Səlahəddin Əsgər

Səlahəddin Əsgər

Mərkəzi İcra Aparatı rəhbərinin müavini və Mühasibatlıq Şöbəsinin müdiri

Səlahəddin Əsgər 25 fevral 1992-ci ildə Kəlbəcər şəhərində anadan olub.
1 aprel 1993-cü ildə Kəlbəcər rayonundan məcburi köçkün düşüb.
Orta məktəbi Bakı şəhərində bitirib. Azərbaycan Dövlət Neft Akademiyasının məzunudur.
İkinci Qarabağ savaşına könüllü yollanıb.
Murovdağ və Kəlbəcər istiqamətində döyüşlərdə fəal iştirak edib.
Vətən müharibəsində döyüşçü kimi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.
Səlahəddin Əsgər 2012-ci ildən VHP-nin üzvüdür.
VHP-nin Gənclərlə İş Şöbəsinin müdiri və Baş mühasibin müavini olub. 2017-ci ildən VHP Kəlbəcər Rayon Təşkilatının sədridir.
14 fevral 2021-ci ildə VHP Siyasi Şurasına üzv seçilib.
VHP sədrinin sərancamı ilə partiya Mərkəzi İcra Aparatı rəhbərinin müavini və Mühasibatlıq Şöbəsinin müdiri təyin olunub.
Ailəlidir, 1 oğulu var.

Back to top button
Close