Bu gün VHP Siyasi Şurasının üzvü Faiq Balabəylinin 50 yaşı tamam olur.
Balabəyli Faiq Ağaş oğlu 23 fevral 1964-cü ildə Cəlilabad rayonun Sabirabad kəndində anadan olub. 1971-81 –ci illərdə Sabirabad kənd orta məktəbində təhsil alıb. 1981-84-ci illərdə 95 saylı Bakı Dənizçilik Məktəbində oxuyub.
1982-84 -cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra təhsilini qyabi olaraq Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində davam etdirib. 1984-cü ildən Xəzər Dəniz Neft Donanmasında matorçu vəzifəsində işə düzəlib. Elektrik mexanniki, gəmi kapitanın baş köməkçisi və gəmi kapitanı vəzifələrində işləyib. 1992-94 –cü illərdə iki illik Jurnalist Sənətkarliğı kursunu bitirib.
1996-2006 – cı illərdə “Ədəbiyyt qəzeti”ndə işləyib. Hal-hazırda “Millətin Səsi” qəzetinin baş redaktoru və Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində çalışır.
1993-cü ildə “Eh ayrılıq nə yamansan”, 2003-cü ildə “Kəsilməyən həyacan fiti”, 2005-ci ildə “Sənə yazılan şeirlər”, 2008-ci ildə “Burda darıxmaq olmaz”, 2010-cü ildə “Yaşıl yuxulu dəniz”, 2011-ci ildə “Yaxın uzaq Elazıx” kitablarının müəllifidir . 1996-cı ildən AzərbaycanYazıçılar Birliyinin üzvüdür. Türkiyənin və Azərbaycanın ədəbi ödüllərinə layiq görülüb.
1998-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür, 1999-cu ildən VHP Xətai Rayon Təşkilatına sədri seçilib. 2003-cü ildən isə VHP Siyasi Şurasının üzvüdür.
Ailəlidir, iki övladı var.
VHP.AZ saytı Faiq bəyi 50 illik yublieyi münasibəti ilə təbrik edir. Ona siyasi və ədəbi fəaliyyətində, şəxsi işlərində uğurlar diləyir.