Xəbərlər

Nurəddin Mehdixanlı-55

Nurəddin Əzulla oğlu Quliyev (Mehdixanlı) 1956-cı il oktyabr ayının 6-da Cəlilabad rayonunun Tahirli kəndində doğulub. Vaxtilə, nəsillərinin soyadı olan “Mehdixanlı” onun səhnə təxəllüsüdür. Tahirli kənd orta məktəbini 1974-cü ildə bitirərək Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Dahi rejissor Ədil İsgəndərovun rəhbərlik etdiyi kursu 1978-ci ildə başa vurub […]

Ətraflı oxu

VHP Ali Məclisinin sədri Rafiq Manaflıya

VHP Ali Məclisinin sədri Rafiq Manaflının doğum günü ilə bağlı partiyanın təbriki yayılıb. Təbrikdə deyilir: «Hörmətli Rafiq bəy! Sizi doğum gününüz münasibəti ilə səmimi qəbldən təbrik edir, Sizə can sağlığı, uzun ömür arzulayırıq. Siz Azərbaycanın ictimai-siyasi fikir tarixində xüsusi önəmi olan adamsınız. Hələ Milli Azadlıq Hərəkatının ilk günlərindən AXC Ali Məclisinin üzvü və Qaradağ rayon […]

Ətraflı oxu

VHP-dən AMİP-ə yaşıl işıq

AMİP Mərkəzi Şuranın toplantısını VHP-nin qərargahında keçirə bilər. Belə ki, VHP bununla bağlı AMİP-in müraciətini gözləyir. Məsələ ilə bağlı VHP sədrinin müavini Samir Əsədli “OLAYLAR”a açıqlamasında bunları deyib: “AMİP Mərkəzi Şuranın toplantısını keçirmək üçün BŞİH-nə müraciət edib. Əgər BŞİH AMİP-ə bununla bağlı yer verməsə onda AMİP toplantını VHP-nin qərargahında keçirə bilər”.

Ətraflı oxu
VHP sədrinin yeni kitabı çapdan çıxdı

VHP sədrinin yeni kitabı çapdan çıxdı

Planetimizin və insanlığın uzayda, kainatda tut¬du¬ğu yer, sivilizasiyanın taleyi və Yerlə Göyü birləşdirən sevgi… Xalq şairi Sabir Rüstəmxanlının yeni nəsr əsərində bu mövzular müstəvisində oxucunun diqqəti cəmiyyətimizin ciddi sorunlarına yönəldilir. Görkəmli şair-publisist Sabir Rüstəmxanlının “Sunami” romanı “Qanun” nəşriyyatında çıxıb. 180 səhifəlik kitab 1000 tirajla buraxılıb, qiyməti 3 manat 50 qəpikdir.

Ətraflı oxu

VHP tərəddüd edir

“Vətəndaş Həmrəyliyi Partiyasının təkrar bələdiyyə seçkiləri ilə bağlı konkret qərarı qəbul etməyib”. Bunu “OLAYLAR”a açıqlamasında VHP sədrinin müavini Samir Əsədli deyib. Onun sözlərinə görə, partiya bu yöndə qərar qəbul etməyə tələsmir: “Partiya üzvlərindən seçkidə iştirak etmək istəyənlər var. Ancaq buna baxmayaraq partiya bununla bağlı konkret qərar qəbul etməyib. Çünki ötən bələdiyyə seçkilərində VHP üzvləri, namizədlərinə […]

Ətraflı oxu
Xocavəndin işğalindan 19 il ötür

Xocavəndin işğalindan 19 il ötür

Rayon erməni silahlı birləşmələri tərəfindən 1992-ci ildə işğal edilib Bu gün Xocavəndin Ermənistan silahlı birləşmələri tərəfindən işğalından 19 il ötür. Rayon Ağdam-Füzuli avtomobil yolu kənarında, dağətəyi düzənlikdə yerləşir. Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazasında yaradılıb. Ərazisi 1458 kvadratkilometr olan Xocavənd rayonunda 1 şəhər, 2 qəsəbə, […]

Ətraflı oxu
Əli Həsənov hansı haqla müstəqillikdən danışır?

Əli Həsənov hansı haqla müstəqillikdən danışır?

Anar NİFTƏLİYEV Dünən televiziyaların birində dövlət müstəqilliyinin 20-ci ildönümüylə əlaqədar veriliş hazırlanmışdı. Bilirsinizmi, müstəqilliyin qazanılması yolu barədə kim çıxış edirdi? Əli Həsənov! Adam müstəqilliyin ağır sınaqlardan keçməsi, keşməkeşi, daha nə bilim, hansı zibili haqda elə ötkəmlə danışırdı ki, adamın gözü kəlləsinə çıxırdı! Bu ölkədə meyar qalmayıb, dəyər itib, artıq insanlar danışdıqları yalana görə bir qram […]

Ətraflı oxu
Əlvidа, cənаb Qəddаfi!

Əlvidа, cənаb Qəddаfi!

Ibrahim Quliyev Аmmа ürəyini sıхmа, аrdıncа gələn çох оlаcаq  Hə… bu dа sоn, cənаb Qəddаfi! 31 il idаrə еtdiyin хаlq birdən кüкrəyib аyаğа qаlхdı. Sənin sоsiаlist cəmаhiriyyəni аlt-üst еlədi, sаrаyını yеr üzündən sildi, əzmətli pоrtrеtlərini cırıb аyаqlаr аltınа töкdü. Liviyаnın hər bucаğındаn bоylаnаn hеyкəllərini üzüquylu tоrpаğа yıхdı. Tаnış səhnədir. Bir vахt bizim də аtа-bаbаmız Stаlinin […]

Ətraflı oxu
Samir Əsədli: “Allah hərəyə bir tale qismət edib”

Samir Əsədli: “Allah hərəyə bir tale qismət edib”

VHP Siyasi Şurasının üzvü Samir Əsədli “Mərkəz” qəzetinin ”TEZ-BAZAR” rubrikasında – Özünüzü 2 sözlə təqdim edin. – Samir Əsədli. – Sizi necə təqdim edəndə razı qalırsınız? – Fəaliyyətimə uyğun. – “Mən kiməm?” sualına necə cavab verirsiniz? – Allahın bəndəsi. – Dost… – Çətin məsələdir. – İlk sevginiz? – Arxivdə qalıb. – Əsas ixtisasınız? – Geodeziya […]

Ətraflı oxu
“Elçibəyə “İstiqlal” ordeni verilsin” – Bəyanat

“Elçibəyə “İstiqlal” ordeni verilsin” – Bəyanat

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasında “İslahat” deputat qrupunun növbəti toplantısı keçirilib. Milli Məclisin payız sessiyası öncəsi keçirilən toplantıda “İslahat” deputat qrupunun faəliyyət istiqamətləri, qrupa daxil olan partiyaların daha geniş müstəvidə əməkdaşlıq perspektivləri və digər məsələlər müzakirə olunub. “İslahat” deputat qrupunun müzakirəsinə çıxarılan əsas məsələlərdən biri Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü ilə bağlı […]

Ətraflı oxu