Nicatımız: Vətəndaş Həmrəyliyindədir!

Arxiv

Ömər Məmmədovun həbsindən 2 ay ötür

Martın 24-də narkotik vasitə saxlama ittihamı ilə həbs olunmuş gənc fəal Ömər Məmmədovun həbs olunmasının 2 ayı tamam olur. Ömər Məmmədov 1995-ci ildə Bakıda anadan olub. Hazırda Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Beynəlxalq Kipr Universitetində təhsil alır. O, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvü, “Axın” maarifçi hərəkatını təsisçisidir. N!DA Vətəndaş Hərəkatının keçmiş üzvüdür. Ömər Məmmədov […]

Ətraflı oxu
Həşim Nəsirov-63

Həşim Nəsirov-63

VHP Lerik rayon təşkilatının sədri Həşim Nəsirovun 63 yaşı tamam olur.   Həşim doktor leriklilərə çox yaxşı tanışdır və hər dəfə bu adın ətrafında ancaq xoş hisslər, xoş münasibət hiss etmək bir əqidədaş olaraq bizdə məmnunluq doğurur. Biz sizi hər zaman sadə, təvazökar və əqidəsinə sadiq insan kimi görmüş və qiymətləndirmişik. Həşim bəy uzun illər […]

Ətraflı oxu
Bu gün ilaxır çərşənbəsidir

Bu gün ilaxır çərşənbəsidir

Bu gün Novruz bayramı öncəsi qeyd edilən ilaxır çərşənbə – yer çərşənbəsidir. Torpaq çərşənbəsi deyilən bu gün insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq cərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam […]

Ətraflı oxu
Azərbaycan Novruz bayramını qeyd edir

Azərbaycan Novruz bayramını qeyd edir

Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycan da bu gün Novruz bayramını qeyd edir. APA-nın məlumatına görə, Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası “Yeni gün”dür. Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu […]

Ətraflı oxu
31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür

Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 96 il ötür. APA-nın məlumatına görə, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnib. Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik […]

Ətraflı oxu

VHP Kırımla bağlı bəyanat verdi

Azərbaycanın yaxın dostu və müttəfiqi olan Ukraynada baş verən son proseslər bütün dünyada ciddi narazılıqlara səbəb olmuşdur. Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təzyiqlər Avropaya inteqrasiya yolunu seçmiş digər postsovet ölkələri üçün də təhlükə yaradır. Rusiya silahlı qüvvələrinin Ukraynanın önəmli bölgəsi olan Krımda hərbi-siyasi vəziyyəti gərginləşdirmək cəhdləri yolverilməzdir. Beynəlxalq ictimaiyyət Ukraynanı bölmək, onu yenidən […]

Ətraflı oxu
Əli bəy Hüseynzadənin anadan olmasından 150 il ötür

Əli bəy Hüseynzadənin anadan olmasından 150 il ötür

Dünən XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri, filosof və ədəbiyyat tənqidçisi, uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmiş Əli bəy Hüseynzadənin anadan olmasından 150 il ötdü. Əli bəy Hüseyn oğlu Hüseynzadə 1864-cü il fevralın 24-də Salyanda anadan olub. Atası Tiflis Müsəlman Məktəbinin müəllimlərindən Molla Hüseyn Hüseynzadə, […]

Ətraflı oxu
XX əsrin faciəsi – Xocalı soyqırımı

XX əsrin faciəsi – Xocalı soyqırımı

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər […]

Ətraflı oxu

VHP Rusiya səfirliyi qarşısında piket keçirəcək

17 mart 2014-cü il tarixində saat 15:00-da Vətəndaş Həmrəyliyi Partiyası və Dünya Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriləcəkdir. Piket Krım tatarlarına dəstək vermək məqsədilə təşkil ediləcəkdir. Aksiyada Rusiyanın Krıma müdaxiləsini, Ukraynanın ərazi bütövlüyünün pozulmasına yönəlik cəhdləri pisləyən, Ukrayna xalqına və Krım tatarlarına dəstək xarakteri daşıyan şüarlar səsləndiriləcəkdir. […]

Ətraflı oxu

VHP Gənclər Təşkilatının bəyanatı

Vətəndaş Həmrəyliyi Partiyası Gənclər Təşkilatı AXCP üzvlərinin həbsi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda bildirlir ki, fevralın 27-də AXCP-nin bir neçə saat içində 4 fəalının saxlanılması artıq bu şəxslərin təqdim edildiyi kimi, hansısa qeyri-qanuni əməli ilə deyil, siyasi sifarişlə həbs olunmasını təsdiqləyir. Hakimiyyət siyasi fəallara, xüsusilə gənclərə qarşı repressiv təzyiq metodlarından istifadə etməklə, cəmiyyətdə ciddi […]

Ətraflı oxu