Felmar Ələkbərov

Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri


Telefon:

+994 50 682 88 89
+994 12 480 15 78

E-mail:
f.elekberov@vhp.az

Ələkbərov Felmar Əli oğlu  10 fevral 1950-ci ildə Ağdam rayonunun Rzalar kəndində anadan olub.
1967-ci ildə Ağdam rayonu, Mahrızlı kənd orta məktəbini və 1972-ci ildə Neft və Kimya İnstitutunun kimya texnologiya fakultəsinin “kimyaçı mühəndis” ixtisasını bitirib.
1968-ci ilin may ayindan 1970-ci il avqustun 13-nə qədər Bakı Süd Kombinatında fəhlə işləyib.
1970-ci ildən Bakı Şin Zavodunda fəhlə, usta, növbə rəisi, sahə rəisi, sexin texniki rəhbəri və sair vəzifələrdə calışıb .
1987-ci ilin aprelindən 1989-cu il noyabrın 16-na qədər keçmiş SSRİ-in Lövlət Standartları Komitəsində Bakı Şin Zavoduna nəzarət edən nümayən heyətinin üzvü olub.
1989-cu il noyabrin 16-dan, SSRİ Kimya və Neftayirma Sənayesi nazirinin əmri ilə Bakı Şin Zavodunun direktoru təyin edilib.
YAP hakimiyyəti tərəfindən 1994-cü ildə vəzifəsindən azad edilib.
1998-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının Nərimanov rayon təşkilatının üzvüdür.
2000-2007-ci illərdə partiya Ali Məclisinin üzvü olub. 2007-ci ilin 24 dekabrında keçirilən partiya qurultayında Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü və MNTK-nın iclasında isə sədr seçilib.
Milli Məclisə keçirilən seçkilərdə 2010-cu ildə 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki və 2015-ci ildə isə 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd olub.
Ailəlidir, 2 oğlu, 1 qızı və 2 nəvəsi var.

Back to top button
Close