Rafael Hüseynov
Rafael Hüseynov Millət vəkili Telefon: Tel.: (994 12) 4921864 Web: http://az.wikipedia.org/wiki/Rəfael_Hüseynov E-mail: f.ibrahimli@vhp.az
| Tanıtım: Hüseynov Rafael Baba oğlu 1954-cü il avqustun 12-də Kürdəmir şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. Əməkdar incəsənət xadimidir. 7 monoqrafiyanın, 6 dərsliyin və dərs vəsaitinin, 300 elmi araşdırmanın, 500-dən çox publisistik məqalənin, 3 tammetrajlı sənədli-publisistik filmin ssenarisinin, 200-dən çox televiziya və radio verilişinin və proqramının müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin və Teatr Xadimləri İttifaqının üzvüdür. 1976-cı ildən Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunun baş laborantı, 1978-ci ildən Şərqşünaslıq İnstitutunun baş laborantı, kiçik elmi işçisi, baş elmi işçisi, 1988-ci ildən Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin şöbə müdiri vəzifələrində çalışmışdır. 1993-cü ildən Azərbaycan MEA-nın Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin direktorudur. II, III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2005-ci il noyabrın 6-da 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyası sədrinin müavinidir. Azərbaycan-Bosniya-Hersoqovina, Azərbaycan-İspaniya, Azərbaycan-İsveç, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. İngilis, fars və rus dillərini bilir. Evlidir, 1 övladı var. |