vhpadmin
Mahmudəli Çöhrəqanlı Bakı aeroportundan Frankfurta geri qaytarılıb
Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri, doktor Mahmudəli Çöhrəqanlı bu gün Bakıya gəlib. Lakin Heydər Əliyev Beynəlxalq Hava limanında ona Azərbaycan ərazisinə girməyə icazə verilməyib. APA-nın xəbərinə görə, Mahmudəli Çöhrəqanlıya Azərbaycana giriş üçün viza verilmədiyindən o oğlu ilə birgə geri qayıdıb. M. Çöhrəqanlı Bakıya gəldiyi Frankfurt-Bakı reysi ilə də geri qaytarılıb. Onun qarşılamaq üçün […]
Ətraflı oxu
“Milli Şura ehtiyat vahid namizəd seçməlidir”
Milli Şuranın daha bir üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Azadlıq” qəzetinə bildirib ki, Milli Şuranın son sessiyasında çoxluğun qəbul etdiyi qərara səs verənlərdəndir: “Biz hesab edirik ki, Rüstəm İbrahimbəyovun seçkidə iştirakı mümkün olmasa, Milli Şura ehtiyat vahid namizədini seçməlidir. Bu istiqamətdə ciddi müzakirələr gedib və ehtiyat namizəd kimi, bir neçə […]
Ətraflı oxu
Milli Şuranın bir qrup üzvü müraciət yaydı
Milli Şuranın bir qrup üzvü avqustun 22-də müraciət yayıb. “Media forum” saytının məlumatına görə, müraciətdə deyilir: – Demokratik Qüvvələrin Milli Şurasının son iki sessiyasında qurumun üzləşdiyi yeni vəziyyət, yəni prezidentliyə vahid namizəd Rüstəm İbrahimbəyovun seçkidə iştirakı ilə bağlı problemin ortaya çıxması müzakirə edilib və əksəriyyət Milli Şuranın seçkiyə vahid namizədlə getməsi barədə mövqe bildirib. Bu […]
Ətraflı oxu
Qubadlının işğalından 20 il keçdi
Bu gün Qubadlı rayonunun Ermənistan tərəfindən işğal olunmasının 20-ci ildönümü tamam olur. Azərbaycanın bu tarixi ərazisi 1993-cü il avqustun 31-də rus-erməni hərbi birləşmələri tərəfindən işğal olunub. Zəngilan, Laçın, Cəbrayıl, eyni zamanda Ermənistanın Gorus və Qafan rayonları ilə sərhəddə yerləşən Qubadlı strateji əhəmiyyəti ilə seçilirdi. İşğal nəticəsində rayonunun 826 kv.km ərazisi, habelə 93 kəndi, 13,2 […]
Ətraflı oxu
Sabir Rüstəmxanlı Cəmil Həsənlini dəstəklədi
“Cəmil Həsənliyə bir ziyalı kimi, böyük hörmətim var. Hesab edirəm ki, onun Azərbaycan müxalifətinin vahid namizədi olması cəmiyyət üçün uğurlu addımdır. Nəticəsindən aslı olmayaraq Azərbaycan müxalifətinin bu birliyini alqışlayıram ”. Bu sözləri Moderator.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Cəmil Həsənlinin Milli Şuranın ehtiyat vahid namizədi olmasına münasibət bildirərkən deyib.
Ətraflı oxu
Sabir Rüstəmxanlı prezidentliyə namizəd olmayacaq
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı Azərbaycan prezidentliyinə namizədliyini verməyəcək. Bu barədə APA-ya S. Rüstəmxanlı özü bildirib. VHP sədri qeyd edib ki, qarşıdan gələn seçkilərdə namizədliyini irəli sürməmək qərarına gəlib.
Ətraflı oxu
Təbriz, Ərdəbil və Urmiyada çoxsaylı edamlar həyata keçirilib
VHP Diasporla İş Şöbəsinin Güney Azərbaycanda həftə ərzində baş verənlərlə bağlı hesabatı: – Ötən iki həftə ərzində Güney Azərbaycan bir sıra hadisələrlə yadda qaldı. Belə ki, avqustun 12-də Güney Azərbaycanın Əhər, Heris və Vərziqan şəhərlərində yüzlərlə adamın ölməsinə, minlərlə insanın yaralanmasına və on minlərlə soydaşımızın evsiz-eşiksiz qalmasına səbəb olan Qaradağ zəlzələsindən bir il ötdü. Bundan […]
Ətraflı oxu
Ağdamın işğalından 20 il ötür
Bu gün Ağdam rayonunun işğalından 20 il ötür. Ərazisinin 70 faizini itirən Ağdamın işğalı ilə Azərbaycan iqtisadiyyatı 3 milyard manat vəsait itirib. 40 min ha-dan çox əkin sahəsi olan və ölkənin ən iri aqrar rayonlarından sayılan Ağdamda indi 17 min ha sahədə əkin aparılır. 23 iyul 1993-cü ildə birinci Qarabağ müharibəsinin ən geniş miqyaslı əməliyyatlarından […]
Ətraflı oxu
“Prezidentliyə namizəd olmaq fikrim yoxdur” – Açıqlama
Sabir Rüstəmxanlı: “Ayaz Mütəllibov cəfəngiyyat danışır” “Biz seçkilərdə iştirak etməyəcəyik. Şəxsən mənim prezidentliyə namizəd olmaq fikrim yoxdur. VHP-nin seçkilərlə bağlı son qərarını bu yaxınlarda müzakirə edəcəyik”. Bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı özünün seçkilərdə iştirakını şərh edərkən deyib. Rüstəmxanlı VHP-nin müxalifətin vahid namizədi qismində ortaya atılan Rüstəm İbrahimbəyovu müdafiə etməsi məsələsinə də aydınlıq […]
Ətraflı oxu
ABŞ hakimiyyəti demokratik seçkilərə çağırdı
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar qarşıdan gələn prezident seçkisi ilə bağlı bəyanat verib. Bəyanatda Azərbaycan hökuməti xalqın iradəsini əks etdirəcək azad və ədalətli seçki prosesini təmin etməyə çağırılır: “Müsəlman dünyasında ilk demokratik dövlət 1918-ci ildə yaranmış Azərbaycan Demokratik Respublikası olub. Biz Azərbaycan rəsmilərinə müraciət edərək, onları bu qürurverici tarixə uyğun hərəkət etməyə, eləcə də öz […]
Ətraflı oxu