Tovuz Rayon Təşkilatı

nesimitovuzlu

Nəsimi Ələsgərov

Tovuz Rayon Təşkilatı sədri

Ələsgərov Nəsimi Telman oğlu 23 iyun 1963-ci ildə Tovuz şəhərində ziyalı ailəsində anadan olub.
Tovuz rayon Bozalqanlı kənd orta məktəbini bitirib. 1985-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini Mədəni-Marif Fakültəsini fərqlənmə ilə bitirib. 1985-1987-ci illərdə hərbi xidmətdə olub.
1987-1999-cu illərdə Tovuz rayon Mərkəzi Mədəniyyət evində Rejissor işləyib.
2000 -2002-ci illərdə sahibkar kimi kiçik müəssisə rəhbəri olub.
2002-2004-cü illərdə SM TV-nin icraçı direktoru olub. 2004-2008-ci illərdə “Vətəndaş Həmrəyliyi” qəzetinin bölgə təmsilçisi olub.
1988-ci illərdə siyasi fəaliyyətə başlayıb, Azərbaycanda başlanan xalq hərəkatının öncüllərindən olub. Tovuz rayonunda SSRİ-i əleyhinə keçirilən mitinq və nümayişlərin təşkilatçılarından olub. Azərbaycan Xalq Cəbhəsinin Tovuz rayon şöbəsinin qurucularından və rəhbərlərindən biri olub.
1992-1998-ci illərdə siyasi fəaliyyətini AMİP-də davam etdirib. 1998-ci ildən VHP Tovuz rayon təşkilatının üzvü və 2000-ci ildən rayon təşkilatının sədridir. Ailəlidir və üç övladı var.

Vətəndaş Həmrəyliyi Partiyasının Tovuz rayon təşkilatı 1992-ci ildə təsis edilib. 1999-cu ildə isə yenidən bərpa edilib.
Təşkilat fəallığına və üzvlərinin aktivliyinə görə partiyanın aparıcı təşkilatlarından bir sayılır. Təşkilat 400 nəfərdən artıq Tovuz rayon sakinini özündə birləşdirir. Rayonun 30 kəndində yerli özək təşkilatları, həmçinin gənclər və qadınlar təşkilatı fəaliyyət göstərir. Ölkədə və rayonda baş verən siyasi proseslərdə fəal iştirak edir. Parlament və bələdiyyə seçkilərinə öz namizədləri ilə qatılıb.
Hazırda rayon təşkilatına Tovuz rayonunun ziyalılarından olan Nəsimi Tovuzlu başçılıq edir.

Telefon:

050 613 29 24;

0231 5 01 40

Ünvan:

Tovuz şəh., Nəsimi küç., ev 33

Back to top button
Close