Xəbərlər
Ağdamın işğalından 20 il ötür
Bu gün Ağdam rayonunun işğalından 20 il ötür. Ərazisinin 70 faizini itirən Ağdamın işğalı ilə Azərbaycan iqtisadiyyatı 3 milyard manat vəsait itirib. 40 min ha-dan çox əkin sahəsi olan və ölkənin ən iri aqrar rayonlarından sayılan Ağdamda indi 17 min ha sahədə əkin aparılır. 23 iyul 1993-cü ildə birinci Qarabağ müharibəsinin ən geniş miqyaslı əməliyyatlarından […]
Ətraflı oxu
“Prezidentliyə namizəd olmaq fikrim yoxdur” – Açıqlama
Sabir Rüstəmxanlı: “Ayaz Mütəllibov cəfəngiyyat danışır” “Biz seçkilərdə iştirak etməyəcəyik. Şəxsən mənim prezidentliyə namizəd olmaq fikrim yoxdur. VHP-nin seçkilərlə bağlı son qərarını bu yaxınlarda müzakirə edəcəyik”. Bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı özünün seçkilərdə iştirakını şərh edərkən deyib. Rüstəmxanlı VHP-nin müxalifətin vahid namizədi qismində ortaya atılan Rüstəm İbrahimbəyovu müdafiə etməsi məsələsinə də aydınlıq […]
Ətraflı oxu
ABŞ hakimiyyəti demokratik seçkilərə çağırdı
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar qarşıdan gələn prezident seçkisi ilə bağlı bəyanat verib. Bəyanatda Azərbaycan hökuməti xalqın iradəsini əks etdirəcək azad və ədalətli seçki prosesini təmin etməyə çağırılır: “Müsəlman dünyasında ilk demokratik dövlət 1918-ci ildə yaranmış Azərbaycan Demokratik Respublikası olub. Biz Azərbaycan rəsmilərinə müraciət edərək, onları bu qürurverici tarixə uyğun hərəkət etməyə, eləcə də öz […]
Ətraflı oxu
“Bir il əvvəl desəydilər razılaşardım”
Vətəndəş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı haqqında gəzən söz-söhbətlərə aydınlıq gətirib. Türkiyədən yenicə qayıdan partiya sədri onun Milli Şuranın prezidentliyə vahid namizədi olması ilə bağlı irəli sürülən təklifə və buna qarşı çıxan eks-spiker Rəsul Quliyevə cavab verib. VHP sədri Modern.az-a bildirib ki, bir il bundan öncə ona Milli Şuranın vahid namizədi olmaq təklifi […]
Ətraflı oxu
Güney Azərbaycandan son məlumatlar
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Diasporla İş üzrə Şöbəsinin müdiri Real Cəfərli Güney Azərbaycanda ötən həftə ərzində baş vermiş hadisələrlə bağlı məlumat verib. Real Cəfərli bildirib ki, fars şovinist rejimi milli fəalların hüquqlarını pozmaqda davam edir: “İyulun 13-də Təbriz şəhərinin mərkəzi həbsxanasında aclıq aksiyasına başlamış Yeni GAMOH təşkilatının üzvləri – doktor Lətif Həsəni, Yuruş (Ayət) Mehrəlibəyli, […]
Ətraflı oxu
“İndiki şəraitdə Milli Şuranın prezident seçkiləri ilə bağlı fəaliyyətində ətalət görünür”.
Bu açıqlamanı APA-ya Milli Şuranın (MŞ) üzvü, Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin sədri Rafiq Manaflı verib.. R. Manaflı Müsavat Məclisinin partiya başqanı İsa Qəmbərin prezidentliyə namizədliyini qüvvədə saxlamasına da münasibət bildirib. O, Milli Şura üzvlərinin İsa Qəmbəri bu mövqeyinə görə sıxışdırmasını düzgün hesab etməyib: “Çünki İsa Qəmbər müxalifətin vahid namizədi olaraq Rüstəm İbrahimbəyovun namizədliyini birmənalı […]
Ətraflı oxu
Milli Şuranın namizədi Sabir Rüstəmxanlı olsun
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Milli Şuranın ehtiyat namizədi ola bilər. Belə bir tələblə VHP-nin Milli Şurada təmsil olunan qrupu qurumun növbəti sessiyasında çıxış edəcək. Bu barədə AzNews.az-a daxil olan məlumatda bildirilir ki, VHP MŞ-in sədri Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığının ləğvi məsələsinin uzanması halında qurumun yeni vahid namizədinin müəyyənləşdirilməsi ilə bağlı Müsavat […]
Ətraflı oxu
Milli Şuranın üzvü: “Sabir Rüstəmxanlı Milli Şuranın vahid namizədi ola bilər”
“Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıqla bağlı problemi avqustun 15-ə kimi həll edilməsə, VHP-çilər partiya sədri Sabir Rüstəmxanlının namizədliyini irəli sürə bilər”. Bu açıqlamanı APA-ya Milli Şuranın üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Təşkilat məsələləri şöbəsinin müdiri Samir Əsədli verib. S.Əsədli deyib ki, hazırda Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından […]
Ətraflı oxu
Professor Hacıbaba Əzimovun 75 yaşı tamam oldu
VHP bu münasibətlə tanınmış siyasi xadim və görkəmli alim Hacıbaba Əzimova təbrik məktubu imzalamışdır Azərbaycan tarixşünaslıq elmində öz imzasını qoyan görkəmli alim, milli mənlik şüurunun formalaşmasında xüsusi rolu olan böyük ziyalı, xalqın birliyi, müstəqilliyi uğrunda ilk gündən savaşa qatılan əsl vətəndaş, Azərbaycanın Müstəqillik Aktının əsas müəlliflərindən biri və bu gün də cəmiyyətimizdə demokratik […]
Ətraflı oxu
Sabir Rüstəmxanlı yeni GAMOH-çuları açlıq aksiyasını dayandırmağa çağırdı
Məlum Olduğu kimi 9 il azadlıqdan məhrum etmiş Yeni GAMOH (Güney Azərbaycan Milli Oyanış Hərəkatı) fəalları Lətif Həsəni, Ayət Mehrəlibəyli, Şəhram Radmehr, Mahmud Fəzli və Behbud Quluzadə iyulun 13-dən məhkəmənin barələrində ədalətsiz hökmünə etiraz olaraq aclıq aksiyasına başlayıb. Onların sağlamlıq vəziyyəti olduqca ağırdır, ancaq haqlı istəklərinə nail olmaq üçün aclıq aksiyasına davam edirlər. Vətəndaş […]
Ətraflı oxu