Xankəndi Şəhər Təşkilatı

Shehriyar A-ov

Şəhriyyar Abdullayev

Xankəndi Şəhər Təşkilatı sədri

Abdullayev Şəhriyar Bəxtiyar oğlu 1985-ci 12 iyun tarixində anadan olub.
2003-cü ildə Bakı şəhərində orta məktəbi bitirib.
Bakı Dövlət Universitetinin məzunudur. 2007-2008-ci ildə hərbi xidmətdə olub.
2004-cü ildən VHP Xankəndi şəhər təşkilatının üzvü və 2018-ci ildən şəhər təşkilatının sədridir. vurmuşam.
Evlidir, iki övladı var.

Vətəndaş Həmrəyliyi Partiyası Xankəndi şəhər təşkilatı 2004-cü ildə təsis edilib. Bakıda fəaliyyət göstərir.
2004-2018-ci illərdə şəhər təşkilatına mərhum Nizami Bağırov rəhbərlik edib.
Hazırda VHP Xankəndi şəhər təşkilatının sədri Şəhriyar Abdullayevdir.

Xankəndi şəhəri 26 dekabr 1991-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Sahəsi 8 km²-dir. Paytaxt Bakıdan 329 km aralıda yerləşir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Xankəndi şəhərinin 53,3 min nəfər, Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi vardır. Hazırda erməni silahlı qüvvələrinin nəzarəti altındadır

Xankəndi digər Azərbaycan şəhərlərinin əksəriyyətindən nisbətən cavan olması ilə fərqlənir. Arxiv sənədlərinə görə şəhər XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığı başçılarının – xanların istirahəti üçün yaşayış məskəni kimi salınır. Xanların fəaliyyətinə maksimum şərait yaradılması üçün məskən xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində salınır. Bu zaman onun xanlığın digər vacib şəhər və kəndlərinə, Ağdama, Xocalıya,Malıbəyliyə, Kərkicahana və digərlərinə yaxın olması da əsas götürülüb. Belə ki, yeni yaşayış məntəqəsi kimi digər yaşayış məntəqələrində də ancaq yerli əhali, azərbaycanlılar yaşayırdı. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında “Xanın kəndi” kimi tanınır. Qısa bir müddətdən sonra qəsəbə Xankəndi adını alır.

Telefon:

+994 55 712 61 41

Back to top button
Close