Gəncə Şəhər Təşkilatı

152540394_219508249877474_1732642181219743069_n

Orxan İslamzadə

Gəncə Şəhər Təşkilatı sədri

Orxan İslamzadə Bəhrəm oğlu 08 sentyabr 1964-cü ildə Daşkəsən şəhərində anadan anadan olub.
1981-ci ildə Daşkəsən şəhər S.Vurğun adına 4 saylı orta məktəbini bitirib. 1982-1984 cü illərdə uzaq şərqdə piyada qoşunlarda hərbi xidmətdə olub. Daşkəsən şəhər musiqi məktəbində müəllim işləyib.
2002-ci ildə Dağıstan Respublikası Mahaçqala Hüquq və Biznes Akademiyasını qiyabi bitirib.
Dövlət Vergi Müfəttişliyində böyük dövlət müfəttişi, Daşkəsən şəhər İstehlak Cəmiyyətinin sədri, Daşkəsən Poçt Filialının rəisi, Su-Kanal İdarəsinin Daşkəsən Şöbəsinin baş direktoru işləyib.
1988-ci ildə başlanan Azərbaycan Xalq Hərəkatının fəal iştirakçılarından və təşkilatçılarından biri olub.
2020-ci ildən VHP Gəncə şəhər təşkilatının üzvü, 2021-ci ildən isə VHP Gəncə şəhər Təşkilatının sədri və VHP Ali Məclisinin üzvüdür.
Ailəlidir, 3 övladı və 3 nəvəsi var.

VHP Gəncə şəhər təşkilatı 1992-ci ildə təsis edilib. Təşkilatın 600-dən artıq üzvü var.  Təşkilat  tərkibində Nizami və Kəpəz rayon təşkiları, həmçinin 62 özək təşkilatı fəaliyyət göstərir.

Təşkilatın ilk sədri Fərhad Əliyev olub. İkinci dönəm təşkilata Tapdıq Zeynallı, Asəf Məmmədəliyev rəhbərlik ediblər. Hazırda təşkilat növbəti konfransına hazırlaşır və təşkilata müvəqqəti olaraq Mikayıl Nurməmməd başçılıq edir.

  1. Nizami rayon təşkilatı
  2. Kəpəz rayon təşkilatı

Ünvan:

Tel: 055 370 92 22

Back to top button
Close