Ölkə Gündəmi
“Borçalı” Cəmiyyətinin konfransında hökumətə çağırışlar edildi
Mayın 26-də VHP-nin mərkəzi qərargahında “Borçalı” İctimai Cəmiyyətinin (İB) növbəti VII (X) konfransı (qurultay səlahiyyətli) keçirildi. Konfransda aparıcı siyasi partiyaların rəhbərləri də iştirak edirdi. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsinin yad edilməsindən sonra işinə başlayan konfransda çıxış edən cəmiyyətin sədri Zəlimxan Məmmədli 19 may yanğınında həlak olan insanlarımızı da hörmətlə xatırladı. […]
Ətraflı oxu
Sovet işğalından 95 il ötür
Azərbaycanda 71 il bayram kimi təqdim edilən 28 aprel artıq öz adı ilə çağrılır. ANSPRESS xatırladır ki, məhz 95 il bundan əvvəl Sovet qoşunları Şərqin ilk demokratik cümhuriyyətinin varlığına son qoyaraq bu əraziləri işğal etdi. Azərbaycan tarixinin 70 illik səhifəsini əhatə edən Sovet hakimiyyətinin ölkəmiz və xalqımızın taleyində oynadığı rolla bağlı fikirlər birmənalı deyil. Əksər […]
Ətraflı oxu
Kəlbəcərin işğalından 22 il keçir
Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 22 il keçir. APA-nın məlumatına görə, Kəlbəcər bir neçə gün davam edən döyüşlərdən sonra 1993-cü il aprelin 2-də işğal edilib. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 1936 kv. km ərazisi olan Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsi nəticəsində günahsız insanlara vəhşicəsinə divan tutulub, 511 dinc sakin öldürülüb, 321 […]
Ətraflı oxu
Azərbaycan siyasətçisindən Rusiyaya güllə kimi mesajlar
“Azərbaycanın bu gün yaşadığı bütün problemlərin kökündə ən qatı düşmən – Rusiya dayanır” Vətəndaş Həmrəyliyi Partiyası Ali Məslisinin sədri, Milli Şura Koordiyasiya Mərkəzinin üzvü Azərbaycan idmançısının erməni himni çalınarkən ayaq üstə durmaması ilə bağlı facebook statusu yazıb. Həmin fikirləri olduğu kimi diqqətinizə çatdırırıq: Samboçu Bəxtiyar Abbasovun fəxri kürsüdə Ermənistan himninə həqarət etməsi müxtəlif reaksiyalar doğurub. […]
Ətraflı oxu
Ömər Məmmədov məhkəmədə ifadə verdi
“Facebook”dakı tənqidçi “AzTV-dən seçmələr” səhifəsinin admini Ömər Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə keçirilən dünənki iclasda necə şərləndiyi barədə danışıb. 19 yaşlı Ömər ifadəsinin əvvəlində bildirib ki, 2 il yarımdır “NİDA” Vətəndaş Hərəkatının üzvüdür. O, Kiprdə ali təhsil almaqla yanaşı, həm də fəal olub: “Sosial şəbəkələrdə hökuməti tənqid edirdim, satirik şəkillər paylaşırdım, etiraz […]
Ətraflı oxu
Ölkədaxili Miqrasiya
Əlövsət Əliyev Ölkədaxili miqrasiya ölkə əhalisinin könülülük əsasında ölkə hüdudları cərcifəsində yerdəyişməsidir. Nəzərə alsaq ki, vətəndaşın yaşayış yeri Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir onda həmin şəxs yaşadıgı ünvana qeydiyyata alınmaqla şəxsiyyət vəsiqəsi almalıdır. Qeydiyyata alınmış şəxs haqqında müvafiq məlumatlara uyğun olaraq DİN və Statistika Komitəsi daxili miqrasiya haqqında məlumatları ümumiləşdirir və illik […]
Ətraflı oxu
Bu gün Ana Dili Günüdür
21 fevral Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Beynəlxalq Ana Dili Günü UNESCO-nun 1999-cu il noyabr ayında keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir. Hazırda dünyanın 25 müxtəlif regionunda 300 milyondan çox insan türk dilinin 25 dialektində danışır. Azərbaycan dili […]
Ətraflı oxu
Qan yaddaşı
“Sabir Rüstəmxanlı özü-özlüyündə bütöv bir millətin keçdiyi tarixi yolun qan və söz yaddaşıdır” Sabir Rüstəmxanlı haqqında yazmaq bəlkə də çoxları üçün asan ola bilər. Amma onunla bu çoxluğa aid olanların çoxundan daha çox təmasda olsam da, mənim üçün çətindir. Çünki Sabir bəy haqda deyilən hər bir söz təkcə ona aid deyil. Sabir Rüstəmxanlı mənim gözümdə […]
Ətraflı oxu
Şuşanın işğalından daha bir il keçdi
Bu gün Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından 23 il ötür. Məhz bu gün Qarabağ cəbhəsinin komandanı Arkadi Ter–Tadevosyan Şuşa şəhərinə hücum üçün əmr imzaladı. Əslində, ermənilər Şuşa üzərinə hücumlara aprelin 27-dən başlamışdılar. Arkadi Ter–Tadevosyan bu əmri cəbhə boyu ermənilərin hücumlarını rəsmləşdirməklə bərabər, onların daha da intensivləşməsinə səbəb oldu. Tezliklə üstünlüyü ələ alan düşmən bütün […]
Ətraflı oxu