şurasının sədri Ayrac Atamoğlanova və Gənclər Təşkilatının sədri Həlimə Rzalı çıxış ediblər. […]
Ətraflı oxu