Nicatımız: Vətəndaş Həmrəyliyindədir!

VHP Gündəmi

Tarix dərsi: Sabir Rüstəmxanlı sirləri açdı – VİDEO

REAL TV-də yayımlanan “Tarix dərsi”ndə Sabir Rüstəmxanlı bir çox sirlərə aydınlıq gətirir REAL Televiziyasında həyata keçirilən bu layihənin əsas məqsədi yaxın keçmişimizi bir daha yada salmaqdır. Çünki tarixini unudan gələcəyini qura bilməz. Tarix dedikdə isə müasir tariximizi nəzərdə tuturuq. 1988-ci ildən başlayan prosesləri… 1988-1989-cu ildə Azərbaycanda Milli Azadlıq Hərəkatı kifayət qədər genişləndi. Bu isə tək Azərbaycanda deyil, […]

Ətraflı oxu

“SSRİ-nin dağılmasına əsas səbəb Azərbaycanda başlayan proseslər oldu”

İki gün öncə – oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü qeyd olundu. 1991-ci ilin 18 oktyabrında parlamentdə Azərbaycan Respublikasının Müstəqillik Aktı qəbul edilib. Hər il olduğu kimi, bu il də ölkəmizin müstəqillik qazanması ilə bağlı bir-birinə zidd fikirlər var. Məsələn, bəzi şəxslər bildirir ki, ötən əsrin sonlarına yaxın dünyada və SSRİ məkanında baş […]

Ətraflı oxu

“Milli Azadlıq hərəkatı öz hədəfinə çatdı və dövlətimizin müstəqilliyi bərpa olundu”

Sizi 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirik. 1991-ci ilin 18 oktyabr xalqımızın həyatında müstəsna əhəmiyyətə malik bir gündür Məhz həmin gün illər öncə başlamış Milli Azadlıq hərəkatı öz hədəfinə çatdı və dövlətimizin müstəqilliyi bərpa olundu. Şərqdə ilk demokratik respublikanın qurucusu olan Azərbaycan xalqı 1920-ci il aprel işğalından […]

Ətraflı oxu
VHP-dən "Barış pınarı" əməliyyatına dəstək

VHP-dən “Barış pınarı” əməliyyatına dəstək

Qardaş Türkiyə Cumhuriyyəti tarixinin şanlı səhifəsini yazır. Türk ordusunun Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatı Türkiyənin milli təhlükəsizliyi ilə yanaşı, həm də regionda minlərlə ailənin sülh və əminamanlıq içində yaşamasının təminatıdır. Tarix bir daha Yaxın və Orta Şərqdə Türk siyasətinin yalnız barış və hürriyyətin qorunmasına yönəldiyinin şahidi olur. “Barış pinarı” hərəkatı Mustafa Kamal […]

Ətraflı oxu
Rejissor Rövşən Almuradlı dünyasını dəyişdi

Rejissor Rövşən Almuradlı dünyasını dəyişdi

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Tanınmış kinorejissor Rovshan Almuradli bu gün səhər saatlarında qəfil dünyasını dəyişmişdir. Rövşən bəy 1954-cü il aprelin 19-da Bakı şəhərində anadan olmuşdur. O ömrünü bütövlükdə Azərbaycan mədəniyyətinin, Azərbaycan kinosunun inkişafına sərf etmişdir. İyirmidən artıq filmin, ona yaxın tamaşanın rejissoru olan Rövşən Almuradlı öz yaradıcılığında yüksək peşəkarlıqla yanaşı, milli ideyaların təbliğini əsas tutmuşdur. […]

Ətraflı oxu

VHP sədri ABŞ diplomatı ilə görüşüb

19 fevral 2019-cu il tarixində  VHP sədri Sabir Rüstəmxanlı ABŞ səfirliyinin müşaviri Piter Kaufmanı Vətəndaş Həmrəyliyi Partiyasını Mərkəzi Qərargahında qəbul edib. VHP mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan-ABŞ əlaqələri, bölgədə baş verən ictimai-siyasi proseslər müzakirə edilib. Həmçinin söhbət əsnasında Azərbaycanın qonşuluğunda olan ölkələrdəki vəziyyət də müzakirə edilib.  Görüşdə VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir AsadLi və […]

Ətraflı oxu
Məhəmməd Əmin Rəsulzadənin 135 yaşı tamam olur

Məhəmməd Əmin Rəsulzadənin 135 yaşı tamam olur

Məhəmməd Əmin Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində anadan olub. M.Ə.Rəsulzadə Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olub. O, Azərbaycan milli istiqlal hərəkatına başçılıq edib. Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının əsas […]

Ətraflı oxu

“Azərbaycanın hər yerində Rəsulzadənin heykəlləri ucaldılmalıdır” – Sabir Rüstəmxanlı

 Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135 illiyi ilə əlaqədar tədbir keçirib. Yenicag.az xəbər verir ki, tədbirdə VHP sədri Sabir Rüstəmxanlı, Vətəndaş İnkişafı Partiyasının (VİP) sədri Əli Əliyev, AĞ Partiya sədri Tural Abbaslı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və bir sıra siyasətçilər, ictimai xadimlər iştirak ediblər. Tədbirdə çıxış edən Sabir Rüstəmxanlı bildirib […]

Ətraflı oxu
Türkmanlar Bakıda xalq şairi ilə görüşdü

Türkmanlar Bakıda xalq şairi ilə görüşdü

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı Kərkük Mədəniyyət Dərnəyinin başqanı Şəmsəddin Küzeçi, “İraq Türkman Birliyi və Həmrəyliyi” Dərnəyinin başqanı Kürşad Çavuşoğlu və “Türkmaneli” qəzetinin baş redaktoru Necat Kövsəroğlu ilə görüşüb. Görüşdə Azərbaycan-İraq əlaqələri, türkmanların hazırkı durumu və fəaliyyət istiqamətləri müzakirə edilib. Türkman ədəbiyyatı və Azərbaycan-türkman ədəbi əlaqələri, bu əlaqələrin […]

Ətraflı oxu

VHP sədri Sabir Rüstəmxanlının 18 oktyabr təbriki

Dövlət müstəqilliyimizin bərpasının 27-ci ildönümü münasibəti ilə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, istiqlalçı deputat, xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan xalqını təbrik edib. Təbrikdə bildirilir: “Əziz həmvətənlər! 1991-ci ilin 18 oktyabrı Azərbaycan xalqının həyatında böyük əhəmiyyətə malik, tarixi bir gündür. Həmin gün illər öncə başlamış Milli Azadlıq Hərəkatı öz məqsədinə çatdı və dövlətimizin müstəqilliyi bərpa olundu. Bu bərpa […]

Ətraflı oxu