Sumqayıt Şəhər Təşkilatı

elmarsadiqli

Elmar Sadıqlı

Sumqayıt Şəhər Təşkilatı sədri

Sadıqlı Elmar Ağasadıq oğlu 1 fevral 1970-ci ildə Sabirabad rayonunun Ulacalı kəndində doğulub. 1977-ci ildə Sumqayıt şəhər 13 nömrəli məktəbə gedib. 1987-ci ildə orta məktəbi bitirərək Azərbaycan Neft Kimya İnstitutunun Sumqayıt filialına daxil olub. 1996-ci ildə Azərbaycan Sənaye İnstitunu bitirərək Mühəndis – Mexanik ixtisasına yiyələnib.
Əmək fəaliyyətinə 1987-ci ildən Qırmızı Əmək Bayrağı Ordenli 1 saylı Trestin 16 saylı Tikinti İdarəsində fəhlə kimi başlayıb. 1988-1989-cu illərdə Sovet Ordusunda xidmət edib. 1989-cu ildə Təsərrüfat Hesablı Tikinti İdarəsində montajçı çilingər vəzifəsində işləyib. 1991-1996-cı illərdə Sumqayıt Superfosfat zavodunda çilingər ve tornaçı vəzifələrində işləyib. 1998-2003-cü illərdə Sumqayıt şəhər 1 saylı peşə liseyində istehsalat ustası vəzifəsində işləyib.
2003-cü ilin 14 mayından bu günədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində istehsalat ustası vəzifəsində işləyir.
Xalq hərəkatının öncüllərindən, Azərbaycan Xalq Cəbhəsi Sumqayıt şəhər şöbəsinin qurucu üzvlərindən olub.
18 noyabr 1991 – 18 fevral 1994-cü illər ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib. Müharibə veteranıdır.
2006-cı ilin İyun ayından VHP-nin üzvüdür. 2017-ci ildən VHP Sumqayıt şəhər təşkilatının sədridir.
Ailəlidir. 1 qızı ve 1 oğlu var.

Back to top button
Close