Faiq Balabəyli

VHP Siyasi Şurasının üzvü

Telefon:
+994 50 326 29 04

E-mail:
faiq_balabeyli@mail.ru

Faiq Balabəyli 1964-cü il fevral ayının 23-də Cəlilabad rayonun Sabirabad kəndində anadan olub. 1971-1981–ci illərdə Sabirabad kənd orta məktəbində təhsil alıb. 1981-1984-cü illərdə 95 saylı Bakı Dənizçilik Məktəbində oxuyub. 1982-1984–cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra təhsilini qiyabi olaraq Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinə daxil olaraq davam etdirib. 1984-cü ildən Xəzər Dəniz Neft Donanmasında matorçu vəzifəsində işə düzəlib. Elektrik mexanniki, gəmi kapitanın baş köməkçisi və gəmi kapitanı vəzifələrində işləyib. 1992-1994–cü illərdə iki illik Jurnalist Sənətkarliğı kursunu bitirib. 1996-2006–cı illərdə “Ədəbiyyat qəzeti”ndə işləyib. Hazırda “Millətin səsi” qəzetinin baş redaktoru və İxtisaslaşdırılmış Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində çalışır.

“Eh ayrılıq, nə yamansan” (1993), “Kəsilməyən həyacan fiti” (2003), “Sənə yazılan şeirlər” (2005), “Burda darıxmaq olmaz” (2008), “Yaşıl yuxulu dəniz” (2010), “Yaxın uzaq Elazıx” (2011) kitablarının müəllifidir.

1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Türkiyənin və Azərbaycanın ədəbi ödüllərinə layiq görülüb.

1998-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür, 1999-2021-ci illərdə VHP Xətai Rayon Təşkilatının sədri olub.

2003-cü ildən isə VHP Siyasi Şurasının üzvüdür.

Ailəlidir, iki övladı, iki nəvəsi var.

Back to top button
Close