Sabir Rüstəmxanlının seçilmiş əsərləri 15 cilddən IV cild çap edilib

Xəbər verildiyi kimi, Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının 15 cildlik seçilmiş əsərlərinə şeir və poemaları, publisist yazıları, pyes, roman, povest və hekayələri, eləcə də dünya ədəbiyyatından tərcümələri, çıxışları və yol qeydləri toplanmışdır. Seçilmiş əsərlərin yaxın üç ildə tamamlanması nəzərdə tutulur.

Bu günlərdə dördüncü  cild çapdan çıxmışdır. Dördüncü cildə müəllifin 2010-2022-ci  illər arasında yazdığı şeirlər və 15 poeması  daxil edilmişdir.

Bütöv yazını göstər
Back to top button
Close