Nicatımız: Vətəndaş Həmrəyliyindədir!

Sabunçu rayon təşkilatı

Sabunçu rayon təşkilatı
Elşad Məmmədli Sabunçu Rayon Təşkilatı sədri

Məmmədov Elşad Mürşüd oğlu 1980-ci ildə Cəbrayıl rayonu Dağtumas kəndində anadan olub. 1987-ci ildə həmin kənddə birinci sinifə daxil olub və 1997-ci ildə Bakı şəhərində A.S.Makarenko adına humanitar fənlər gimnaziyasını bitirib. 2002-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin fizika –riyaziyyat müəllimi ixtisası alaraq ali təhsilini başa vurub.

2002-2003-cü illərdə ordu sıralarında xidmət də olub.

2006-cı ildən indiyə qədər müəllim işləyir. Sabunçu rayonu Sabunçu qəsəbəsində yaşayır.

1999-cu ildən VHP Sabunçu rayon təşkilatının üzvüdür. Rayon təşkilatının 2018-ci ilin iyul ayında keçirilən konfransında sədr seçilib.

Evlidir, iki övladı var.

Təşkilat

Vətəndaş Həmrəyliyi Partiyasının Sabunçu rayon təşkilatı 1992-ci ildə təsis edilib. VHP-nin təsis edilən ilk təşkilatlarından biridir. Təşkilatın 350 nəfər üzvü var. Rayon təşkilatının 28 yerli özək təşkilatı fəaliyyət göstərir. Müxtəlif vaxtlarda rayon bələdiyyələrində təmsil olunub.

Rayon təşkilatına 2018-ci ildən Elşad Məmmədov rəhbərlik edir. .