![]() Rafiq Manaflı VHP Ali Məclisinin sədri və Siyasi Şura üzvü Telefon: 050 220 32 31 Web: http://az.wikipedia.org/wiki/Rafiq_Manaflı E-mail: r.manafli@mail.ru Sosial şəbəkələrdə: |
Tanıtım:
Manaflı Rafiq Hdayət oğlu, 1958-ci ildə Salyan rayonunun Qardaşbəyli kəndində anadan olub. 1975-1980 – Voronej Meşə Texnikası İnstitutunda ali təhsil alıb. 1980-1991 – Ələt Ağac Emalı kombinatında mühəndis, baş mexanik, sex rəisi vəzifələrində çalışıb. 1992-1996 – Özünün təşkil etdiyi “Plastik” kiçik müəssisəsində direktor işləyib. 2000-ci ildən özünün təsis etdiyi “Təkamül” MMC-in direktorudur. 1988-ci ildə başlanan xalq hərəkatının fəal iştirakçılarından olub. 1989-cu ildə təsis edilən Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradıçılarından və fəal üzvlərindən olub, 1990-1992-ci illərdə AXC-nin Qaradağrayon şöbəsinin sədri, AXC Məclisinin üzvü olub. 1996-cı ildən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvüdür, həmin ildən VHP Siyasi Şurasının üzvüdür. 2001-ci ildən VHP Ali Məclisinin sədridir. 2010-cu ilin noyabr ayında keçirilən Milli Məclisə seçkilərdə 59 saylı Salyan Dairə Seçki Komissiyasından deputatlığa namizəd olub. İctimai Palatanın üzvüdür. 2012-ci ilin yanvarında keçirilən seçkilərdə İctimai Palatanın Koordinasiya Şurasına üzv seçilib. Evlidir, iki oğlu var.
|