Arxiv

Gənclər martın 17-də mitinq təyin etdilər

Gənclərin Hüquqlarının Müdafiə komitəsi Bakı meriyasına son xəbərdalıqlarını ediblər. Bu barədə musavat.com-a Gənclərin Hüquqlarının Müdafiə Komitəsinin (GHMK) İdarə Heyətinin və  VHP gənclər təşkilatının üzvü Samir Əsədli məlumat verib: “Biz bir qrup gənc günümüzün ən aktual problemləri olan təhsildə korrupsiya hallarına, ərazi bütövlüyümüzün pozulmasına və siyasi məhbusların tutulmasına etiraz olaraq Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsilə bizə […]

Ətraflı oxu

VHP İctimai Palataya namizəd verdi

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) İctimai Palata üzvləri iclas keçirib.Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda ictimai-siyasi vəziyyət və partiyanın qarşısında dayanan vəzifələr müzakirə edilib. İclasda VHP-nin Ali Məclisinin sədri Rafiq Manaflının İctimai Palatanın Koordinasiya Şurasına namizədliyi təsdiqlənib.

Ətraflı oxu

Sabir Rüstəmxanlı Türkiyəyə getdi

VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı bu gün Türkiyə Cümhuriyyətinə yola düşüb. Millət vəkili İstambul Həsənyurd Bələdiyyəsinin Xocalı soyqırımına həsr etdiyi tədbirdə, daha sonra isə soyqırımın ildönümü ilə bağlı fevralın 26-da Taksim meydanında «Həpimiz Xocalıyız» şüarı ilə keçiriləcək yürüşdə iştirak edəcək. Daha sonra, öncədən planlaşdırıldığı kimi, millət vəkili Sabir Rüstəmxanlının Aydın Universitetində, İstambul Universitetində, Türk […]

Ətraflı oxu
Gənc yazar Qan Turalının yeni romanı müzakirə ediləcək

Gənc yazar Qan Turalının yeni romanı müzakirə ediləcək

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatının təşəbbüsü ilə gənc yazar, kulis.az portalının baş redaktoru Qan Turalının “Mustafa” romanının ictimai müzakirəsi keçiriləcək. Sizləridə bu tədbirdə görməkdən məmnun olarıq.  Müzakirə 23 dekabr 2011-ci il tarixdə, saat 15:00-da VHP-nin Akt Zalında keçiriləcək. Qan Turalının “Mustafa” romanı (143 səhifə) “Qanun” nəşriyyatında “Ən Yeni Ədəbiyyat” seriyası çərçivəsində nəşr edilib. Yazar […]

Ətraflı oxu
“Fransanın vasitəçiliyindən imtina etməliyik”

“Fransanın vasitəçiliyindən imtina etməliyik”

“Fransa yalançı tarixə qahmar çıxmaqdansa Əlcəzairdə və digər Afrika ölkələrində törətdiyi soyqırımlara baxsın”“Fransa “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqqında qanun qəbul etməklə söz azadlığı və demokratiya kimi dəyərlərə qarşı çıxır. Bunu Lent.az-a açıqlamasında Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı söyləyib.  Tənzilə Rüstəmxanlı bildirib ki, Fransa belə addım atmaqla obyektivlik və ədalət prinsipindən nə qədər uzaq […]

Ətraflı oxu

VHP sədri Sabir Rüstəmxanlı İndoneziyaya getdi

 Yanvarın 25-dən 31-dək İndoneziyanın Palembanq şəhərində İslam Konfransı Təşkilatı Parlament İttifaqının (İKT Pİ) 7-ci sessiyası keçiriləcək.  Bu barədə bu gün İKT Pİ-də Azərbaycanı təmsil etmək üçün İndoneziyaya səfərə yolanan VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı məlumat verib. İKT Pİ Siyasi Komitəsinin üzvü olan S.Rüstəmxanlı 7-ci sessiyada mühüm məsələlərin müzakirə olunacağını bildirib: «Parlament İttifaqının tərkibinə daxil […]

Ətraflı oxu

VHP sədri Sabir Rüstəmxanlı ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayla görüşüb.

Bu gün VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayla görüşüb. ATƏT-in Bakı ofisində baş tutan görüşdə Milli Məclis və qanun yaradıcılığı, qanunların icrası, MM-də müxalifət partiyalarının fəaliyyət imkanları, «Siyasi Partiyalar Haqqında» qanunun təkmilləşməsi və partiyaların dövlət büdcəsindən maliyələşməsi, seçki qanunvericiliyi, KİV-ə münasibət, söz azadlığı, həbsdə olan jurnalistlərin və vicdan məhbuslarının […]

Ətraflı oxu

VHP soydaşlarımızı təbrik etdi!

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni təqvm ili münasibəti ilə Azərbaycan xalqını və Dünya Azərbaycanlılarını təbrik edib.Təbrikdə həm yeni təqvim ili, həm də Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı soydaşlarımıza xoş arzular çatdırılıb. Həmçinin təbrikdə yeni təqvim ilində müstəqil Azərbaycana, Dünya Azərbaycanlılarına və hər kəsə […]

Ətraflı oxu
VHP-də “Mustafa” müzakirəsi

VHP-də “Mustafa” müzakirəsi

Vətəndaş Həmrəyliyi Partiyasında Kulis.az internet dərgisinin baş redaktoru Qan Turalının “Mustafa” romanının müzakirəsi keçirilib. Çıxış edən xalq şairi, millət vəkili və partiya sədri Sabir Rüstəmxanlı gənclərin ədəbi prosesdə rolunu yüksək qiymətləndirərək roman müəllifini təbrik edib. Şair Rəfael Həbiboğlu, jurnalist Anar Niftəliyev, yazıçı Kənan Hacı və Cəlil Cavanşir çıxışlarında romanın əhəmiyyətindən danışıb və iradlarını qeyd ediblər. […]

Ətraflı oxu
Türk Dünyasinin əfsanəvi lideri Rauf Denktaş vəfat etdi

Türk Dünyasinin əfsanəvi lideri Rauf Denktaş vəfat etdi

Sabir Rüstəmxanlı: “Cavan yaşlarından dünyanın bütün təzyiqlərinə baxmayaraq, Kipr türklərinin mənafelərini aslan kimi müdafiə etməyi bacardı İsa Qəmbər: “Bütün ömrünü millətin mövcudluğu, inkişafı yolunda sərf etdi və son nəfəsinə qədər də bu ideallara sadiq qaldı” Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) qurucusu, türk dünyasının əfsanəvi liderlərindən biri Rauf Denktaş yanvarın 13-də gecə yarısı 87 yaşında dünyasını […]

Ətraflı oxu