Arxiv

Demokratiyaya Yardım Fondunun “10 qəpik” aksiyası davam edir

Demokratiyaya Yardım Fondunun “10 qəpik” aksiyası davam edir

Demokratiyaya Yardım Fondu İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “10 qəpik” kampaniyası davam edir. Bu barədə məlumatı “Yeni Müsavat”a Vətəndaş Həmrəyliyi Partiyası Gənclər Təşkilatının sədri Pünhan İmamlı verib. Onun sözlərinə görə, elan olunan ünvanlarda ianələrin toplanması bayram günlərində də davam etdirilib: “Biz eyni zamanda haqsız yerə həbs olunan fəallarla bağlı da müdafiə kampaniyası aparırıq. Aksiyalarda cərimələnənlər […]

Ətraflı oxu
Bu gün İlaxır çərşənbədir

Bu gün İlaxır çərşənbədir

Bu gün sonuncu – İlaxır çərşənbədir. Bu çərşənbəyə xalq arasında İlaxır çərşənbə ilə yanaşı, “Yer çərşənbəsi” və ya “Torpaq çərşənbəsi” də deyirlər. İnanclara görə “Torpaq çərşənbəsi”ndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.  İlaxır çərşənbə 4 çərşənbənin mərasim, ayin, etiqad, oyun və şənliklərlə ən zəngin olanıdır. Bu vaxt əvvəlki çərşənbələrdə icra olunan […]

Ətraflı oxu

Yusif Salmansoy-62

VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı partiya sədrinin müşaviri Yusif Salmansoyu 62 yaşı münasibəti ilə təbrik edib. Təbrikdə deyilir: “Əziz Yusif bəy! Yusif Salmansoy adı Azərbaycan cəmiyyətinə Milli Azadlıq Hərəkatının ilk günlərindən, 1988-ci ildən bəllidir. Həmin dövrdə Azərbaycanın ən böyük və qaynar şəhərlərindən olan Sumqayıtda əhalinin iradəsinin ifadə olunması və milli azadlıq ideyalarının təbliğində Sizin […]

Ətraflı oxu
Xocavənd rayonu Qaradağlı kəndinin işğalından 21 il ötür

Xocavənd rayonu Qaradağlı kəndinin işğalından 21 il ötür

Bu gün Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsindən 21 il ötür. APA-nın məlumatına görə, erməni hərbi birləşmələri Rusiya Silahlı Qüvvələrinin Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra mühasirəni yaran […]

Ətraflı oxu
VHP sədri İraq parlamentinin deputatı ilə görüşüb

VHP sədri İraq parlamentinin deputatı ilə görüşüb

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı İraq parlamentinin deputatı, parlamentin Sadr Qrupunun Türkmən təmsilçisi Əkrəm Fevzi Tərzioğlu ilə görüşüb. Görüşdə Azərbaycan-İraq əlaqələri, İraqdakı türkmən əhalinin vəziyyəti və onların hüquqları ilə bağlı məsələlər müzakirə edilib. Müzakirədə həmçinin VHP ilə Sadr Qrupunun əlaqələrinin genişləndirilməsi də müzakirə edilib. Görüşdə VHP Siyasi Şurasının üzvü Samir Əsədli […]

Ətraflı oxu

VHP Şuşa RT sədri Ofelya Rəşidqızına!

VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın Siyasi Şura üzvü Şuşa rayon təşkilatının sədri Ofeliya Rəşidqızını yubileyi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir: “Əziz Ofeliya xanım! Harda işləməsindən, kim olmasından asılı olmayaraq, xanım ilk növbədə xanımdır, anadır. Ananın yaşı soruşulmaz, çünki cənnət onların ayaqları altındadır, cənnətin olduğu yerdə isə vaxt və zaman məfhumu yoxdur, insanlıq […]

Ətraflı oxu

VHP prezident seçkilərində iştirak edəcək

Bu gün VHP mərkəzi qərargahında Siyasi Şuranın toplantısı keçirildi. SŞ-nın müzakirəsinə ölkədəki ictimai-siyasi vəziyyət və VHP-nin prezident seçkilərində iştirakı, qurultaya hazırlıq, təşkilati məsələlər daxil edilmişdi. Ümumi müzakirələrdən sonra Siyasi Şura üzvlərinin yekdil razılığı ilə VHP-nin prezident seçkilərində iştirakı barədə qərar qəbul olundu. Seçkilərdə iştirakın forması isə iyun ayına nəzərdə tutulan VHP-nin Ümumrespublika konfransının müzakirəsinə tövsiyyə […]

Ətraflı oxu

VHP MNTK sədri Felmar Ələkbərova!

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı VHP Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Felmar Ələkbərovu ad günü münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:   «Əziz Felmar bəy! 63  yaşa şərəfli bir ömür yolu keçərək gəlmək, əlinin zəhməti, intellekti ilə ad çıxarmaq, eldə-obada xeyirxah adam kimi tanınmaq, halal yaşamaq hər insana nəsib olan tale deyil. […]

Ətraflı oxu
Tanrı yolçusu– Əbədi sevda şairi!

Tanrı yolçusu– Əbədi sevda şairi!

Azərbaycan ədəbiyyatında adı qranitdən tökülmüş çox yazarlar var. Hamısı da  məhz həyatdan köçdükdən sonra klassik hesab olunublar. Amma öz sağlığında həm modernist, postmodernist, həm də klassik hesab olunan bir ad daha cəlbedicidir. Sabir Rüstəmxanlı adı! Bir dəfə şairin yaradıcılığını analiz edərkən sonda “Sabir Rüstəmxanlı müasir Azərbaycan ədəbiyyatının patriarxıdır!” nəticəsini hasil etdim. Bu fikir əvvəlcə birmənalı […]

Ətraflı oxu
Sabir Rüstəmxanlı ABŞ səfirinin birinci katibi ilə görüşdü

Sabir Rüstəmxanlı ABŞ səfirinin birinci katibi ilə görüşdü

Bu gün saat 15:00-da VHP-nin mərkəzi qərargahında ABŞ-ın Azərbaycandakı səfirliyinin birinci katibi Rocer C.Riqaud VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı ilə görüşdü. Görüşdə seçki ilində Azərbaycandakı və bölgədəki vəziyyət, ictimai-siyasi proseslərdə Vətəndaş Həmrəyliyi Partiyasının mövqeyi müzakirə olundu. Sabir Rüstəmxanlı yenicə qayıtdığı Almaniya səfəri və Dünya Azərbaycanlıları Konqresinin fəaliyyəti, həmçinin Gülüstan müqaviləsinin 200 ilinin tamam olduğu […]

Ətraflı oxu