VHP Neftçalada yığıncaq keçirib- FOTO
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Neftçala rayon təşkilatının növbəti Məclis toplantısı keçirilib. Toplantıda təşkilatı məsələlər və ölkədə baş verən ictimai-siyasi durum müzakirə edilib.
VHP Neftçala rayon təşkilatının sədri Fərman Hüseynov ölkədə və dünyada baş verən siyasi olaylar barədə danışıb. Çıxışında partiyanın fəaliyyəti, qarşıda duran vəzifələr və Neftçala rayonundakı vəziyyət barədə də danışıb. Təşkilatın və partiyanın fəaliyyətindən danışarkən F.Hüseynov qeyd edib ki, VHP-nin bu ilə təsis olunmasından 30 il ötür. Həm Bakı şəhərində, həm də Neftçalada partiyanın yubiley tədbiri qeyd olunacaq.
Fərman Hüseynov çıxışında həmçinin bu gün xalq hərəkatının flaqmanı olan Xalq Cəbhəsinin təsis olunmasından 33 il keçdiyini bildirib . AXC xalqın təşkilatı idi, müstəqillik və azadlıq aşiqlərinin təsis etdiyi bir təşkilat idi.
Həmçinin F.Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin bu günlərdə Ankara şəhərində heykəlinin ucaldılmasını müsbət olay olduğunu bildiriv və Bakıda da Rəsulzadəyə heykəlinin ucaldılmasının vacib olduğunu qeyd edib.
Sonda təşkilati məsələlərə baxılıb, partiyaya yeni üzvlər qəbul edilib.