Samir Əsədli
VHP Mərkəzi İcra Aparatının rəhbəri
Telefon:
+994 55 753 33 83
+994 12 530 48 80
E-mail:
samir.asadli@gmail.com
Əsədli Samir Şakir oğlu 01 iyun 1983-cü ildə anadan olub.
2000-ci ildə Bakı şəhəri, Azər Namazov adına 180 saylı tam orta məktəbi bitirib.
2004-cü ildə Bakı Dövlət Unversitetindən məzunu olub.
2004-2005-ci ildə həqiqi hərbi xidmətdə olub.
2001-ci ilin iyun ayının 1-dən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür.
Partiya Ali Məclisində və Siyasi Şurasında təmsil olunur.
2002-2004-cü illərdə VHP Gənclər Təşkilatının sədri, 2005-2007-ci illərdə isə partiya sədrinin gənclərlə iş üzrə müşaviri olub.
2007-2013-cü illərdə partiya Təşkilat Şöbəsinin müdiri olub.
2013-cü ildə partiya Mərkəzi İcra Aparatının rəhbəri təyin olub.
2009-2014-cü ildə Bakı şəhəri Qızıldaş bələdiyyəsinin üzvü, bələdiyyənin sosial məsələlər və yerli ekologiya komissiyasının sədri olub.
Milli Məclisə seçkilərdə 2010-cu ildə 64 saylı Sabirabad ikinci, 2015-ci ildə 11 saylı Qaradağ, 2020-ci ildə 34 saylı Xətai ikinci və 2024-cü ildə 75 saylı Yardımlı-Masallı seçki dairələrindən deputatlığa namizəd olub.
İctimai Palata və Milli Şuranın üzvü, Dünya Azərbaycanlıları Konqresi MNTK-sının və Daimi Katibliyinin rəhbəri olub.
23 fevral-4 mart 2023-cü il tarixlərində ABS Konqresinin dəstəyi ilə Vasinqton və Little Rock səhərlərində həyata keçirilən “Gənc liderlər ictimai fəaliyyətdə və idarəçilikdə” proqramı çərçivəsində “Gənc liderlər” kursunu bitirmişdir.
Hazırda VHP sədrinin təşkilati məsələlər üzrə müavini və partiya Mərkəzi İcra Aparatının rəhbəridir.
Ailəlidir 3 oğlu və 1 qızı var.